Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    İsrailin hücumları səbəbilə Qəzzada dünəndən bəri 10 mindən çox insan məcburi köçkün olub - BMT

    11 Sentyabr 2025 09:35
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrailin hücumları səbəbilə Qəzzada dünəndən bəri 10 mindən çox insan məcburi köçkün olub - BMT
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice, Nailə Babazadə

    Birləşmiş Millətlər Təşkilatı (BMT), İsrailin Qəzza şəhərində binaları hədəf almağa davam etdiyini bildirərək, dünəndən etibarən şimaldan cənuba doğru 10 mindən çox insanın məcburi köçkün edildiyini açıqlayıb.

    AzerVoice xəbər verir ki, BMT Baş katibinin sözçüsü Stefan Düjarrik gündəlik mətbuat konfransında danışıb.

    O bildirib ki, BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsinin (OCHA) əməkdaşları İsrail qüvvələrinin Qəzza şəhərində daha çox binanı bombaladığını qeyd ediblər.

    “İsrail ordusu bu binaların vurulacağını elan etdikdən və insanlara cənuba getmələri göstərişi verdikdən sonra ailələr, hara gedəcəklərini bilmədən açıq ərazilərdə toplaşırlar.” - deyə Düjarrik qeyd edib

    Düjarrik bildirib ki, dünəndən etibarən bütün şəhər məcburi köçürülmə əmri altındadır.

    “Köçürülmə əmri vermək, münaqişə tərəflərini müharibə zamanı mülki şəxsləri qorumaq məsuliyyətindən azad etmir.” - deyə əlavə edib.

    Düjarrik eyni zamanda, bir çox ailənin sağlamlıq, təhlükəsizlik və yüksək xərclər səbəbilə qaça bilmədiyini vurğulayıb.

    “Beynəlxalq humanitar hüquqa əsasən, mülki şəxslər və mülki infrastruktur həmişə qorunmalı və heç vaxt hədəf alınmamalıdır.” - deyə Düjarrik qeyd edib.

    Qəzzaya humanitar yardımın çatdırılması məsələsinə də toxunan Düjarrik bildirib ki, ərazidəki BMT humanitar yardım qrupları İsrailin davam edən maneələri səbəbilə mövcud humanitar yardım səviyyəsinin tamamilə qeyri-kafi olduğunu vurğulayırlar.


    #Qəzza #Qəzza zolağı #OCHA #Stefan Düjarrik #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Ərəb dövlətləri və Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Qəzza sakinlərinin köçü #BMT-nin Qəzza hesabatı #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcək - Netanyahu

    2 Sentyabr 2026 19:15

    HƏMAS Qəzzaya hücumları fələstinlilərə qarşı “soyqırımı müharibəsinin” davamı adlandırıb

    1 Sentyabr 2026 20:44

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    31 Avqust 2026 22:33

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    Qəzzada ölənlərin sayı artıb

    31 Avqust 2026 18:20

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    31 Avqust 2026 03:00

    İsrail ordusu Qəzzadakı xəstəxana hücumunda HƏMAS komandirini hədəfə aldığını iddia edib

    29 Avqust 2026 19:26

    İsrail Qəzzada xəstəxana kompleksini bombaladı

    29 Avqust 2026 17:23

    İsrail ordusu Qəzza şəhərində iki fələstinli komandiri öldürdüyünü açıqlayıb

    28 Avqust 2026 18:32

    İsrail qüvvələri Qəzza şəhərinin cənub-şərqində genişmiqyaslı dağıntılar törədib

    28 Avqust 2026 18:25

    Qəzzanın yenidən qurulması üçün 7 milyard dollar vəd edilib

    28 Avqust 2026 18:15

    Şotlandiyada Fələstinə dəstək verən yeddi fəalın işi məhkəməyə çıxarılır

    28 Avqust 2026 18:05
    XƏBƏR LENTİ

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib

    İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib

    “CD Projekt Red”in yarımillik xalis mənfəəti 37 faiz artıb

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq

    İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır

    Pajero əfsanəsi geri döndü - 20 ildən sonra karkas şassili yeni Mitsubishi Montero debüt etdi

    Tramp Hörmüz boğazına öz adının verilməsini təklif edib

    İran qaçaqmalçılıq yolu ilə daşınan 382 min litr yanacağı ələ keçirib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.