Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    İsrailin məqsədi Qəzzanı yaşanılmaz hala gətirməkdir - İsrailli antropoloq

    24 Oktyabr 2025 12:47
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrailin məqsədi Qəzzanı yaşanılmaz hala gətirməkdir - İsrailli antropoloq
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Ev Yıxımlarına Qarşı İsrail Komitəsinin (ICAHD) rəhbəri, İsrailli antropoloq Jeff Halper bildirib ki, İsrail 2023-cü ilin oktyabrından bəri Qəzza Zolağına etdiyi hücumlarda yüz minlərlə evi, ibadətgahı, məktəbi və mülki infrastrukturu dağıdıb və yenidənqurma layihələrinə Fələstinliləri daxil etmir.

    AzerVoice xəbər verir ki, Halper bu açıqlamaları, İsrailin Qəzza ərazisində törətdiyi müharibə cinayətlərini araşdırmaq üçün yaradılmış qlobal və müstəqil təşəbbüs olan Qəzza Məhkəməsinin İstanbulda keçirilən son iclası çərçivəsində Anadolu Agentliyinə deyib.

    Halper bildirib ki, İsrail 1948-ci ildə Fələstinliləri zorla köçürtməklə (“Nəkbə”) başlayaraq Fələstinlilərə aid evlər, məscidlər, kilsələr, məktəblər daxil olmaqla təxminən yarım milyon tikilini dağıdıb. 2023-cü ilin oktyabrından etibarən isə yalnız Qəzzada təxminən 300 min ev dağıdılıb.

    O, bu dağıdılmanın Fələstinliləri zorla torpaqlarından çıxarıb “tək bir sionist İsrail” dövləti yaratmaq üçün aparılan etnik təmizliyin bir hissəsi olduğunu vurğulayıb.

    “İsrailin məqsədi Qəzzanı yaşanılmaz hala gətirməkdir”. - deyə o qeyd edib.

    Halper əlavə edib ki, İsrail Qəzzanın yenidən qurulması planlarına Fələstinliləri daxil etmir və bölgəni turistlər və qanunsuz məskunlaşanlar üçün açmağı hədəfləyir. Xarici investorların bu layihələrə yatırımları da Fələstin xalqının əleyhinədir.

    “Qəzzanın yenidən qurulmasından danışarkən əmin olmalıyıq ki, bu, Qəzzada yaşayan xalq üçün həqiqətən faydalı bir yenidənqurmadır.” - deyə o vurğulayıb.

    Halper həmçinin vurğulayıb ki, İsrailin hücumları nəticəsində Fələstinlilərin evləri ilə yanaşı, Qəzzadaki mülki infrastruktur və kənd təsərrüfatı sahələri də dağıdılıb və yenidənqurma təxminən 80 milyard dollar dəyərində ola bilər.

    “Tramp və keçmiş İngiltərə Baş naziri Toni Bler tərəfindən Qəzzanı idarə etmək üçün yaradılan Barış Şurası layihəsinin ən böyük təhlükəsi ondadır ki, Qəzzalılar heç bir söz sahibi deyil.” - deyə Halper qeyd edib.

    O əlavə edib ki, Qəzzalıların öz idarəçiliyi barədə heç kimdən soruşulmur və Fələstin İdarəsi bütün bu prosesə daxil edilməyib. “Qəzza necə idarə olunacaq, kim qalacaq, yenidənqurma necə olacaq? Bunların heç biri Qəzzalılar və ya Fələstin xalqı ilə bağlı deyil. Əsas təhlükə onların öz idarəçiliyini və bölgədə qalmaq imkanlarını əlindən alıb müstəmləkəçilərə verməkdir.”

    Halper həmçinin xəbərdarlıq edib ki, Qəzzada bütün dini məkanlar dağıdılıb.

    O, Abraham Sazişləri çərçivəsində “İsraillə münasibətləri və məskunlaşmanı normallaşdırma ideyası”nın Fələstin əleyhinə plan olduğunu qeyd edib.

    “İsrail ironik şəkildə ərəb ölkələrinin yardımı ilə qazana bilər. Məncə bəzi ərəb ölkələrinin rəhbərləri regionun xeyrindən əvvəl öz maraqlarını düşünür və əsas təhlükə də budur.” - deyə o qeyd edib.

    #Qəzza #Qəzza zolağı #Qəzza hücumu #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Uşaq ölümü Qəzza #Misirin Qəzza siyasəti #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Qəzza sakinlərinin köçü #BMT-nin Qəzza hesabatı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    HƏMAS Qəzzaya hücumları fələstinlilərə qarşı “soyqırımı müharibəsinin” davamı adlandırıb

    1 Sentyabr 2026 20:44

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    31 Avqust 2026 22:33

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    Qəzzada ölənlərin sayı artıb

    31 Avqust 2026 18:20

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    31 Avqust 2026 03:00

    İsrail ordusu Qəzzadakı xəstəxana hücumunda HƏMAS komandirini hədəfə aldığını iddia edib

    29 Avqust 2026 19:26

    İsrail Qəzzada xəstəxana kompleksini bombaladı

    29 Avqust 2026 17:23

    İsrail ordusu Qəzza şəhərində iki fələstinli komandiri öldürdüyünü açıqlayıb

    28 Avqust 2026 18:32

    İsrail qüvvələri Qəzza şəhərinin cənub-şərqində genişmiqyaslı dağıntılar törədib

    28 Avqust 2026 18:25

    Qəzzanın yenidən qurulması üçün 7 milyard dollar vəd edilib

    28 Avqust 2026 18:15

    Şotlandiyada Fələstinə dəstək verən yeddi fəalın işi məhkəməyə çıxarılır

    28 Avqust 2026 18:05

    Boş xəzinə ordunun döyüş hazırlığına zərbə vurur - Eyal Zamir

    27 Avqust 2026 18:20
    XƏBƏR LENTİ

    Qüdsün xilası, Qətərin müstəqilliyi və Livan savaşı: 2 sentyabrda nə baş verdi?

    Tarixdə bu gün - 2 Sentyabr

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    Küveyt "Gələcək Nəsillər Ehtiyat Fondu"ndan borc götürülməsinə icazə verib

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Qırğızıstana səfərindən görüntülər paylaşılıb

    Avropa İttifaqı Livan hərbçilərinin hazırlanması üçün yeni missiya planlaşdırır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.