#Türkiyə

Türkiyənin Yalova şəhərində təlim uçuşu həyata keçirən F-16 hərbi təyyarəsi qəzaya uğrayıb. Hadisə yerinə çox sayda təcili yardım və xilasedici qrup göndərilib. Hadisədən sonra əraziyə çoxlu sayda tibbi yardım briqadası və təhlükəsizlik qüvvələri cəlb olunub. Qəza zamanı yaranan alov və qara tüstü ətraf ərazilərdən də müşahidə edilib. Milli Müdafiə Nazirliyi bildirib ki, qəzanın səbəbləri aparılacaq ətraflı texniki araşdırmadan sonra müəyyən ediləcək

ABŞ Hərbi Hava Qüvvələrinin və Hərbi Dəniz Qüvvələrinin keçmiş döyüş pilotları Türkiyənin beşinci nəsil KAAN qırıcı təyyarəsinin P1 prototipinin yer sınaqlarını qiymətləndirib. Keçmiş pilotların diqqət yetirdiyi əsas məsələlərdən biri təyyarənin xarici görünüşü və aerodinamik quruluşu olub. Trevor Hartsock KAAN-ın dizaynının ABŞ Hərbi Hava Qüvvələrinin F-22 “Raptor” qırıcısını xatırlatdığını bildirib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan avqustun 13-14-də Misirə rəsmi səfər edəcək. Səfər çərçivəsində Türkiyə-Misir münasibətləri ilə yanaşı, Qəzza, Hörmüz boğazı, Suriya, Liviya, Sudan və Şərqi Aralıq dənizindəki vəziyyət müzakirə olunacaq. Səfər çərçivəsində Hakan Fidan və Misirin xarici işlər naziri Bədr Əbdül Ati arasında Türkiyə-Misir Birgə Planlaşdırma Qrupunun ikinci iclası keçiriləcək. Görüşdə iki ölkə liderlərinin fevralın 4-də Qahirədə keçirdiyi Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci toplantısının nəticələri və 2028-ci ildə Türkiyədə keçirilməsi nəzərdə tutulan üçüncü toplantıya hazırlıq məsələləri müzakirə olunacaq.

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə rəsmi səfər edəcək. Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran Mahmud Abbasın 11-13 avqust 2026-cı il tarixlərində Türkiyədə rəsmi səfərdə olacağını açıqlayıb

Türkiyənin “Fənərbağça” futbol klubu hücum xəttini Belçika millisinin ulduz futbolçusu Romelu Lukaku ilə gücləndirməyə hazırlaşır. Bildirilir ki, tərəflər son günlər transferlə bağlı intensiv danışıqlar aparıblar. “Fənərbağça”nın ilk 5 milyon avroluq təklifi ilə “Napoli”nin tələbi arasında fərq olsa da, İstanbul klubunun yeni təklifi razılaşmanın əldə olunmasına imkan verib.

Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif Məkkə müdafiə sazişinin yalnız müdafiə məqsədi daşıdığını bildirib. O, razılaşmanın hücum xarakteri olmadığını vurğulayıb. Şərif sazişin bölgədə sülh, inkişaf və rifahın təşviqinə xidmət etdiyini deyib. Pakistan rəhbəri bu razılaşmanı müsəlman dünyası üçün güc mənbəyi kimi qiymətləndirib. Onun sözlərinə görə, saziş üzərində iş illər ərzində aparılıb. Pakistan hökuməti razılaşmanın hər hansı dövlətə qarşı yönəlmədiyini bildirib. İslamabad sənədin regional təhlükəsizlik və sabitliyə töhfə verəcəyini qeyd edib.

İranın xarici işlər naziri Abbas Əraqçi Almaniya və Pakistan həmkarları ilə telefon danışığı keçirib. Əraqçi Almaniyanın xarici işlər naziri İohann Vadeful ilə regional və beynəlxalq məsələləri müzakirə edib. Danışıq Almaniyanın Donald Trampın Qəzza planına münasibət bildirməsindən sonra baş tutub. Berlin həmin planın HƏMAS-ın tərksilahına yol aça biləcəyini açıqlayıb. İsrailin Baş naziri Benyamin Netanyahu isə planı rədd edib. Əraqçi Pakistanın xarici işlər naziri İshaq Darla da danışıqlar aparıb. Tərəflər İran-Oman danışıqlarının gedişini və Pakistan-Səudiyyə Ərəbistanı-Türkiyə müdafiə sazişini müzakirə ediblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xalq tərəfindən ilk dəfə prezident seçildiyi 10 avqust 2014-cü ildən etibarən bu vəzifədə 12 ili geridə qoyub. Bu müddət ərzində Türkiyədə idarəetmə sistemi dəyişib, Ərdoğan isə 2018 və 2023-cü illərdə keçirilən prezident seçkilərində yenidən qalib gəlib. 2017-ci il aprelin 16-da keçirilən referendumla Türkiyədə Prezident üsul-idarəsinə keçidi nəzərdə tutan konstitusiya dəyişiklikləri təsdiqlənib. Səsvermədə seçicilərin 51,41 faizi dəyişikliklərin lehinə, 48,59 faizi isə əleyhinə səs verib. Dəyişikliklər 2017-ci il aprelin 27-də rəsmi nəticələrin dərc olunmasından sonra qüvvəyə minib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Fransa və Almaniyadan olan həmkarları ilə telefon danışığı aparıb. Türkiyə Xarici İşlər Nazirliyinin mənbələrinə əsasən, danışıqlar zamanı əsas müzakirə mövzusu regional proseslər olub. Tərəflər Yaxın Şərqdə və digər bölgələrdə baş verən son hadisələr, eləcə də regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıbla

Türkiyənin Ədirnə vilayətinin Keşan rayonunda ölkədən qanunsuz yollarla çıxmağa hazırlaşdığı bildirilən FETÖ ilə əlaqədə şübhəli bilinən üç nəfər saxlanılıb. Avtomobildə sürücü F.K., narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunduğuna görə ölkədən çıxışına qadağa qoyulan S.İ., həmçinin FETÖ ilə əlaqədə şübhəli bilinən E.T., Z.T.E. və S.T. aşkarlanaraq saxlanılıblar.

Pakistanın Baş naziri Şahbaz Şərif Məkkədə Türkiyə və Səudiyyə Ərəbistanı ilə imzalanan müdafiə sazişini "tarixi razılaşma" adlandırıb. O, sənədin gələcək nəsillər üçün "sülh qalxanı" olacağını bildirib və razılaşmanın əldə olunmasında Pakistan Ordusunun Baş Qərargah rəisi feldmarşal Asim Munirin rolunu yüksək qiymətləndirib. Şərif sazişin regional təhlükəsizlik və sabitliyə töhfə verəcəyini vurğulayıb.