18 mart tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfəri çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan ilə görüşüb. Nazirlər regional sabitliyin qorunmasının, gərginliyin artmasının qarşısının alınmasının və beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmətin vacibliyini vurğulayıblar.
#Türkiyə
Türkiyənin Daxili İşlər Nazirliyi son bir həftə ərzində 73 vilayətdə narkotik maddə satıcılarına qarşı keçirilən əməliyyatlar zamanı 1 ton 134,5 kiloqram narkotik vasitə və 412 min ədəd psixotrop tərkibli həb aşkar edilərək götürüldüyünü açıqlayıb.
İraq gündəlik 250 min barel həcmində neft ixracını Türkiyənin Ceyhan limanı vasitəsilə yenidən başladıb. Məlumata görə, dövlətə məxsus Şimal Neft Şirkəti Kərkük yataqlarından neftin Ceyhana nəqlini təmin edən Sarlo nasos stansiyasının fəaliyyətə başladığını açıqlayıb. İlkin mərhələdə ixrac gücü gündə 250 min barel səviyyəsində müəyyən edilib.
Qırğızıstan xüsusi xidmət orqanları beynəlxalq terror təşkilatına bağlı şəxsi saxlayıb. Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsi İŞİD terror təşkilatının üzvü olduğu bildirilən T.M.Ş. adlı ölkə vətəndaşının fəaliyyətinin qarşısını alıb.
Türkiyənin tanınmış tarixçisi, professor İlber Ortaylı son mənzilə yola salınır. 78 yaşında çoxsaylı orqan çatışmazlığı səbəbindən vəfat edən alim üçün bu gün İstanbulda vida mərasimləri keçirilir. Məlumata görə, mərasimdən sonra tanınmış tarixçi İstanbulun Fatih məscidində qılınacaq ikindi namazından sonra məscidin həyətində yerləşən məzarlıqda dəfn olunacaq.
Türkiyənin Dənizli şəhərində 3,9 bal gücündə zəlzələ baş verib. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. AFAD-ın açıqlamasına görə, zəlzələ ocağı təxminən 14,91 kilometr dərinlikdə yerləşib.
Ömər Çelik bildirib ki, Türkiyənin pilotsuz uçuş aparatları və süni intellekt sahəsində imkanlarını inkişaf etdirməsi dövlətin təhlükəsizliyi və gələcəyi baxımından zəruridir. Çelik bildirib ki, dünyanın hazırda keçdiyi mürəkkəb dövrdə və beynəlxalq qurumların təsirinin zəiflədiyi bir zamanda Türkiyənin öz imkan və qabiliyyətlərini artırması həyati əhəmiyyət daşıyır.
Azərbaycan COP31-in uğurla keçirilməsi üçün qardaş Türkiyəyə dəstəyini ifadə edib və iqlim gündəliyinin irəli aparılması istiqamətində əməkdaşlığı davam etdirəcək. Nazir müavini qeyd edib ki, COP prosesi Birləşmiş Millətlər Təşkilatı sistemində ən inklüziv platformalardan biridir və bu proses yalnız hökumət nümayəndələrini deyil, həm də vətəndaş cəmiyyətini, akademik dairələri, gəncləri və digər maraqlı tərəfləri bir araya gətirir:
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb. Bildirilib ki, telefon danışığı zamanı regionda mövcud təhlükəsizlik vəziyyəti və artan gərginlik müzakirə edilib.
Qardaş Türkiyənin ərazisinə qarşı növbəti raket buraxılışını qətiyyətlə pisləyirik. Bu, suverenliyin və ərazi bütövlüyünün kobud şəkildə pozulmasıdır. Qeyd edək ki, bu gün gecə saatlarında İrandan buraxılan ballistik raket Türkiyənin hava məkanına daxil olub. Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, raket Şərqi Aralıq dənizində yerləşən NATO hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.
Türkiyə təhlükəsizlik mənbələri İrandan atılan ballistik raketlərin NATO hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilməsindən sonra Ankaranın rəsmi mövqeyinə dair mühüm açıqlamalar verib. Mənbələr vurğulayıb ki, Türkiyə hazırda davam edən regional müharibənin tərəfi deyil və münaqişənin içinə çəkilməmək üçün son dərəcə ehtiyatlı və soyuqqanlı siyasət yürüdür. Bölgədə yeni gərginlik xətlərinin yaranmaması üçün məsuliyyətlə hərəkət edən Ankara İran tərəfinə sözügedən hücuma görə məsuliyyət daşıyanların dərhal müəyyən edilməsi və lazımi tədbirlərin görülməsi barədə çox net mesajlar çatdırıb.
Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) İrandan atılan və Türkiyənin hava məkanına daxil olan ballistik sursatın Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO-nun hava və raketdən müdafiə qüvvələri tərəfindən zərərsizləşdirildiyini açıqlayıb. Nazirliyin bəyanatında qeyd olunub ki, ölkə ərazisinə və hava məkanına yönələn hər növ təhdidə qarşı zəruri tədbirlər qətiyyətlə və tərəddüdsüz həyata keçirilir. Hadisənin bütün detallarının aydınlaşdırılması məqsədilə müvafiq ölkə ilə rəsmi diplomatik və hərbi danışıqların aparıldığı bildirilib.