Türkiyənin Milli Müdafiə Nazirliyi NATO-nun İraq Missiyasının geri çəkilməsi barədə qərar qəbul edildiyini açıqlayıb. Bildirilib ki, bu qərar çərçivəsində İraqın paytaxtı Bağdadda xidmət edən Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti uğurla ölkəyə təxliyə olunub. Eyni zamanda, NATO-nun geri çəkilmə planı çərçivəsində müttəfiq ölkələrin hərbçilərinin təxliyəsinə də Türkiyə tərəfindən dəstək göstərilib.
#Türkiyə
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya rəhbəri Burhanəddin Duran STRATCOM Zirvəsi ilə bağlı sosial media hesabında paylaşım edib. Duran qeyd edib ki, Prezident Administrasiyasının Kommunikasiya idarəsinin əsas məqsədi strateji kommunikasiyanın imkanlarından istifadə edərək beynəlxalq əməkdaşlığı gücləndirmək və ortaq düşüncəni təşviq etməkdir.
Türkiyədə bu il beşinci dəfə keçiriləcək Strateji Kommunikasiya Zirvəsində (STRATCOM) Yaxın Şərqdəki müharibə və beynəlxalq sistemdə baş verən dəyişikliklər geniş müzakirə olunacaq. Tədbirdə Türkiyə vitse-prezidenti Cevdet Yılmaz, xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, eləcə də 10 ölkədən 11 nazir və 60-dan çox yüksək səviyyəli rəsmi iştirak edəcək.
Türkiyə Milli Müdafiə Naziri Yaşar Gülər İngiltərəyə səfər edərək Eurofighter Typhonn döyüş təyyarələrinin tədarükü ilə bağlı görüşlər aparacaq. Türkiyə və İngiltərə arasında davam edən və ötən ilin oktyabr ayında Rəcəb Tayyib Ərdoğan və İngiltərə Baş naziri Kir Starmer arasında ilkin imzaların atıldığı “Eurofighter Typhonn döyüş təyyarələrinin tədarükü” layihəsi də gündəmdə olacaq.
İsrailin İranın enerji infrastrukturuna endirdiyi zərbələr nəticəsində "Cənub Pars" yatağındakı hasilat və nəql sistemlərinə ciddi ziyan dəydiyi bildirilir. İran rəsmiləri ixracın dayandırılmasını həm texnoloji qəzalar, həm də daxili ehtiyacların ödənilməsi zərurəti ilə əsaslandırırlar.
Türkiyənin Milli Müdafiə Naziri Yaşar Gülər, Qətər Silahlı Qüvvələrinin helikopter qəzasında şəhid olanların nəşlərini Türkiyəyə gətirən Qətər heyətini qəbul edib. Qətər heyəti də şəhid olan Sinan Taştekin, ASELSAN texnikləri Süleyman Cemre Kahraman və İsmail Enes Can üçün Allahdan rəhmət, Türk xalqına isə başsağlığı və səbr arzulayıb.
ABŞ-ın "Axios" xəbər saytı Türkiyənin son iki gündür ABŞ ilə İran arasındakı kritik mesaj trafikini idarə edən əsas ölkələrdən biri olduğunu bildirib. Prosesə Misir və Pakistan da qoşulub. "Axios"un məlumatına görə, Türkiyə, Misir və Pakistanla birlikdə gərginliyi azaltmaq məqsədilə ABŞ və İran arasında vasitəçilik missiyasını həyata keçirir. Tərəflər arasında intensiv mesaj mübadiləsi davam edir.
Ankara Şəhər Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən martın 15-dən 21-dək həyata keçirilən əməliyyat çərçivəsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı genişmiqyaslı tədbirlər görülüb.
Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) mənbələri İncirlik Hərbi Bazasındakı həyəcan siqnallarına dair sosial mediada yayılan məlumatlara münasibət bildirib. MSB-nin açıqlamasında qeyd olunub ki, sosial mediada İncirlik Hərbi Bazasındakı həyəcan siqnallarının çaldığına dair paylaşımlar yer alsa da, hər hansı bir hücum və ya təhlükəli hadisə baş verməyib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaxın Şərqdə artan gərginlik fonunda İsrailin fəaliyyətlərini sərt tənqid edərək bildirib ki, İsrail Baş naziri Benyamin Netanyahu tərəfindən yürüdülən siyasət qlobal sülh üçün təhlükə yaratmaqda davam edir. O, qeyd edib ki, regionda baş verən hadisələr ümumi təhlükəsizlik mühitini daha da gərginləşdirir. Onun sözlərinə görə, Rusiya-Ukraniya müharibəsi artıq beşinci ilinə daxil olub, Yaxın Şərqdə isə münaqişələr dərinləşməkdə davam edir.
Türkiyədə ölkədən qaçmağa cəhd edən FETÖ üzvlərinə qarşı əməliyyat keçirilib, 5 nəfər həbs olunub. Vilayət Polis İdarəsinin Kəşfiyyat şöbəsi və Keşan Terrorla Mübarizə Bürosunun əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Edirnə–Keşan avtomobil yolunda iki nəqliyyat vasitəsi saxlanılıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Qətərə rəsmi səfər edəcək. Səfər regionda baş verən son hadisələr və təhlükəsizlik məsələlərinin müzakirəsi məqsədi daşıyır. Hakan Fidan bundan əvvəl Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən yüksək səviyyəli görüşdə iştirak edib.