Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Azərbaycan COP31-in uğuru üçün Türkiyəni dəstəkləyir - Yalçın Rəfiyev

    14 Mart 2026 15:55
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Azərbaycan COP31-in uğuru üçün Türkiyəni dəstəkləyir - Yalçın Rəfiyev
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Azərbaycan COP31-in uğurla keçirilməsi üçün qardaş Türkiyəyə dəstəyini ifadə edib və iqlim gündəliyinin irəli aparılması istiqamətində əməkdaşlığı davam etdirəcək.

    VOA xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini, COP29-un başdanışıqçısı Yalçın Rəfiyev Qoşulmama Hərəkatı Gənclər Təşkilatının mənzil-qərargahında keçirilən brifinqdə bildirib.

    Nazir müavini qeyd edib ki, COP prosesi Birləşmiş Millətlər Təşkilatı sistemində ən inklüziv platformalardan biridir və bu proses yalnız hökumət nümayəndələrini deyil, həm də vətəndaş cəmiyyətini, akademik dairələri, gəncləri və digər maraqlı tərəfləri bir araya gətirir:

    “Azərbaycan 2024-cü ilin noyabrında COP29-a ev sahibliyi etməklə ölkənin müstəqillik tarixində ən mühüm beynəlxalq tədbirlərdən birini təşkil edib. Onun sözlərinə görə, əldə olunan nəticələr COP prosesində əlamətdar mərhələ kimi yadda qalıb.

    COP çərçivəsində yüksəksəviyyəli çempionlar mühüm rol oynayır və onların fəaliyyəti hökumətlərarası danışıqları qeyri-dövlət aktorlarının töhfələri ilə tamamlayır”.

    Rəfiyev Türkiyədə keçiriləcək COP31-ə hazırlıq prosesinə də toxunaraq bildirib ki, bu tədbirin yüksəksəviyyəli çempionu olan Samet Arvas iqlim sahəsində zəngin təcrübəyə malikdir və artıq müxtəlif maraqlı tərəflərlə fəal şəkildə əməkdaşlıq edir.

    “Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum COP31-in təyin olunmuş prezidenti kimi hazırlıq prosesinə fəal şəkildə rəhbərlik edir”, - o əlavə edib.

    #Türkiyə #Azərbaycan #Xarici İşlər Nazirliyi #Yalçın Rəfiyev #COP31 #COP31 Türkiyə
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan və Litva arasında regional təhlükəsizlik məsələləri müzakirə edilib

    3 Sentyabr 2026 11:39

    Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə dizel yanacağı göndərilib

    3 Sentyabr 2026 11:32

    İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

    3 Sentyabr 2026 11:04

    Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir

    2 Sentyabr 2026 19:03

    Türkmənistan və Azərbaycan konsulluq əməkdaşlığını müzakirə edib

    2 Sentyabr 2026 16:08

    Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

    2 Sentyabr 2026 15:56

    Rusiyadan Ermənistana Azərbaycan üzərindən 100 tona yaxın dizel yanacağı ixrac olunacaq

    2 Sentyabr 2026 15:50

    Azərbaycan və Səudiyyə Ərəbistanı aviasiya əməkdaşlığının genişləndirilməsini müzakirə edib

    2 Sentyabr 2026 15:42

    Mərmərə dənizində yük gəmisi batıb, 10 dənizçi itkin düşüb

    2 Sentyabr 2026 12:23

    2027-ci ildə innovasiya fəaliyyətində iştirakçı qurumların sayının 40-a çatdırılması hədəflənir - Fərid Osmanov

    2 Sentyabr 2026 10:13

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    1 Sentyabr 2026 22:32

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    1 Sentyabr 2026 22:21
    XƏBƏR LENTİ

    Azərbaycan və Çin arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq müzakirə olunub

    Azərbaycan və Litva arasında regional təhlükəsizlik məsələləri müzakirə edilib

    Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə dizel yanacağı göndərilib

    Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib

    Prezident İlham Əliyev San Marinonun Regent Kapitanlarına məktub ünvanlayıb

    Rusiya Aİ-yə üzvlük məsələsində Ermənistanla danışıqlar aparmır - Overçuk

    İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

    ABŞ-də Trampın metal pulu dövriyyəyə buraxılıb

    Husilər Yəmənin qərb sahillərinə 14-dən çox ballistik raket atıb

    Sudanda BMT-nin ərzaq yardımı daşıyan iki karvanına hücum olub

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.