#NATO

NATO-nun baş katibi Mark Rutte ABŞ prezidenti Donald Trampın Avropa ölkələrinin İran məsələsində gecikən reaksiyasından narazı olduğunu bildirib. Xatırladaq ki, Tramp daha əvvəl NATO ölkələrinin İranla bağlı vəziyyətdə ABŞ-a dəstək vermədiyini bildirərək alyansı tənqid etmişdi. O, ABŞ-ın NATO-nun köməyinə ehtiyac duymadığını, lakin bu vəziyyəti unutmayacaqlarını qeyd etmişdi.

ABŞ prezidenti Donald Tramp NATO ilə bağlı növbəti sərt açıqlama verərək, ölkəsinin alyansdan gələcək dəstəyə ehtiyacı olmadığını bildirib. Tramp xatırladıb ki, daha əvvəl də oxşar mövqe sərgiləyərək, ABŞ-ın hərbi uğurlarına görə NATO ölkələrinin dəstəyinə ehtiyac duymadığını bildirmişdi.

Türkiyənin Milli Müdafiə Nazirliyi NATO-nun İraq Missiyasının geri çəkilməsi barədə qərar qəbul edildiyini açıqlayıb. Bildirilib ki, bu qərar çərçivəsində İraqın paytaxtı Bağdadda xidmət edən Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti uğurla ölkəyə təxliyə olunub. Eyni zamanda, NATO-nun geri çəkilmə planı çərçivəsində müttəfiq ölkələrin hərbçilərinin təxliyəsinə də Türkiyə tərəfindən dəstək göstərilib.

ABŞ Prezidenti Donald Tramp bu gün Ağ Evdə Yaponiyanın Baş naziri Sanai Takaiçi ilə keçirdiyi birgə mətbuat konfransında İranla müharibənin gedişatı və Vaşinqtonun gələcək addımları barədə strateji açıqlamalar verib. Prezident ABŞ-ın İrana quru qoşunları yeritməyəcəyini və İsrailin neft infrastrukturunu hədəf almayacağını bəyan edib.

Fransa Prezidenti Emanuel Makronun İranın nüvə silahına sahib olmamasını regionda sülhün əsas şərti kimi təqdim etməsi Yaxın Şərqdə təhlükəsizlik balansı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Bu yanaşma ilk baxışdan beynəlxalq təhlükəsizlik prinsiplərinə uyğun görünsə də, məsələnin daha dərin geosiyasi və iqtisadi tərəfləri də diqqətdən kənarda qalmır.

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında naviqasiya təhlükəsizliyinin təmin edilməsi məsələsində Vaşinqtonun çağırışlarına soyuq yanaşan müttəfiqlərini sərt şəkildə tənqid edib. O, həmçinin Çinə planlaşdırılan rəsmi səfərini təxirə saldığını və İranla müharibəni cəmi bir həftəyə yekunlaşdıra biləcəyini bəyan edib.

NATO, ABŞ Prezidenti Donald Trampın müttəfiqlərin Hörmüz boğazının təhlükəsizliyini təmin etməməsinin "Alyansın gələcəyi üçün çox pis" olacağı barədə xəbərdarlığından sonra rəsmi mövqeyini açıqlayıb. Adının açıqlanmasını istəməyən NATO rəsmisi bildirib ki, müttəfiqlər Şərqi Aralıq dənizində əlavə təhlükəsizliyi təmin etmək üçün artıq konkret addımlar atıblar. Bu addımlar regionda artan gərginlik fonunda dəniz nəqliyyatının və strateji su yollarının qorunmasına yönəlib.

NATO, İrandan atılan və Türkiyənin hava məkanına daxil olan ballistik raketlərin müttəfiq qüvvələr tərəfindən zərərsizləşdirilməsindən sonra rəsmi bəyanat yayaraq, Alyansın tam hazırlıq vəziyyətində olduğunu bildirib. Alyansın mənzil-qərargahından verilən yazılı açıqlamada vurğulanıb ki, NATO hər hansı bir istiqamətdən gələ biləcək hər növ təhdidə qarşı kollektiv müdafiəni təmin etməyə davam edir. Bəyanatda həmçinin ballistik raketdən müdafiə sistemlərinin inkişaf edən təhdidlərə uyğun olaraq daimi şəkildə təkmilləşdiriləcəyi diqqətə çatdırılıb.

Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) İrandan atılan və Türkiyənin hava məkanına daxil olan ballistik sursatın Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO-nun hava və raketdən müdafiə qüvvələri tərəfindən zərərsizləşdirildiyini açıqlayıb. Nazirliyin bəyanatında qeyd olunub ki, ölkə ərazisinə və hava məkanına yönələn hər növ təhdidə qarşı zəruri tədbirlər qətiyyətlə və tərəddüdsüz həyata keçirilir. Hadisənin bütün detallarının aydınlaşdırılması məqsədilə müvafiq ölkə ilə rəsmi diplomatik və hərbi danışıqların aparıldığı bildirilib.