BAKI,VOA, Fərid Mikayılov
ABŞ prezidenti Donald Tramp NATO ilə bağlı növbəti sərt açıqlama verərək, ölkəsinin alyansdan gələcək dəstəyə ehtiyacı olmadığını bildirib.
VOA xəbər verir ki, Tramp sosial media hesabında paylaşımında qeyd edib ki, ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar zamanı NATO üzvü ölkələr heç bir addım atmayıb.
“ABŞ-ın NATO-dan gələcək heç nəyə ehtiyacı yoxdur, lakin bu mühüm vəziyyəti heç vaxt unutmayacağıq” - deyə o vurğulayıb.
Tramp xatırladıb ki, daha əvvəl də oxşar mövqe sərgiləyərək, ABŞ-ın hərbi uğurlarına görə NATO ölkələrinin dəstəyinə ehtiyac duymadığını bildirmişdi.