Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Digər Xəbərlər
    Digər Xəbərlər

    Hər yöndən gələ biləcək bütün təhdidlərə qarşı hazırıq - NATO-dan Türkiyə bəyanatı

    13 Mart 2026 16:20
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Hər yöndən gələ biləcək bütün təhdidlərə qarşı hazırıq - NATO-dan Türkiyə bəyanatı
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA, Nailə Babazadə

    NATO, İrandan atılan və Türkiyənin hava məkanına daxil olan ballistik raketlərin müttəfiq qüvvələr tərəfindən zərərsizləşdirilməsindən sonra rəsmi bəyanat yayaraq, Alyansın tam hazırlıq vəziyyətində olduğunu bildirib.

    VOA xəbər verir ki, Alyansın mənzil-qərargahından verilən yazılı açıqlamada vurğulanıb ki, NATO hər hansı bir istiqamətdən gələ biləcək hər növ təhdidə qarşı kollektiv müdafiəni təmin etməyə davam edir. Bəyanatda həmçinin ballistik raketdən müdafiə sistemlərinin inkişaf edən təhdidlərə uyğun olaraq daimi şəkildə təkmilləşdiriləcəyi diqqətə çatdırılıb.

    Əməliyyat detallarının gizli saxlanıldığı açıqlamada Türkiyənin hava təhlükəsizliyinin qorunmasının Alyans üçün prioritet olduğu qeyd edilib. Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) daha əvvəl verdiyi məlumata görə, İrandan atılan ballistik sursat Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO-nun hava və raketdən müdafiə bölmələri tərəfindən havada məhv edilib. Bu uğurlu müdaxilə Türkiyə və müttəfiqləri arasındakı hərbi koordinasiyanın yüksək səviyyədə olduğunu bir daha sübut edib.

    Xatırladaq ki, bu, son günlərdə baş verən yeganə hadisə deyil; İrandan atılan və Türkiyə sərhədlərinə yönələn ballistik raketlər martın 4-də və 9-da da NATO-nun hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilmişdi. NATO rəsmiləri regional sabitliyi pozmağa yönələn bu cür cəhdlərə qarşı Alyansın "açıq qapı" və "sarsılmaz müdafiə" prinsiplərinə sadiq qalacağını, hər hansı bir üzv ölkəyə qarşı yönələn təcavüzün qarşısının qətiyyətlə alınacağını bir daha xatırladıblar.

    #NATO #NATO: İranın Türkiyəni hədəf almasını qınayırıq #İran raketi NATO müdafiə sistemi ilə məhv edildi #NATO-dan İranın hücumlarına sərt reaksiya #NATO: İran’ın Türkiye’yi hedef almasını kınıyoruz #İran füzesi NATO savunmasıyla imha edildi #NATO’dan İran saldırılarına tepki
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Rusiya NATO ərazisinə hücum etməyəcək - Tramp

    29 Avqust 2026 16:34

    ABŞ Moskva görüşləri barədə Ukraynaya məlumat verib - Zelenski

    29 Avqust 2026 16:16

    İsveç Rusiya sərhədinə qırıcı təyyarələr və hərbi gəmilər göndərəcək

    28 Avqust 2026 16:32

    Putin NATO ölkəsinə hücum etməyəcək - Tramp

    27 Avqust 2026 21:54

    CIA rəhbərinin Moskva səfərinin əsl məqsədi nə idi? ABŞ Rusiyaya xəbərdarlıq edib

    27 Avqust 2026 16:25

    NATO hərbçilərinin Ukraynada yerləşdirilməsi Rusiya üçün qəbuledilməzdir - Peskov

    25 Avqust 2026 14:49

    Türkiyə İsrail təyyarəsini vursaydı nə baş verərdi?

    24 Avqust 2026 08:02

    NATO ölkələri Hörmüz boğazı üçün planları müzakirə edib

    21 Avqust 2026 21:04

    Bütün müttəfiqləri müdafiə etmək üçün zəruri addımları atacağıq - NATO

    19 Avqust 2026 17:14

    "Sanksiyalar ləğv edilsin, Türkiyəyə F-35 verilsin!" — ABŞ parlamentarilərinə rəsmi məktub göndərildi

    19 Avqust 2026 14:09

    Türkiyə Kanadanın qlobal müdafiə bankına qoşulmaq məsələsini qiymətləndirir

    11 İyul 2026 19:14

    Tramp NATO sammitində həm sərt, həm yumşaq mesajlar verdi

    9 İyul 2026 22:45
    XƏBƏR LENTİ

    Qüdsün xilası, Qətərin müstəqilliyi və Livan savaşı: 2 sentyabrda nə baş verdi?

    Tarixdə bu gün - 2 Sentyabr

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    Küveyt "Gələcək Nəsillər Ehtiyat Fondu"ndan borc götürülməsinə icazə verib

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Qırğızıstana səfərindən görüntülər paylaşılıb

    Avropa İttifaqı Livan hərbçilərinin hazırlanması üçün yeni missiya planlaşdırır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.