#NATO

Türkiyə Milli Müdafiə Nazirliyi (MSB), ölkənin hava sahəsinin mühafizəsinə dəstək məqsədilə ayrılmış "Patriot" hava hücumundan müdafiə sisteminin Malatya şəhərində yerləşdirildiyini elan edib. Milli Müdafiə Nazirliyindən verilən rəsmi bəyanatda bildirilir ki, Türk Silahlı Qüvvələri ölkənin və vətəndaşların təhlükəsizliyini təmin etmək məsələsində tam qərarlıdır. Bölgədə baş verən son hadisələr fonunda sərhədlərin və hava sahəsinin təhlükəsizliyi üçün zəruri tədbirlərin görüldüyü, həmçinin NATO və müttəfiqlərlə məsləhətləşmələrin aparıldığı vurğulanıb.

Xorvatiyada 2008-ci ildə ləğv edilən məcburi hərbi xidmət sistemi yenidən qüvvəyə minib və yüzlərlə gənc hərbi hissələrdə xidmətə başlayıb. İki ay davam edəcək təlim müddətində gənclər hərbi nizam-intizam çərçivəsində hazırlıq keçəcəklər. Xorvatiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Tihomir Kundid bildirib ki, çağırışçılar mülki mühitdən ayrılaraq hərbi xidmətə başlayırlar, lakin bu proses ailələri narahat etməyəcək şəkildə mərhələli və stresssiz aparılacaq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliya baş naziri Georgia Meloni ilə telefon görüşməsi keçirib. Liderlər görüş zamanı Türkiyə–İtaliya ikitərəfli əlaqələri ilə yanaşı, regionda davam edən münaqişəli proseslərin gedişatı başda olmaqla, regional və qlobal məsələləri ətraflı müzakirə ediblər. Prezident Ərdoğan Türkiyə və İtaliya arasındakı əməkdaşlığı ticarət sahəsi başda olmaqla, hər bir istiqamətdə daha da irəliyə aparmaq üçün çalışdıqlarını ifadə edib.

BAKI,VOA NATO müdafiə qüvvələri İrandan atılan ballistik raketin Türkiyə hava məkanına girməzdən əvvəl zərərsizləşdirib. Türkiyənin Milli Müdafiə Nazirliyinin məlumatına əsasən, İran ərazisindən atılan və İraq ilə Suriya hava məkanından keçərək Türkiyə istiqamətində hərəkət edən ballistik raket Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO hava və raketdən müdafiə sistemləri tərəfindən məhv edilib.

NATO-nun “Steadfast Dart 2026” təlimi çərçivəsində TCG ANADOLU gəmisində yerləşdirilən Bayraktar TB3 silahlı pilotsuz uçuş aparatı Baltik dənizində sərt hava şəraitində uçuş nümayişini uğurla başa vurub. NATO-nun ən böyük təlimlərindən biri olan “Steadfast Dart 2026” zamanı hava temperaturunun -5 dərəcəyə qədər endiyi, güclü qar və şiddətli küləyin müşahidə olunduğu şəraitdə Bayraktar TB3 uçuş icra edib.

Finlandiya Rusiyanın Arktik bölgədə hərbi fəaliyyətini genişləndirdiyini və ölkə sərhədi boyunca yeni infrastruktur qurduğunu bəyan edib. Nazir qeyd edib ki, Rusiyanın nüvə potensialının mühüm hissəsi ölkənin şimal-qərbində yerləşən Kola yarımadasında cəmləşib. Onun sözlərinə görə, bu ərazi nüvə sualtı qayıqları və uzaqmənzilli bombardmançı təyyarələr kimi strateji hərbi vasitələrə ev sahibliyi edir. Həkkanen həmçinin Rusiyanın Finlandiya sərhədi boyunca Soyuq müharibə dövrünü xatırladan yeni hərbi obyektlər inşa etdiyini vurğulayıb.

NATO Baş katibinin müavini Radmila Şekerinska bildirib ki, bütün kəşfiyyat hesabatları və siyasi təhlillər müharibə başa çatdıqdan sonra Rusiyanın daha da təhlükəli hala gələcəyini göstərir. Şekerinska Almaniyada keçirilən 62-ci Münhen Təhlükəsizlik Konfransında “Avropalılar, birləşin. Daha çətin dünyada yenidən söz sahibi olmaq” adlı paneldə çıxış edib.

NATO Arktikada fəaliyyətini genişləndirərək Qrenlandiyada yeni “Arctic Sentry” təşəbbüsünü işə salmağa hazırlaşır. Alyansın bu addımı rəsmi olaraq regionda artan təhlükəsizlik çağırışlarına cavab kimi təqdim edilsə də, diplomatik mənbələr təşəbbüsün əsasən siyasi və kommunikasiya xarakteri daşıdığını bildirirlər.

Türkiyə Milli Müdafiə Nazirliyi, NATO-nun bu il keçirilən ən genişmiqyaslı təlimi olan "Steadfast Dart-26"da iştirak edəcək quru qoşunları bölmələrinin Almaniyanın Emden limanına çatdırıldığını elan edib. Nazirliyin sosial media hesabında paylaşılan məlumata görə, bu strateji daşıma əməliyyatı Türkiyənin ən böyük hərbi gəmisi olan TCG Anadolu vasitəsilə uğurla həyata keçirilib.

Kanadanın Baş naziri Mark Karni Ontario əyalətində keçirdiyi mətbuat konfransında Türkiyə-Kanada münasibətləri barədə mühüm açıqlamalar verib. O, Türkiyəni NATO-nun "həyati tərəfdaşı" adlandıraraq, iki ölkə arasında iqtisadi və strateji əməkdaşlığı dərinləşdirmək üçün "nəhəng" imkanların olduğunu bildirib. Baş nazir Karni Türkiyənin dünyanın strateji və bəzən çətin bir bölgəsində mühüm rol oynadığını vurğulayıb. O, Prezident Rəcəb Tayyib Ərdoğan ilə Nyu-Yorkda apardığı danışıqlara toxunaraq bildirib: "Türkiyə ilə ticari əlaqələrimizi dərinləşdirmək üçün bir sıra imkanlarımız var. Müdafiə və nüvə əməkdaşlığı kimi mövzuları da əhatə edə biləcək bu danışıqları davam etdirməyi planlaşdırırıq."