İsrail artıq Livanı bombalamayacaq. ABŞ tərəfindən bunu etmələri qadağan edildi. Bu sözləri Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp bildirib. O, məsələ ilə bağlı mövqeyini "Artıq kifayətdir" ifadəsi ilə qəti şəkildə ortaya qoyub. ABŞ lideri bu diqqətçəkən bəyanatla özünə məxsus "Truth Social" sosial media platformasındakı paylaşımında çıxış edib.
#Livan-İsrail münasibətləri
ABŞ Prezidenti Donald Tramp İsrail və Livanın 10 günlük atəşkəs barədə razılığa gəldiklərini açıqlayıb. Ağ Ev rəhbəri tərəflər arasında əldə olunmuş bu razılaşmanın bölgədəki gərginliyin azaldılması və humanitar vəziyyətin sabitləşməsi üçün mühüm bir addım olduğunu bildirib.
Livan Prezidenti Jozef Avnın İsrailin Livana qarşı hücumlarını davam etdirməsi səbəbindən İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşməkdən imtina etdiyi bildirilib. Livanlı bir mənbənin İsrailin "Haaretz" qəzetinə verdiyi məlumata görə, Avn hücumlar fonunda və görüşün məqsədi qeyri-müəyyən qaldığı bir vaxtda belə bir təmasın Livan daxilində ciddi etirazla qarşılanacağının fərqindədir.
İsrail ordusunun Livanda avtomobil və motosikletləri hədəf alan hücumları nəticəsində 3 nəfər həyatını itirib. Livanın rəsmi NNA agentliyinin məlumatına görə, İsrail ordusu səhər saatlarından etibarən ölkənin cənubundakı onlarla qəsəbə və kəndi intensiv atəşə tutub. Hücumlar zamanı ölkənin şərqindəki Dahr Baydar yolu üzərində bir avtomobilin pilotsuz uçuş aparatı (PUA) ilə vurulması nəticəsində 1 nəfər ölüb. Qasimiye və Habbuş-Nebatiye yollarında hərəkətdə olan motosikletlərin hədəf alınması nəticəsində daha 2 nəfər dünyasını dəyişib.
İsrailin "Haaretz" qəzetinin yaydığı məlumata görə İsrail ordusu son dövrlərdə Livanın cənubunda və sərhəd xətti boyunca əlavə hərbi məntəqələr yaradıb. Ötən ay quru işğalına yenidən başlayan İsrail ordusu 2024-cü ildəki atəşkəsdən sonra Livan ərazisində qalan 5 strateji nöqtəni nəzarətdə saxlamağa davam edir. Şahidlərin ifadələrinə istinadən hazırlanan xəbərdə İsrailin Livan torpaqlarında qurduğu hərbi postların sayının iki qat artacağı gözlənilir.
Livan parlamentində "Hizbullah" fraksiyasının sədri Məhəmməd Raad, Livan hakimiyyətinin İsrail apardığı birbaşa danışıqları kəskin şəkildə pisləyib. O, bu addımı ölkə rəhbərliyi üçün "bağışlanılmaz bir səhv və mənəvi tənəzzül" kimi qiymətləndirib. Məhəmməd Raad bəyan edib ki, birbaşa danışıqlar formatı "rədd edilən və lənətlənən" bir yanaşmadır.
İsrail ordusunun martın 2-dən bu yana Livana qarşı davam etdirdiyi hücumlarda həyatını itirənlərin sayı son 24 saat ərzində 43 nəfər artaraq 2 min 167-yə yüksəlib. Livan Səhiyyə Nazirliyinin rəsmi məlumatına əsasən, hücumlar nəticəsində yaralananların ümumi sayı isə 7 min 61 nəfərə çatıb. Həlak olanlar arasında 172 uşaq və 260 qadın var.
İsrail ordusunun martın 2-dən bəri Livana qarşı həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı son 24 saat ərzində 35 nəfər artaraq 2 min 124-ə çatıb. Livan Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, hücumlar nəticəsində yaralananların ümumi sayı isə 6 min 921 nəfərə yüksəlib. Həlak olanlar arasında 168 uşaq və 254 qadın var.
Livan Prezidenti Joseph Avn İsrail hücumlarının ölkə daxilində böyük bir humanitar fəlakətə səbəb olduğunu bildirib. BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Bərham Salehi qəbul edən prezident bir milyondan çox livanlının didərgin düşdüyünü və ölkənin təcili yardıma ehtiyac duyduğunu vurğulayıb. Avn qeyd edib ki, hücumların yaratdığı fəsadlar atəşkəs əldə edilsə belə uzun müddət davam edəcək. BMT rəsmisi isə öz növbəsində Livan xalqına dəstək mesajı verərək beynəlxalq ictimaiyyəti artan ehtiyacları qarşılamaq üçün səfərbər olmağa çağırıb.
İsrail hökuməti bazar ertəsi günü İtaliyanın ölkədəki səfirini Xarici İşlər Nazirliyinə çağıraraq rəsmi etirazını bildirib. Diplomatik gərginliyə səbəb İtaliyanın Xarici İşlər naziri Antonio Tayaninin Beyruta səfəri zamanı İsrailin hərbi fəaliyyətlərini sərt dildə tənqid etməsidir. Nazir Tayani Livan rəsmiləri ilə görüşü zamanı İsrailin mülki əhaliyə yönəlmiş hücumlarını "qəbulolunmaz" adlandırıb və İtaliyanın Livan xalqı ilə həmrəy olduğunu vurğulayıb. O, sosial şəbəkə hesabında paylaşım edərək Qəzzada baş verən humanitar fəlakətin Livanda təkrarlanmaması üçün tərəfləri dialoqa və dərhal atəşkəsə çağırıb.
İsrail ordusu Livanın cənubunda "Hizbullah" qruplaşmasına qarşı başlatdığı hərbi əməliyyatların miqyasını kəskin şəkildə genişləndirib. Son 24 saat ərzində bölgədə 200-dən çox hədəfə intensiv hava zərbələri endirilib. İsrail hərbi komandanlığının yaydığı məlumata görə, bu hücumlar əsasən quru qoşunlarının irəliləməsinə şərait yaratmaq məqsədilə həyata keçirilir. Hədəflər arasında raket qurğuları, silah anbarları və strateji infrastruktur obyektlərinin olduğu bildirilir.
Livan Prezidenti Cozef Aun cümə günü verdiyi bəyanatda İsrail hərbi hava qüvvələrinin ölkənin cənubundakı Nəbatiyə şəhərində yerləşən hökumət binasına endirdiyi zərbə nəticəsində 13 dövlət təhlükəsizlik əməkdaşının həlak olduğunu açıqlayıb. Prezident bu hücumu kəskin pisləyərək, dövlət təsisatlarının hədəf alınmasının Livanı öz suverenliyini müdafiə etməkdən çəkindirməyəcəyini vurğulayıb.