#Beynəlxalq humanitar yardım

Cənubi Sudanda humanitar fəlakət getdikcə dərinləşir. Milyonlarla uşaq və qadın aclıq səbəbilə ölümlə üz-üzədir. BMT-nin dəstəklədiyi hesabat və beynəlxalq təşkilatların məlumatlarına görə, böhranın əsas səbəbləri ölkədəki korrupsiya, beynəlxalq yardımların azalması və şiddətin artmasıdır. Bor şəhərindəki xəstəxanada cəmi 14 aylıq uşaq – Adot Dyor – ciddi arıqlamış vəziyyətdə anasının qucağında müalicə gözləyir. Onun anası kimi 1,1 milyon hamilə və süd verən qadın qidalanma çatışmazlığı yaşayır. Hesabatda qeyd olunur ki, 5 yaşınadək 2,3 milyon uşaq müalicəyə ehtiyac duyur, onlardan 700 mindən çoxu həyati risk daşıyan ağır qida çatışmazlığından əziyyət çəkir.

İsrail, Qəzzaya humanitar yardımın çatdırılması məqsədilə Kərəm Əbu Salim sərhəd-keçid məntəqəsini yenidən açıb. Yardımlar Misir tərəfdən Rəfah keçid məntəqəsi vasitəsilə gətirilərək, İsrailin nəzarətində olan Kərəm Əbu Salimdən daxil edilir. Bu proses ABŞ-ın vasitəçiliyi ilə Misir və İsrail arasında əldə olunmuş yeni razılaşmaya əsasən həyata keçirilir. Razılaşmaya görə, yardım karvanları əvvəlcə Misir tərəfdən Rəfah məntəqəsinə, oradan isə İsrailin Kərəm Əbu Salim keçid məntəqəsinə yönləndirilir. Burada İsrail rəsmiləri tərəfindən ciddi yoxlamadan keçirilən yardım yük maşınları daha sonra Qəzzaya – Zikim və Kərəm Əbu Salim keçid məntəqələri vasitəsilə buraxılır.

Əfqanıstanda ötən həftə baş verən və minlərlə insanın həyatını itirməsinə səbəb olan güclü zəlzələlər yerli əhali arasında böyük panik və qorxu yaradıb. Yeni zəlzələlərin baş verməsindən ehtiyat edən insanlar evlərini və kəndlərini tərk edərək daha təhlükəsiz bölgələrə köç etməyə başlayıblar. Xüsusilə ölkənin şərqində yerləşən və 255 nəfərin öldüyü Nangarhar vilayətinin Darai Nur rayonunda insanlar kütləvi şəkildə köçür. Zəlzələlər nəticəsində yolların zədələnməsi yardımın çatdırılmasını çətinləşdirir. Xilasetmə işlərinin aparılması və yaralıların təxliyəsi üçün bölgəyə helikopterlər göndərilib.

Türkiyə Xarici İşlər Nazirliyi Sudanın Orta Darfur əyalətinin Cebel Marra bölgəsində baş verən torpaq sürüşməsi nəticəsində çox sayda insanın həyatını itirməsi ilə bağlı başsağlığı mesajı yayımlayıb. Nazirliyin rəsmi açıqlamasında, Sudanda baş verən torpaq sürüşməsi nəticəsində yaşanan can itkisinə görə dərin üzüntü duyulduğu qeyd olunub. "Həyatını itirənlərə Allahdan rəhmət diləyir, Sudan xalqına başsağlığı verir və yaralananlara şəfa arzulayırıq," – deyə açıqlamada bildirilib. Xatırladaq ki, Sudanın Qərbində yerləşən Marra Dağları bölgəsində baş verən böyük torpaq sürüşməsi bir kəndi tamamilə məhv edib. Sudan Azadlıq Hərəkatı (SLM) hadisə nəticəsində ən azı min nəfərin həyatını itirdiyini, yalnız bir nəfərin sağ qurtulduğunu açıqlayıb.

Qlobal Sumud Flotillası çərçivəsində İtaliyanın Genuya limanından humanitar yardım daşıyan qayıqlar bu gün səhər saatlarında hazırlıqlarını tamamlayaraq Qəzza zolağına doğru hərəkətə keçib. Bu qayıqlar Siciliyanın Kataniya və Augusta limanlarında digər gəmilərlə birləşərək Barselonadan yola çıxan böyük donanmaya qoşulacaq və yaxın günlərdə Qəzzaya səfərlərini davam etdirəcək.

Kommunikasiyalar Direktoru Burhanəddin Duranın sosial media paylaşımında bildirdiyinə görə, Ərdoğan məqaləsində Türkiyə ilə Yaponiya arasındakı dostluğun yalnız rəsmi sənədlərlə deyil, həm də ortaq vicdan, humanitar yardımlar və tarixi xatirələrlə qidalanan dərin bir bağ olduğunu qeyd edib. Ərdoğan, Türk qətiyyəti ilə Yapon mühəndisliyinin birləşərək Marmaray, Osmanqazi körpüsü, Boğaziçi və Haliç körpüləri kimi layihələrdə əməkdaşlıq etdiyini, bu əməkdaşlığın etimad, səmimiyyət və sevgi bağı ilə möhkəmləndiyini vurğulayıb. O, Türkiyə-Yaponiya əməkdaşlığının qlobal böhranlar qarşısında konstruktiv həllər təklif edə biləcəyini, xüsusilə TİKA və JICA-nın birgə layihələrinin humanitar diplomatiyada mühüm rol oynadığını bildirib.

Qəzza hökumətinin media ofisi son üç gündə gözlənilən 1800 yardım maşınından cəmi 250-nin bölgəyə buraxıldığını bildirib. Rəsmi açıqlamada bu vəziyyətin İsrailin “aclıq və xaos yaratmaq” siyasətinin tərkib hissəsi olduğu vurğulanıb. Məlumata görə, son 25 gündə Qəzzaya 2187 yardım maşını daxil olub, halbuki bu müddətdə 18 min yük maşınının daxil olması lazım idi. Həmçinin, İsrail qüvvələrinin sərhəd keçidlərini bağlaması və müxtəlif maneələr yaratması səbəbindən humanitar təşkilatların fəaliyyəti xeyli məhdudlaşdırılıb.

TDV 2023-cü ilin oktyabr ayından etibarən İsrailin hücumları nəticəsində dağıntılar və humanitar böhranla üzləşən Qəzzaya yardım fəaliyyətlərini davam etdirir. Vəqf humanitar yardımı üç fərqli kanal vasitəsilə həyata keçirir, yerli vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlıq edərək Qəzzanın şimal və cənub bölgələrində ehtiyacı olanlara çatdırır. Misirdən alınan yardım isə yük maşınları vasitəsilə Rafah Sərhəd keçid məntəqəsindən göndərilir, AFAD koordinasiyasında isə Mersindən El Ariş limanına gəmilərlə daşınır.

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (UNOCHA) ötən il 383 humanitar işçinin öldürüldüyünü açıqlayıb ki, bu da indiyədək qeydə alınmış ən yüksək göstəricidir. UNOCHA-nın 19 avqust Ümumdünya Humanitar Yardım Günü ilə bağlı yaydığı bəyanatda, humanitar işçilərə qarşı zorakılığın əvvəlki illə müqayisədə 31 faiz artdığı vurğulanıb. Ölənlərin əksəriyyətinin öz icmalarına xidmət edən yerli işçilər olduğu, onların vəzifə başında və ya evlərində hücuma məruz qaldıqları bildirilib. Bəyanata görə, 2024-cü ildə 308 yardımçı yaralanıb, 125 nəfər qaçırılıb, 45 nəfər isə nəzarətə götürülüb.