Qəzza zolağına havadan atılan yardımlar, yerindən didərgin düşən insanların sığındığı çadırların üzərinə düşərək ölüm hallarına səbəb olur. Bu barədə Qəzzadakı Daxili İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
#Beynəlxalq humanitar yardım
Türkiyənin Xarici İşlər naziri Hakan Fidan, bu gün İstanbulda HƏMAS Şura Məclisinin sədri Məhəmməd Dərvişin başçılıq etdiyi HƏMAS heyəti ilə görüş keçirib.
Almaniya hökuməti Qəzzada humanitar yardımın paylanma mexanizmini qeyri-adekvat hesab edir.
İsrail ordusunun Qəzzada humanitar yardım gözləyən insanlara açdığı atəş nəticəsində azı 20 nəfər ölüb, yüzlərlə insan yaralanıb.
BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) Qəzza zolağında səhiyyə sisteminin tamamilə çökmə təhlükəsi ilə üz-üzə olduğunu açıqlayıb.
BMT baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə hallar üzrə koordinatoru Tom Fletcher Qəzzada humanitar işçilərin ərzaq və həyati ehtiyacları çatdırmasına imkan verilməsinə çağırıb.
Qəzzaya humanitar yardım aparan “Madleen” gəmisində olan və İsrail tərəfindən saxlanılan türkiyəli Şuayb Ordu və Türkiyə əsilli Almaniya vətəndaşı Yasemin Açar sərbəst buraxılıb.
İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard İsrailin Qəzzaya humanitar yardımlara maneə yaratmasını və yardım məntəqələrini hədəfə almasını müharibə cinayəti kimi dəyərləndirib.