#Qəzzanın yenidən qurulması

İsrail ordusunun 7 oktyabr 2023-cü ildən bəri Qəzza Zolağına təşkil etdiyi hücumlarda 19 minə yaxın müəllim və tələbənin həyatını itirdiyi bildirilib. Fələstin Təhsil və Ali Təhsil Nazirliyi 7 oktyabr 2023-dən 5 avqust 2025-ə qədərki dövrdə baş vermiş İsrail hücumlarının təhsil sektorunda yaratdığı dağıntılar, ölüm və yaralanmalarla bağlı hesabat yayıb. Hesabata görə, İsrailin işğal altında olan Fələstin torpaqları və Qətliamın baş verdiyi Qəzza Zolağındakı hücumlarda 18 min 685 müəllim və tələbə həyatını itirib, 32 min 399 nəfər isə yaralanıb.

İsrail parlamentində (Knesset) müxalifətdə təmsil olunan Ortaq Siyahı Partiyasının millət vəkili Ofer Kassif, Qəzza zolağında İsrailin soyqırım törətdiyinə dair açıqlamanı səsləndirdiyi üçün parlament kürsüsündən zorla uzaqlaşdırılıb. Hadisə, Kassifin dünən axşam parlamentdə etdiyi çıxış zamanı baş verib. O, çıxışının görüntüsünü sosial media hesabında paylaşaraq baş verənlərə sərt reaksiya verib.

Ərdoğan, Qəzza zolağındakı humanitar vəziyyətin kritik həddə çatdığını, baş verənlərə yalnız reaksiya verməyin kifayət etmədiyini, bunun qarşısının alınması üçün addımlar atmağın bəşəriyyətin üzərinə düşən bir vəzifə olduğunu vurğulayıb.

HƏMAS-ın hərbi qolu olan “İzzəddin əl-Qəssam Briqadaları” Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) girovlara humanitar yardım çatdırılması ilə bağlı istənilən müraciətinə cavab verməyə hazır olduqlarını bildirib. Bu barədə hərəkatın rəsmi nümayəndəsi Əbu Ubeydənin “HƏMAS”ın “Telegram” kanalında dərc olunan bəyanatında qeyd olunub.