Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Xəbərlər
    Digər Xəbərlər

    Avropa Parlamentinin üç qrupu birgə məktubla Aİ-ni Qəzzada soyqırıma son qoymağa çağırıb

    6 Avqust 2025 14:40
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Avropa Parlamentinin üç qrupu birgə məktubla Aİ-ni Qəzzada soyqırıma son qoymağa çağırıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Avropa Parlamentində (AP) təmsil olunan Sol, Yaşıllar və Sosialistlər və Demokratların İrəliyə Doğru İttifaqı (S&D) qruplarının liderləri Avropa İttifaqının (Aİ) yüksək vəzifəli rəsmilərinə ünvanladıqları ortaq məktubla, İsrailin Qəzza zolağında həyata keçirdiyi soyqırımı dayandırmaq üçün təcili tədbir görməyə çağırıblar.

    AzerVoice xəbər verir ki,Qrupların liderləri tərəfindən Aİ Komissiyasının Prezidenti Ursula fon der Leyenə, Aİ Şurasının sədri Antonio Kostaya və Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasa ünvanlanan məktubda Birliyin Qəzza və işğal altındakı digər Fələstin ərazilərindəki vəziyyət qarşısında hərəkətsiz qalması tənqid olunub.

    Məktubda qeyd olunub ki, İsrail Qəzzədə aclığı “müharibə vasitəsi” kimi istifadə edir və 6 mindən çox yardım yük maşınının bölgəyə girişi əngəllənib.

    İsrail hökumətinin Qəzza zolağının tamamını işğal etmə planlarından bəhs edilən məktubda bunun beynəlxalq hüquqa zidd olduğu vurğulanıb.

    Bəyanatda, Qəzzədəki vəziyyətin artıq “adi bir fövqəladə hal” olmadığını, burada baş verənlərin soyqırımı təşkil etdiyinə dair açıq sübutların mövcud olduğu bildirilib və Aİ Komissiyası ilə Aİ Şurasının buna cavab verməkdə indiyədək uğursuz olduğu qeyd edilib.

    Aİ-nin məsuliyyət daşıdığı və dərhal hərəkətə keçməsinin vacib olduğu vurğulanan məktubda belə deyilir:

    “Daha çox gecikməyə dözümümüz yoxdur. Daha çox qan tökülməsinə dözümümüz yoxdur. Tarix kütləvi acılar və cəzasızlıqlar qarşısında səssiz qalmağı bağışlamayacaq.”

    Sol, Yaşıllar və S&D qruplarının liderləri həmçinin Aİ-İsrail Tərəfdaşlıq Sazişinin dayandırılması, Təl-Əvivə qarşı genişmiqyaslı silah embarqosunun tətbiqi, beynəlxalq hüququ pozan israilli rəsmilərə qarşı sanksiyaların həyata keçirilməsi və İordan çayının qərb sahilindəki torpaq ələ keçirmə fəaliyyətləri ilə bağlı malların ticarətinin qadağan edilməsini tələb ediblər.

    Qeyd edək ki, İsrailin 7 oktyabr 2023-cü ildən bu yana Qəzza zolağına qarşı həyata keçirdiyi hücumlarda indiyə qədər azı 61 min 20 fələstinli həyatını itirib, 150 min 671 nəfər isə yaralanıb.

    #Qəzza #Qəzza zolağı #Avropa İttifaqı #Avropa Parlamenti #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzanın işğalı #BMT-nin Qəzza hesabatı #Qəzza böhranı və Qərbin mövqeyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ-ın Beyrutdakı səfirliyi təhlükəsizlik xəbərdarlığı yayıb

    18 İyul 2026 18:15

    HƏMAS Qəzzada dəfn mərasiminə hücumu pisləyib - azı 7 nəfər ölüb

    17 İyul 2026 21:00

    İsrail HƏMAS komandirinin öldürüldüyünü iddia edir

    17 İyul 2026 19:44

    İsrailin Qəzzaya etdiyi hücumlarda ölən və yaralananlar var

    17 İyul 2026 19:27

    İsrail Qəzzanın şimalına PUA zərbəsi endirib

    17 İyul 2026 19:17

    Qəzzada ölənlərin sayı 73 min 250-yə çatıb

    16 İyul 2026 19:30

    İsrail ordusu Qəzzada dörd silah anbarını məhv etdiyini açıqlayıb

    16 İyul 2026 17:33

    Qəzzadakı son hadisələr atəşkəsin gələcəyinə necə təsir göstərə bilər?

    16 İyul 2026 17:27

    Qəzzadan onlarla xəstə müalicə üçün xaricə təxliyə olunub

    16 İyul 2026 17:10

    "X" platforması hansı yeni öhdəlikləri yerinə yetirəcək?

    15 İyul 2026 21:06

    Qəzzada ölənlərin sayı 73 min 246 nəfərə çatıb

    15 İyul 2026 18:26

    Qəssam briqadalarının iki komandiri əməliyyat zamanı öldürülüb - İsrail

    15 İyul 2026 17:44
    XƏBƏR LENTİ

    İyulun 6-dan bəri ABŞ hücumları nəticəsində azı 50 nəfər həlak olub - İran

    Küveyt İranın hücumlarını "iyrənc təcavüz" adlandırdı

    ABŞ-ın Beyrutdakı səfirliyi təhlükəsizlik xəbərdarlığı yayıb

    İranın hücumu Küveytin mühüm neft obyektinə ciddi ziyan vurdu

    İordaniya hava məkanında dörd pilotsuz uçuş aparatını vurub

    Körfəz ölkələri İranın son hücumlarına necə reaksiya verib?

    İsrail qüvvələri İordan çayının qərb sahilində 10 fələstinlini saxlayıb

    Livan Prezidenti Cozef Aun Donald Trampın dəvəti ilə Vaşinqtona səfər edib

    Muhsin Yazıcıoğlunun helikopter qəzası ilə bağlı istintaqda 19 nəfər həbs olunub

    Türkiyədə 2005–2016-cı illərdə törədilmiş 6 açılmamış qətlin üstü açılıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.