#İsrail və Livan münaqişəsi

Fransa Prezidenti Emmanuel Makron bu gün Parisdə Livanın Baş naziri Nəvaf Salam ilə görüşəcək. Yelisey sarayından verilən məlumata görə Fransa lideri görüş zamanı Livandakı atəşkəs rejiminə tam sadiqliyini və ölkənin ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləyəcək. Pakistan isə ABŞ və İran arasında atəşkəs müddətinin çərşənbə günü başa çatması ərəfəsində yeni danışıqlar raunduna ev sahibliyi etməyə hazırlaşır.

Səudiyyə Ərəbistanı zorakılığın bütün formalarını qəti şəkildə rədd edir. Bu bəyanatla Krallığın Xarici İşlər Nazirliyi çıxış edib. Rəsmi Riyad Livanın cənubunda Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) tərkibindəki Fransa kontingentinə qarşı törədilən və bir əsgərin ölümü, bir neçəsinin yaralanması ilə nəticələnən hücumu kəskin şəkildə pisləyib.

İsrailin "Walla" xəbər portalı ölkə ordusundakı yüksək rütbəli mənbəyə istinadən xəbər verir ki, Livanın cənubunda həyata keçirilən hərbi əməliyyatlar dayandırılmayacaq. Mənbənin bildirdiyinə görə, İsrail ordusunun əməliyyatları qarşıya qoyulmuş strateji hədəflərə çatana qədər davam etdiriləcək. Bu hədəflər aşağıdakı iki əsas bənddən ibarətdir:

Livanın cənubunda BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) tərkibində xidmət edən 1 fransız sülhməramlısı həlak olub, daha 3 əsgər isə yaralanıb. Bu barədə Fransa Prezidenti Emmanuel Makron özünün "X" sosial media hesabı vasitəsilə məlumat verib. Makron bildirib ki, Montobandakı 17-ci Paraşütçü Mühəndis Alayının baş çavuşu Florian Montorio bu səhər baş verən hücum zamanı həyatını itirib.

İsrail artıq Livanı bombalamayacaq. ABŞ tərəfindən bunu etmələri qadağan edildi. Bu sözləri Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp bildirib. O, məsələ ilə bağlı mövqeyini "Artıq kifayətdir" ifadəsi ilə qəti şəkildə ortaya qoyub. ABŞ lideri bu diqqətçəkən bəyanatla özünə məxsus "Truth Social" sosial media platformasındakı paylaşımında çıxış edib.

Livan Prezidenti Jozef Avnın İsrailin Livana qarşı hücumlarını davam etdirməsi səbəbindən İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşməkdən imtina etdiyi bildirilib. Livanlı bir mənbənin İsrailin "Haaretz" qəzetinə verdiyi məlumata görə, Avn hücumlar fonunda və görüşün məqsədi qeyri-müəyyən qaldığı bir vaxtda belə bir təmasın Livan daxilində ciddi etirazla qarşılanacağının fərqindədir.

İsrail ordusunun Livanda avtomobil və motosikletləri hədəf alan hücumları nəticəsində 3 nəfər həyatını itirib. Livanın rəsmi NNA agentliyinin məlumatına görə, İsrail ordusu səhər saatlarından etibarən ölkənin cənubundakı onlarla qəsəbə və kəndi intensiv atəşə tutub. Hücumlar zamanı ölkənin şərqindəki Dahr Baydar yolu üzərində bir avtomobilin pilotsuz uçuş aparatı (PUA) ilə vurulması nəticəsində 1 nəfər ölüb. Qasimiye və Habbuş-Nebatiye yollarında hərəkətdə olan motosikletlərin hədəf alınması nəticəsində daha 2 nəfər dünyasını dəyişib.

İsrailin "Haaretz" qəzetinin yaydığı məlumata görə İsrail ordusu son dövrlərdə Livanın cənubunda və sərhəd xətti boyunca əlavə hərbi məntəqələr yaradıb. Ötən ay quru işğalına yenidən başlayan İsrail ordusu 2024-cü ildəki atəşkəsdən sonra Livan ərazisində qalan 5 strateji nöqtəni nəzarətdə saxlamağa davam edir. Şahidlərin ifadələrinə istinadən hazırlanan xəbərdə İsrailin Livan torpaqlarında qurduğu hərbi postların sayının iki qat artacağı gözlənilir.

Livan parlamentində "Hizbullah" fraksiyasının sədri Məhəmməd Raad, Livan hakimiyyətinin İsrail apardığı birbaşa danışıqları kəskin şəkildə pisləyib. O, bu addımı ölkə rəhbərliyi üçün "bağışlanılmaz bir səhv və mənəvi tənəzzül" kimi qiymətləndirib. Məhəmməd Raad bəyan edib ki, birbaşa danışıqlar formatı "rədd edilən və lənətlənən" bir yanaşmadır.