#HƏMAS

Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) mənbələri, ölkənin Qəzzada yaradılması planlaşdırılan beynəlxalq müşahidə qüvvəsində yer alıb-almayacağı ilə bağlı açıqlama yayıb. Nazirlik bildirib ki, Türkiyə Silahlı Qüvvələri (TSQ) sülhün bərqərar edilməsi və qorunması sahəsində böyük təcrübəyə malikdir və üzərinə düşəcək hər cür vəzifəni yerinə yetirməyə hazırdır.

İsrail Müdafiə naziri İsrael Katsın ofisindən yayılan açıqlamaya görə, Kats çərşənbə günü ordunun Qəzza zolağında “HƏMAS”ı məğlub etməyə yönəlmiş hərtərəfli plan hazırlamasını tapşırıb. AzerVoice xəbər verir ki, müdafiə nazirinin bu qərarı ABŞ prezidenti Donald Trampın bu gün verdiyi bəyanatla eyni vaxta təsadüf edib. Tramp bildirib ki, əgər “HƏMAS” atəşkəs razılaşmasına əməl etməsə, İsrail baş naziri Benyamin Netanyahunun Qəzzada hərbi əməliyyatları bərpa etməsinə icazə verməyi nəzərdən keçirəcək.

İsrailin iki il davam edən Qəzza müharibəsi (2023-2025) ərzində “HƏMAS” hərəkatı yalnız xarici deyil, həm də daxili təhdidlərlə üzləşdi. Müharibə dövründə bir sıra qəbilə və silahlı dəstələr meydana çıxaraq bölgədə təhlükəsizlik boşluğu yaratmağa cəhd göstərdi. Atəşkəsin qüvvəyə minməsindən bir neçə gün öncə “HƏMAS” Xan Yunis şəhərinin cənubunda yerləşən Məcaidə qəbiləsinin silahlıları ilə ən böyük toqquşmasına girdi. Müharibə bitdikdən dərhal sonra isə hərəkat Dəğmiş qəbiləsi ilə daha geniş döyüşlər apardı və İsrailin himayəsində fəaliyyət göstərən silahlı qrupları izləməyə başladı.

İsrailin Ali Məhkəməsi çərşənbə günü axşam saatlarında Baş nazir Benyamin Netanyahu hökumətinə 2023-cü il 7 oktyabr hadisələrini araşdırmaq məqsədilə rəsmi istintaq komissiyası yaratmaq üçün bir ay müddətində vaxt verib. Bu qərar, müharibənin başa çatdığının elan edilməsindən sonra Netanyahunun qarşılaşdığı ilk ciddi daxili təzyiq kimi qiymətləndirilir.

İraq və Livan din xadimləri ilk dəfə olaraq, şiə ali mərcəsi Ayətullah Əli Sistaninin ofisindən Livandakı “Hizbullah” hərəkatına göndərilən məktubun təfərrüatlarını açıqlayıblar. Məktub, partiyanın keçmiş baş katibi Həsən Nəsrullahın öldürülməsindən bir neçə həftə əvvəl göndərilib və regionda “qaydası olmayan müharibənin ağır nəticələri” barədə xəbərdarlıqla yanaşı, “Livandakı bütün mülki insanların həyatının qorunmasının vacibliyini” vurğulayıb.

ABŞ Prezidenti Donald Trampın təqdim etdiyi və İsrail ilə HƏMAS-ın təsdiqlədiyi Qəzzədə sülh planının ilk mərhələsi çərçivəsində dünən Qəzza Zolağında saxlanılan israilli girovlar Fələstin məhbusları ilə dəyişdirildi. HƏMAS dünən səhər saatlarında düz 738 gündür Qəzza Zolağında saxladığı 20 israilli girovu İsrailə təhvil verdi. Xan Yunis şəhərindəki ilk təhvil nöqtəsində 7, ikinci nöqtədə isə 13 israilli girov Beynəlxalq Qırmızı Xaç Komitəsi (ICRC) nümayəndə heyətinə təhvil verildi.