İsrail və Fələstin arasında Qətər, Misir və Türkiyənin vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsində Qəzzə zolağında iki ildir Qəssam briqadaları tərəfindən saxlanılan 20 israilli əsir azad edilib. Qəssam briqadaları tərəfindən saxlanılan israilli əsirlərin iki il ərzində tünellərdə qaldıqları bildirilir. Lakin görüntülərdə və ilkin tibbi hesabatlarda onların fiziki və psixoloji vəziyyətlərinin sabit olduğu qeyd olunur.
#HƏMAS
ABŞ Prezidenti Donald Tramp Misirə səfər edib.
HƏMAS hərəkatı hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadalarının atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində 20 israilli girovu azad edəcəyini açıqlayıb. Hərəkatın yazılı bəyanatında, vasitəçi ölkələrin İsraili atəşkəs razılaşmasına riayət etməyə məcbur etməsinin vacibliyinə diqqət çəkilərək, girovların azad olunması addımı təsdiqlənib. Bəyanata görə, Qəssam Briqadaları Qəzzədə atəşkəs və girov mübadiləsi razılaşmasının birinci mərhələsi çərçivəsində əlində saxladığı 20 israilli girovu azad edəcək.
ABŞ prezidenti Donald Tramp İsrail və HƏMAS arasında atəşkəs razılaşmasının qüvvədə qalacağına və Qəzza zolağında müharibənin bitəcəyinə əmin olduğunu bildirib.
Misirin xarici işlər naziri Bədr Əbdül-Əti bu gün (bazar günü) ABŞ-ın CBS News telekanalına verdiyi müsahibədə bildirib ki, Qəzzanın gələcəyi ilə bağlı yekun və hərtərəfli həll Fələstin dövlətinin yaradılması olacaq. O vurğulayıb ki, Fələstin məsələsi həll olunmadan regionda nə sülh, nə də sabitlik mümkündür.
“HƏMAS” hərəkatının danışıqlar heyətinə yaxın bir mənbə bildirib ki, təşkilat İsraillə müharibədən sonrakı keçid mərhələsində Qəzza zolağının idarə edilməsində iştirak etməyəcək. AzerVoice xəbər verir ki, bu açıqlama atəşkəsin qüvvəyə minməsindən bir neçə gün sonra verilib.
ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof şənbə günü Tel-Əvivdəki “Girovların meydanında” keçirilən izdihamlı tədbirdə çıxış edərək ABŞ Prezidenti Donald Trampın Qəzzada atəşkəsin təmin olunmasındakı səylərini yüksək qiymətləndirib. Tədbirdə yüz minlərlə insan iştirak edib.
Fransa Prezidenti Emmanuel Makron Qəzza danışıqları üçün bu gün Misirə səfər edəcək .
ABŞ-ın prezidenti Donald Trampın İsrailə planlaşdırılan səfəri çərçivəsində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus altı ədəd C-17 “Globemaster III” tipli hərbi nəqliyyat təyyarəsi İsrailə doğru yola düşüb. Bu barədə məlumatı İsrailin 12-ci kanalı yayıb. Bildirilib ki, təyyarələrin göndərilməsi Trampın səfərinə hazırlıq məqsədi daşıyır. C-17 tipli təyyarələr əsasən strateji və taktiki daşımalar, hərbi personal və texnikanın beynəlxalq miqyasda nəqli üçün istifadə olunur.
İsrail, Qəzza razılaşmasının birinci mərhələsi çərçivəsində yüzlərlə fələstinli məhbusun azadlığa buraxılması üçün onların köçürülməsi prosesi başlayıb. Razılaşmaya ömürlük həbs cəzası alan 250 nəfər və Qəzza zolağından 1700 məhbus daxildir.
Almaniya Kansleri Fridrix Merts, İsrail ilə Fələstinli silahlı qruplaşma HƏMAS arasında atəşkəsin ratifikasiya edilməsindən sonra Qəzzaya dərhal humanitar yardım göndərəcəyini açıqlayıb. Merts X platformasında etdiyi paylaşımda, Almaniyanın Qəzzaya 29 milyon avro (təxminən 34 milyon dollar) dəyərində humanitar yardım göndərəcəyini bildirib.
İsrail ordusu atəşkəsin qüvvəyə minməsinə baxmayaraq, Qəzza zolağının müxtəlif bölgələrinə hücumlarını davam etdirir. Hadisə şahidlərindən əldə edilən məlumata görə, İsrail ordusuna məxsus qırıcı təyyarələr və artilleriya birlikləri bu gecə atəşkəs razılaşması təsdiqləndikdən sonra səhər saatlarında Qəzza zolağının şimalında yerləşən Qəzza şəhərinin şərq hissəsini hədəfə alıblar.