Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    HƏMAS 20 israilli girovu İsrailə təhvil verib

    14 Oktyabr 2025 10:51
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    HƏMAS 20 israilli girovu İsrailə təhvil verib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    ABŞ Prezidenti Donald Trampın təqdim etdiyi və İsrail ilə HƏMAS-ın təsdiqlədiyi Qəzzada sülh planının ilk mərhələsi çərçivəsində dünən Qəzza Zolağında saxlanılan israilli girovlar Fələstin məhbusları ilə dəyişdirilib.

    AzerVoice xəbər verir ki, HƏMAS dünən səhər saatlarında düz 738 gündür Qəzza Zolağında saxladığı 20 israilli girovu İsrailə təhvil verdi. Xan Yunis şəhərindəki ilk təhvil nöqtəsində 7, ikinci nöqtədə isə 13 israilli girov Beynəlxalq Qırmızı Xaç Komitəsi (ICRC) nümayəndə heyətinə təhvil verildi.

    İsrailli girovları qarşılayan psixi sağlamlıq mütəxəssisləri onların psixoloji vəziyyətinin yaxşı göründüyünü bildiriblər. Sağlamlıq vəziyyətlərinin qiymətləndirilməsindən sonra isə ailələri ilə birləşdiriliblər. Digər tərəfdən, İsrailə təhvil verilməsi gözlənilən 28 meyitdən yalnız dördü verilib. HƏMAS Telegram hesabında etdiyi açıqlamada İsrailə təhvil verilən dörd cəsədin Yossi Sharabi, Daniel Peretz, Bipin Joshi və Guy Iluz adlı şəxslərə aid olduğunu bildirib.

    Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 9 oktyabrda Misirdə davam edən danışıqlarda İsrail ilə HƏMAS-ın Qəzzədə atəşkəs planının ilk mərhələsini təsdiqlədiyini elan etmişdi.

    Danışıqların aparıldığı Misirdə razılaşma imzalanarkən, İsrail hökumətinin təsdiqindən sonra 10 oktyabrın ilk saatlarında razılaşma qüvvəyə minib.

    Razılaşmada nəzərdə tutulduğu kimi, İsrail ordusunun “sarı xətt”də geri çəkilməsindən sonra Qəzza zolağında atəşkəs həmin gün saat 12:00-da qüvvəyə minib.

    İsrailin Qəzza zolağına 8 oktyabr 2023-dən atəşkəs razılaşmasına qədər keçən müddətdə təşkil etdiyi hücumlarda 67 min 682 nəfər həyatını itirib, 170 min 33 nəfər yaralanıb.

    #Qəzza #Qəzza zolağı #Donald Tramp #HƏMAS #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Trampın siyasətləri #Tramp administrasiyası #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #İsrail və HƏMAS müharibəsi #İsrail-HƏMAS atəşkəsi #Donald Tramp və Qəzza planı #Trampın Yaxın Şərq siyasəti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    2 Sentyabr 2026 22:42

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    2 Sentyabr 2026 20:58

    Tramp Hörmüz boğazına öz adının verilməsini təklif edib

    2 Sentyabr 2026 19:56

    ABŞ bölgədə təhlükəsizliyin pozulmasının mənbəyidir - Qalibaf

    2 Sentyabr 2026 19:49

    İsrail Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcək - Netanyahu

    2 Sentyabr 2026 19:15

    ABŞ-də yüksək hərbi vəzifələrdə dəyişikliklər davam edir

    2 Sentyabr 2026 19:07

    ABŞ HƏMAS-a göndərildiyi iddia olunan 560 min dollardan çox rəqəmsal vəsaiti müsadirə edib

    2 Sentyabr 2026 18:17

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    1 Sentyabr 2026 22:04

    HƏMAS Qəzzaya hücumları fələstinlilərə qarşı “soyqırımı müharibəsinin” davamı adlandırıb

    1 Sentyabr 2026 20:44

    İran ABŞ ilə razılaşma istəyir, lakin təklifləri yetərli deyil - Ağ Ev

    1 Sentyabr 2026 19:52

    ABŞ-nin təzyiq və təhdid siyasəti diplomatiyanı poza bilər - Məsud Pezeşkian

    1 Sentyabr 2026 18:30

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    31 Avqust 2026 22:33
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 3 Sentyabr

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib

    İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib

    “CD Projekt Red”in yarımillik xalis mənfəəti 37 faiz artıb

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq

    İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır

    Pajero əfsanəsi geri döndü - 20 ildən sonra karkas şassili yeni Mitsubishi Montero debüt etdi

    Tramp Hörmüz boğazına öz adının verilməsini təklif edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.