#HƏMAS

ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə edilən Qəzza atəşkəsi risk altındadır, İsrail ordusu bölgədə hücumlarını davam etdirərək razılaşmanı dəfələrlə pozub. Qəzza Hökumətinin Media Ofisinin bəyanatına əsasən, İsrail ordusu atəşkəs razılaşmasını 80 dəfə pozub.

ABŞ Prezidenti Donald Tramp bazar günü bildirib ki, İsrail ilə “HƏMAS” hərəkatı arasında elan olunan atəşkəs hələ də qüvvədədir. O, bu bəyanatı İsrailin “HƏMAS” mövqelərinə qarşı onlarla hava hücumu həyata keçirməsindən sonra verib. Tramp prezident təyyarəsində jurnalistlərə açıqlamasında “Atəşkəs qüvvədədir” deyərək, “HƏMAS” rəhbərliyinin bu pozuntulara birbaşa aidiyyəti olmadığını vurğulayıb və məsuliyyəti “hərəkat daxilindəki bəzi üsyançı qrupların” üzərinə atıb.

60 illik milli hərəkət olan “HƏMAS”—ın bütün təcrübə, fədakarlıq və qəhrəmanlıqlarına baxmayaraq-öz siyasi və mübarizə seçimlərini heç vaxt ciddi şəkildə nəzərdən keçirməyib.Ptoblem onda olub ki, onlar müqaviməti bütövlükdə tənqid etməkdən yayınaraq həqiqəti gizlədiblər: Müqavimət özü qanunsuz deyil - bu, işğala qarşı ədalətli reaksiya və insanlıq halıdır. Tənqid isə konkret bir strateji seçimə yönəlməlidir.

Misir-Qəzza zolağı sərhəddindəki "Rəfah" buraxılış məntəqəsi “növbəti xəbərdarlığa qədər” bağlı qalacaq. Bu barədə İsrailin baş naziri Benyamin Netanyahu bildirib. Onun sözlərinə görə, onun açılması məsələsinə HƏMAS-ın ölən girovların qalıqlarının qaytarılması ilə bağlı razılaşmanın müddəalarını yerinə yetirməsindən sonra baxılacaq.

Dünyada nələr baş verir? Son günlər Pakistan və Əfqanıstan arasında demək olar ki, balaca müharibə gedir. Axı niyə? Bu sadəcə ərazi mübahisəsi məsələsidir mi? Mən bunu başqa cür oxuyardım. İlk öncə Əfqan cəmiyyəti Suriya cəmiyyəti qədər sekulyar olmadığı üçün burada beynəlxalq qüvvələrin qarşılıqlı razılığı əsasında Suriya modelində bir Ulus dövlət qurulmadı. Bizim şərti "islamçı məhəllə" nin insanları özünü aldatmasın. Suriya xalqının böyük əksəriyyəti sadəcə olaraq Əsəd getməsini və onun yerində daha mülayim hakimiyyətin olmasını istəyirdi. Əfqan cəmiyyəti belə deyildir.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, əgər HƏMAS hərəkatı Qəzzada insanları öldürməyə davam etsə, “ştatların onları öldürməkdən başqa seçimimiz qalmayacaq”. Bu barədə “Reuters” agentliyi dövlət başçısının Truth Social platformasındakı paylaşımına istinadla məlumat yayıb. “Əgər HƏMAS Qəzzada insanları öldürməyə davam etsə - bu, razılaşmada nəzərdə tutulmamışdı - bizim başqa seçimimiz olmayacaq, ora gedib onları öldürəcəyik,” – deyə Tramp yazıb.

HƏMAS, israilli əsirlərin cəsədlərinin təhvil verilməsinin İsrailin bölgəyə xilasetmə avadanlıqlarının girişinə icazə verməməsi səbəbindən gecikdiyini açıqlayıb. Bu barədə HƏMAS-ın yaydığı bəyanatda bildirilib. “İsrailli əsirlərə aid bəzi cəsədlər işğalçı İsrailin bombardmanları nəticəsində dağılan tunellər və binaların dağıntıları altında qalıb. Gecikmə, İsrailin Qəzzaya xilasetmə avadanlıqlarının daxil olmasına maneə yaratmasından irəli gəlir.” - deyə bəyanətdə qeyd edilir.

ABŞ Prezidenti Donald Tramp, Həmasın Qəzzada bəzi dəstələrə qarşı həyata keçirdiyini iddia etdiyi hücumlarla bağlı sualları cavablandırıb. Ağ Evdə dərman qiymətləri ilə bağlı keçirdiyi mətbuat konfransında çıxış edən Tramp, həm Rusiya–Ukrayna, həm də Qəzza məsələləri barədə fikirlərini bölüşüb. Trampa, əvvəllər bu dəstələrin hədəfə alınmasına qarşı çıxmadığı, sonradan isə əks mövqe tutduğu xatırladılıb. “Orada baş verənləri izləyirəm, nələrin olacağını görəcəyik. Vəziyyət bir qədər sakitləşib. Bu, çox çətin bir bölgədir. HƏMAS-ın öhdəliklərini bilirik və onların bunlara əməl edəcəyini güman edirəm. Ümid edirəm elə də olar.” - deyə Tramp qeyd edib.