İraqın Xalq Səfərbərlik Qüvvələri son 24 saat ərzində ABŞ və İsrail tərəfindən iki dəfə zərbəyə məruz qaldığını açıqlayıb. Qurumun açıqlamasında qeyd olunub ki, hücumlar nəticəsində insan tələfatı qeydə alınmayıb. Ekspertlər vurğulayır ki, sözügedən qüvvələr İraq ordusunun tərkibində fəaliyyət göstərsə də, bəzi briqadalarının İranla əlaqəli olması regionda hərbi gərginliyin artmasına səbəb olur.
#İraq
ABŞ-ın Bağdaddakı səfirliyi İraqdakı Amerika vətəndaşlarına ölkəni dərhal tərk etmələri barədə növbəti dəfə təcili xəbərdarlıq edib. Səfirliyin "X" sosial platformasındakı rəsmi hesabında paylaşılan bəyanatda bildirilir ki, İranla əlaqəli "iraqlı terrorçu milis qrupları" yaxın 24-48 saat ərzində Bağdadın mərkəzində genişmiqyaslı hücumlar təşkil edə bilər. Diplomatik missiya qeyd edib ki, bu qruplaşmalar artıq İraq Kürd Regional Rəhbərliyi də daxil olmaqla, ölkənin müxtəlif bölgələrində ABŞ vətəndaşlarını və Amerikanın maraqlarını hədəf alan silsilə hücumlar həyata keçiriblər.
İraq neftinin Suriya üzərindən daşınması ilə bağlı yeni logistika marşrutu işə düşüb. Məlumata görə, tanker karvanı Suriya sahilində yerləşən Banyas terminalına çatdıqdan sonra yük boşaldılacaq və neft dəniz yolu ilə beynəlxalq bazarlara göndərilmək üçün tanker gəmilərə yüklənəcək.
Suriya Dövlət Neft Şirkəti İraqdan gələn ilk yanacaq karvanlarının At-Tənf sərhəd-keçid məntəqəsi vasitəsilə ölkə ərazisinə daxil olduğunu və Baniyas neft emalı zavoduna doğru hərəkət etdiyini elan edib.
İraq Mülki Aviasiya Qurumu Yaxın Şərqdə davam edən gərginlik və ABŞ-İsrail koalisiyasının İrana qarşı hərbi əməliyyatları səbəbindən ölkənin hava məkanının daha 72 saat müddətinə uçuşlara bağlı qalacağını açıqlayıb. Yazılı bəyanatda bildirilir ki, bu qərar təhlükəsizlik mülahizələri ilə qəbul edilib və 3 aprel, cümə günü yerli vaxtla saat 12:00-a qədər qüvvədə olacaq. Bu addım regional münaqişə zonasında mülki aviasiya uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.
İran İnqilab Keşikçiləri Korpusu bildirib ki, “Sadiq Vəd 4” əməliyyatının 87-ci dalğası çərçivəsində İsrailin komanda mərkəzləri və bölgədə yerləşən 5 ABŞ hərbi bazası raketlər və pilotsuz uçuş aparatları ilə hədəfə alınıb.
2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən İraqa mebel ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 14,6 faiz azalaraq, 156 milyon 701 min 88 dollara bərabər olub.
Türkiyənin Milli Müdafiə Nazirliyi NATO-nun İraq Missiyasının geri çəkilməsi barədə qərar qəbul edildiyini açıqlayıb. Bildirilib ki, bu qərar çərçivəsində İraqın paytaxtı Bağdadda xidmət edən Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti uğurla ölkəyə təxliyə olunub. Eyni zamanda, NATO-nun geri çəkilmə planı çərçivəsində müttəfiq ölkələrin hərbçilərinin təxliyəsinə də Türkiyə tərəfindən dəstək göstərilib.
İraq Müdafiə Nazirliyi Ənbar vilayətində yerləşən Habbaniyə hərbi tibb məntəqəsinə endirilən hava zərbəsi nəticəsində 7 hərbçinin həlak olduğunu, 13 nəfərin isə yaralandığını açıqlayıb. Hadisə nəticəsində ciddi itkilər qeydə alınıb.
Çərşənbə axşamı günü səhər saatlarında təhlükəsizlik və səhiyyə mənbələrinin "Reuters" agentliyinə verdiyi məlumata görə, İraqın qərbindəki Ənbar vilayətində şiə "Həşdi-Şabi" (Xalq Səfərbərlik Qüvvələri - PMF) qüvvələrinə məxsus obyektə endirilən hava zərbələri nəticəsində azı 14 döyüşçü həlak olub, 30 nəfər isə yaralanıb. Həlak olanlar arasında qruplaşmanın Ənbar üzrə əməliyyat komandiri də var.
Suriya ordusu bazar ertəsi günü ölkənin şimal-şərqindəki hərbi bazalarından birinin qonşu İraq ərazisindən raket atəşinə tutulduğunu açıqlayıb. İraq rəsmiləri isə hücumun arxasında yerli silahlı qruplaşmanın dayandığını bildiriblər. Suriya ordusunun bəyanatında qeyd olunur ki, Haseke əyalətinin Əl-Yarubiya qəsəbəsi yaxınlığındakı hərbi baza raket zərbələrinə məruz qalıb. Adının açıqlanmasını istəməyən İraq rəsmisi isə bildirib ki, yerli qruplaşmalardan biri Haseke bölgəsindəki bazaya doğru "Qrad" raketinin təkmilləşdirilmiş versiyası olan yeddi ədəd "Arash-4" raketi atıb.
İsrailə qarşı hərbi mübarizə tarixinə onun 1948-ci ildə qurulmasından bəri nəzər saldıqda, iki əsas dövrü bir-birindən fərqləndirmək olar: Birinci dövr, bəzi ərəb ordularının İsrailə qarşı apardığı nizami dövlət müharibələri seçimidir. İkinci dövr isə müxtəlif qruplaşmalar və ya milislər (qeyri-nizami silahlı qüvvələr) vasitəsilə həyata keçirilən silahlı mübarizə seçimidir.