Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Suriya ordusunun bazası İraqdan atılan raketlərlə hədəf alınıb

    24 Mart 2026 10:58
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Suriya ordusunun bazası İraqdan atılan raketlərlə hədəf alınıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Nailə Babazadə

    Suriya ordusu bazar ertəsi günü ölkənin şimal-şərqindəki hərbi bazalarından birinin qonşu İraq ərazisindən raket atəşinə tutulduğunu açıqlayıb. İraq rəsmiləri isə hücumun arxasında yerli silahlı qruplaşmanın dayandığını bildiriblər.

    VOA xəbər verir ki, Suriya ordusunun bəyanatında qeyd olunur ki, Haseke əyalətinin Əl-Yarubiya qəsəbəsi yaxınlığındakı hərbi baza raket zərbələrinə məruz qalıb. Adının açıqlanmasını istəməyən İraq rəsmisi isə bildirib ki, yerli qruplaşmalardan biri Haseke bölgəsindəki bazaya doğru "Qrad" raketinin təkmilləşdirilmiş versiyası olan yeddi ədəd "Arash-4" raketi atıb.

    Məlumata görə, İraqın şimalındakı Rəbia bölgəsində, Suriya sərhədi yaxınlığında tərk edilmiş raket qurğusu aşkar edilib. Hücuma məruz qalan Rmeylan bazası bu ayın əvvəlində anti-İŞİD beynəlxalq koalisiyasının geri çəkilməsindən sonra Suriya ordusunun nəzarətinə keçmişdi.
    İraq tərəfi ilə koordinasiya

    Suriya hərbi rəhbərliyi hadisə ilə bağlı İraq tərəfi ilə əlaqə saxladıqlarını və İraq ordusunun günahkarların tapılması üçün axtarış əməliyyatına başladığını təsdiqləyib. Suriya Müdafiə nazirinin şərq bölgəsi üzrə müavini Sipan Hamo hücumu pisləyərək bildirib:

    "Biz bu hadisəyə görə birbaşa İraq hakimiyyətini məsuliyyətli tuturuq. Onlar öz ərazilərinə nəzarət edə bilməməklə təhlükəsizliyimizə təhdid yaradan hücumların qarşısını almayıblar."

    Hücum nəticəsində can itkisinin olmadığı, yalnız maddi ziyan dəydiyi qeyd edilib. Xatırladaq ki, İraq fevralın 28-də ABŞ və İsrailin İrana qarşı başlatdığı genişmiqyaslı hava hücumlarından sonra regionda yaranan gərginliyin mərkəzinə çevrilib. İranyönümlü qruplaşmalar bölgədəki ABŞ maraqlarına qarşı demək olar ki, hər gün hücumlar təşkil edirlər.

    #İraq #Suriya
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Suriyada keçmiş zabit öldürüldü

    31 Avqust 2026 09:39

    İraqdakı silahlı qrup tərksilah üçün ABŞ qüvvələrinin çıxmasını şərt qoyub

    29 Avqust 2026 18:52

    İraq Kürdüstanında pilotsuz uçuş aparatı hücumlarından sonra neft hasilatı bərpa olunub

    29 Avqust 2026 18:13

    ABŞ rəsmisi Suriyanı “tarixi nailiyyətlər” münasibətilə təbrik etdi

    29 Avqust 2026 14:41

    İraq Bağdadda pilotsuz uçuş aparatlarının hazırlanması cəhdinin qarşısını alıb

    28 Avqust 2026 21:05

    İsrail Suriyanın cənubundakı əməliyyatlarını genişləndirir

    28 Avqust 2026 19:06

    İsrailin Suriyadakı mövcudluğu ölkənin suverenliyini pozur - BMT

    27 Avqust 2026 20:20

    İsrail mətbuatı SDQ-nin inteqrasiyasına necə reaksiya verdi?

    27 Avqust 2026 15:50

    Suriya qlobal ödəniş sisteminə qayıtdı – əş-Şaraadan simvolik addım

    27 Avqust 2026 14:04

    Əsəd rejiminin daha iki yüksək rütbəli zabiti saxlanıldı

    27 Avqust 2026 10:06

    İraqda yarımçıq qalan layihələrə 20 trilyon dinar ayrılır

    26 Avqust 2026 16:47

    Suriya İsrail qüvvələrinin ölkə ərazisindən tam çıxmasını tələb edib

    25 Avqust 2026 22:31
    XƏBƏR LENTİ

    Səudiyyənin "Kayanee" brendi "Abaya City Coat" modelini satışa çıxarıb

    Rusiya rəqəmsal rublun dövriyyəsinə başlayır

    Səudiyyə Ərəbistanı süni intellekt sahəsində liderliyə can atır

    Səudiyyə Kosmik Agentliyindən 2026–2030-cu illər üzrə astronomik proqnoz

    ABŞ-İsrail zərbələri Xark adasında neft hasilatını dayandıra bilməyib - İran

    Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib

    İrana qarşı iqtisadi təzyiqlər nəticə verir - Tramp

    Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

    Prezident İlham Əliyev Trinidad və Tobaqo Prezidentini təbrik edib

    Prezident İlham Əliyev Malayziya Kralına məktub ünvanlayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.