BAKI,VOA, Fərid Mikayılov
İraq Müdafiə Nazirliyi Ənbar vilayətində yerləşən Habbaniyə hərbi tibb məntəqəsinə endirilən hava zərbəsi nəticəsində 7 hərbçinin həlak olduğunu, 13 nəfərin isə yaralandığını açıqlayıb.
VOA xəbər verir ki, hücum Habbaniyə bölgəsində yerləşən hərbi obyektə yönəlib.
Hadisə nəticəsində ciddi itkilər qeydə alınıb.
Hazırda hücumun kim tərəfindən həyata keçirildiyi ilə bağlı rəsmi açıqlama verilməyib, araşdırmalar davam edir.