#CENTCOM

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran limanlarına daxil olan və bu limanlardan çıxan bütün gəmilərə qarşı dəniz blokadasına başlayıb. Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp ABŞ hərbi dəniz donanmasının Hörmüz boğazına daxil olmağa və ya boğazdan çıxmağa çalışan bütün gəmilərin blokadaya alınması prosesinə başlayacağını bəyan etmişdi.

28 fevral 2026-cı il səhəri ABŞ və İsrailin İranın strateji obyektlərinə, o cümlədən Ali Rəhbər Əli Xameneinin iqamətgahına endirdiyi birgə zərbələr müharibənin başlanğıcı oldu. Lakin bu müharibənin ən gizli və həlledici cəbhəsi yerin onlarla metr dərinliyində — İranın "raket şəhərlərində" yaşanır. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bəyan edib ki, hücumun ikinci dalğasında Missuri ştatındakı bazasından qalxan "B-2 Spirit" strateji bombardmançıları iştirak edib. 11 min kilometr məsafə qət edən bu təyyarələr yerin 60 metr dərinliyinə nüfuz edə bilən "GBU-57" (Bunker Buster) bombaları ilə İranın yeraltı raket anbarlarını hədəf alıb.

ABŞ-ın demokrat senatoru Kris Mörfi ölkəsinin Yaxın Şərqdə İrana qarşı apardığı hərbi əməliyyatlara sərt reaksiya verərək, Vaşinqtonun strateji məğlubiyyətə uğradığını bəyan edib. Senator Prezident Donald Trampın Ağ Evdəki "Xalqa müraciət" nitqini tənqid edərək, dövlət başçısının təsvir etdiyi vəziyyətin reallıqla üst-üstə düşmədiyini bildirib. Mörfi vurğulayıb ki, ABŞ-ın İrana qarşı hücumları gözlənilən nəticəni vermir: "Biz bu müharibəni uduzuruq".

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bred Kuper İrana qarşı həyata keçirilən hərbi əməliyyatların gedişatı ilə bağlı mühüm açıqlamalar verib. Əməliyyatın dördüncü həftəsində olduqlarını qeyd edən admiral, qarşıya qoyulan hərbi məqsədlərə planlaşdırılandan daha sürətlə nail olduqlarını bildirib. Bred Kuperin sözlərinə görə, ABŞ qüvvələri indiyədək İranın 10 mindən çox hərbi hədəfinə zərbə endirib. O, xüsusilə İran hərbi dəniz qüvvələrinin ağır itkilər verdiyini vurğulayıb.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sosial media hesabında İrana qarşı həyata keçirilən hərbi əməliyyatlarla bağlı rəsmi açıqlama yayılıb. Açıqlamada İrana qarşı hücumların başlanğıcından bəri ölkə ərazisində 9 mindən çox hədəfin vurulduğu bildirilib. Həmçinin qeyd edilib ki, aralarında döyüş gəmilərinin də olduğu 140-dan çox gəmi ya ciddi zədələnib, ya da tamamilə məhv edilib.

ABŞ Mərkəzi Komandanlığı İranın strateji əhəmiyyətə malik Xark adasına genişmiqyaslı hava zərbəsi endirildiyini açıqlayıb. Hücum çərçivəsində bölgədə yerləşən dəniz minalarının saxlanıldığı anbarlar, raket sığınacaqları və müxtəlif hərbi logistika məntəqələri vurulub.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) cümə axşamı verdiyi bəyanatda İrana qarşı hərbi əməliyyatlarda iştirak edən Amerika yanacaqdoldurma təyyarəsinin İraq ərazisində qəzaya uğradığını bildirib. Məlumata görə, qəzadan dərhal sonra ərazidə xilasetmə işlərinə başlanılıb. "The Associated Press" agentliyinə anonimlik şərti ilə məlumat verən ABŞ rəsmisi qəzaya uğrayan "KC-135" tipli təyyarənin göyərtəsində ən azı beş heyət üzvünün olduğunu qeyd edib. Hazırda heyət üzvləri arasında tələfatın olub-olmadığı barədə dəqiq məlumat verilmir.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı davam edən hərbi əməliyyatların miqyası barədə rəsmi məlumat yayıb. CENTCOM komandanı admiral Bred Kuper bildirib ki, bu, ABŞ-ın son bir nəsildə Yaxın Şərqdə həyata keçirdiyi ən böyük hərbi yığınaqdır. Admiral Kuperin sözlərinə görə, fevralın 28-dən başlayan əməliyyatlarda 50 mindən çox əsgər, 200 döyüş təyyarəsi və 2 aviadaşıyıcı gəmi iştirak edir. İndiyədək İran ərazisində təxminən 2 min strateji hədəfin vurulduğu və ölkənin hava hücumundan müdafiə sistemlərinin böyük ölçüdə sıradan çıxarıldığı qeyd olunub.