BAKI,VOA, Nailə Babazadə
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sosial media hesabında İrana qarşı həyata keçirilən hərbi əməliyyatlarla bağlı rəsmi açıqlama yayılıb.
VOA xəbər verir ki, açıqlamada İrana qarşı hücumların başlanğıcından bəri ölkə ərazisində 9 mindən çox hədəfin vurulduğu bildirilib. Həmçinin qeyd edilib ki, aralarında döyüş gəmilərinin də olduğu 140-dan çox gəmi ya ciddi zədələnib, ya da tamamilə məhv edilib.
CENTCOM-un məlumatına görə, ABŞ hərbi əməliyyatlar zamanı bombardmançı təyyarələr, qırıcılar, pilotsuz uçuş aparatları (PUA) və raketdən müdafiə sistemləri daxil olmaqla müxtəlif hava, dəniz və quru sistemlərindən istifadə edib.