BAKI,AzerVoice, Fərid Mikayılov ABŞ İranla diplomatik müzakirələr davam etdiyi bir vaxtda Yaxın Şərqdə hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə genişləndirir. Pentaqon bölgəyə əlavə dəniz və hava qüvvələri, eləcə də hava-raketdən müdafiə sistemləri yerləşdirərək hərbi hazırlıq səviyyəsini yüksəldib.
#CENTCOM
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Suriyada İŞİD terror qruplaşmasına qarşı həyata keçirilən “Hawkeye” (Şahin Gözü) əməliyyatı çərçivəsində 70-dən çox hədəfin vurulduğunu açıqlayıb. Əməliyyat dekabrın 13-də Suriyanın Palmira (Tədmur) bölgəsində İŞİD tərəfindən həyata keçirilən və 2-si ABŞ hərbçisi olmaqla 3 ABŞ vətəndaşının həlak olduğu hücuma cavab olaraq icra edilib. Bildirilib ki, əməliyyat ABŞ Prezidenti Donald Trampın göstərişi ilə başladılıb.
İsrailin Dohada HƏMAS rəhbərliyinə aid yaşayış yerlərinə endirdiyi hava zərbəsi Qəzzada davam edən müharibənin gedişatında təhlükəli bir dönüş nöqtəsi oldu. Bu hadisə Vaşinqtonun müttəfiqi və İsraillə fələstinli qruplar arasında ənənəvi vasitəçi sayılan Qətəri ilk dəfə bu qədər birbaşa və görünməmiş şəkildə qarşıdurmanın mərkəzinə gətirdi. Doha baş verənləri “qorxaq hücum” adlandıraraq HƏMAS-ın Siyasi Bürosuna aid rəhbərlərin yaşayış yerlərinin hədəfə alındığını açıqladı. İsrail isə bunun “HƏMAS terror rəhbərliyinə” qarşı həyata keçirilmiş əməliyyat olduğunu bildirdi və bunu hərəkatın kadrlarını harada olurlarsa, orada izləyib məhv etmək kampaniyasının davamı kimi təqdim etdi.
İsrail işğal altında saxladığı ərazilərdən qoşunlarını çıxarmalıdır ki, Livan ordusu cənub sərhədində tam yerləşmə prosesini başa çatdıra bilsin. Bunu ölkə prezidenti Cozef Aun Beyrutda ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuperlə görüşündə bildirib. Prezident Administrasiyasının yaydığı açıqlamada Aunun sözlərinə istinadən bildirilib ki, “Livan hərbçiləri hazırda Litani çayından cənubdakı ərazilərin 85 faizinə nəzarət edir. Lakin beynəlxalq səviyyədə tanınmış sərhəddə yerləşməyə İsrail mane olur və aqressiv hücumlarını davam etdirir.”
ABŞ Silahlı Qüvvələrinin Suriyanın şimalında keçirdiyi reyd zamanı İŞİD terror qruplaşmasının liderlərindən biri öldürülüb.
ABŞ administrasiyası, Yaxın Şərqdə artan regional gərginliklər fonunda bəzi diplomatik nümayəndəliklərdən və hərbi bazalardan qeyri-zəruri personal və hərbçi ailələrinin təxliyəsinə başlayıb.
Bu barədə CENTCOM rəhbəri Maykl Kurilla məlumat verib.