Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Digər Xəbərlər
    Digər Xəbərlər

    İranın 10 mindən çox hərbi hədəfi məhv edilib - ABŞ

    26 Mart 2026 10:46
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İranın 10 mindən çox hərbi hədəfi məhv edilib - ABŞ
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Nailə Babazadə

    ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bred Kuper İrana qarşı həyata keçirilən hərbi əməliyyatların gedişatı ilə bağlı mühüm açıqlamalar verib. Əməliyyatın dördüncü həftəsində olduqlarını qeyd edən admiral, qarşıya qoyulan hərbi məqsədlərə planlaşdırılandan daha sürətlə nail olduqlarını bildirib.

    VOA xəbər verir ki, Bred Kuperin sözlərinə görə, ABŞ qüvvələri indiyədək İranın 10 mindən çox hərbi hədəfinə zərbə endirib. O, xüsusilə İran hərbi dəniz qüvvələrinin ağır itkilər verdiyini vurğulayıb.

    "Onilliklərdir bölgə sularında qlobal dəniz ticarətini təhdid edən İran donanmasının ən böyük gəmilərinin 92 faizini yox etmişik. Artıq o günlər geridə qaldı." - deyə qeyd edilib.

    CENTCOM komandanı əlavə edib ki, hazırda İran regionda dəniz gücü nümayiş etdirmək qabiliyyətini tamamilə itirib. Aparılan əməliyyatlar nəticəsində İranın pilotsuz uçuş aparatları (PUA) və raket buraxılışlarının sayı 90 faizdən çox azalıb. Admiral Kuper bunun həm ABŞ qüvvələrinə, həm də bölgə ölkələrinə qarşı hücum potensialının əhəmiyyətli dərəcədə zəifləməsi mənasını verdiyini qeyd edib.

    Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı başladığı hərbi hücumlar nəticəsində İranın ali rəhbəri Əli Xameneyi də daxil olmaqla, bir çox yüksək rütbəli rəsmi şəxs həlak olub. Tehran rəhbərliyi isə buna cavab olaraq ABŞ-ın Qətər, BƏƏ və Bəhreyndəki bazalarını hədəf alıb.

    #ABŞ #CENTCOM #İsrail və İran gərginliyi #ABŞ və İsrailin İran siyasəti #ABŞ İsrail İran qarşıdurması
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ TikTok-la 400 milyon dollarlıq məxfilik razılaşmasına gəlib

    22 Avqust 2026 21:52

    Qəzza müharibəsi AIPAC-ın ABŞ siyasətindəki mövqeyinə zərbə vurur

    22 Avqust 2026 21:46

    ABŞ-nin “iqtisadi terrorunun” ölkədə sabitliyi pozmasına imkan verməyəcəyik - İran

    22 Avqust 2026 21:07

    Kanada ABŞ-yə qarşı cavab tarifləri tətbiq edəcək

    22 Avqust 2026 19:49

    İran rəsmisi Vaşinqtonla mümkün danışıqlara ehtiyatla yanaşmağa çağırıb

    22 Avqust 2026 18:33

    ABŞ İsrail naminə bölgədəki müttəfiqlərinin təhlükəsizliyini riskə atıb - Qalibaf

    22 Avqust 2026 18:21

    İran eyni vaxtda iqtisadi təzyiq və diplomatik dalanla üzləşib

    22 Avqust 2026 18:14

    Ölkə ərazisinin başqa dövlətlərə hücum üçün istifadəsinə icazə verməyəcəyik - İraq prezidenti

    22 Avqust 2026 18:10

    ABŞ-nin iqtisadi müharibəsi beynəlxalq hüququ pozur - İran XİN

    22 Avqust 2026 11:49

    Tramp bal zalını “hərbi mərkəz” adlandırır - Layihənin 65 faizi tamamlanıb

    21 Avqust 2026 22:43

    Lula Trampa xəbərdarlıq edib - Tariflər hər iki iqtisadiyyata zərər verəcək

    21 Avqust 2026 22:06

    ABŞ-nin İrana qarşı iqtisadi təzyiq siyasəti uğursuzluğa məhkumdur - Abbas Əraqçi

    21 Avqust 2026 21:34
    XƏBƏR LENTİ

    İsrail Livanın cənubuna hücumları davam etdirir

    Hindistan sahillərində Panama bayraqlı yük gəmisi batıb

    Türkiyə ilə gərginliyi artırmaq niyyətimiz yoxdur - Gideon Saar

    ABŞ TikTok-la 400 milyon dollarlıq məxfilik razılaşmasına gəlib

    Qəzza müharibəsi AIPAC-ın ABŞ siyasətindəki mövqeyinə zərbə vurur

    Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib

    ABŞ-nin “iqtisadi terrorunun” ölkədə sabitliyi pozmasına imkan verməyəcəyik - İran

    Misir və İran bölgədə gərginliyin azaldılması və diplomatik danışıqların bərpasını müzakirə edib

    Daşkənd Prezident İlham Əliyevin rəsmi səfərinə hazırlaşır

    Kanada ABŞ-yə qarşı cavab tarifləri tətbiq edəcək

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.