#Yaxın Şərq

Yaxın Şərqdə artan hərbi gərginliyə və Hörmüz boğazındakı yüksək təhlükəsizlik risklərinə baxmayaraq, İranın xam neft ixracı kəsilmədən davam edir. Qlobal neft və mayeləşdirilmiş təbii qaz (LNG) ticarətinin təxminən beşdə birinin keçdiyi Hörmüz boğazı hazırda enerji bazarlarının diqqət mərkəzindədir. "Kpler" və "TankerTrackers" kimi real vaxt məlumat analitika şirkətlərinin məlumatlarına görə, Çin İranın xam neft ixracının 80 faizindən çoxunu qəbul edərək ölkənin ən böyük müştərisi mövqeyini qoruyur. Gərginlik artmazdan əvvəl Çin emal zavodları gündəlik 1,3–1,4 milyon barel İran nefti idxal edirdisə, davam edən münaqişələrə rəğmən fevralın 28-dən bəri ən azı 11–12 milyon barel neftin bu boğaz vasitəsilə daşındığı qeydə alınıb.

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn İran tərəfindən pilotsuz uçuş aparatları və ballistik raketlərlə həyata keçirildiyi bildirilən hücumların hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini açıqlayıb. Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi ölkənin müxtəlif bölgələrinə yönələn bir sıra hücumların qarşısının alındığını bildirib.

Yaxın Şərqdə yaranmış vəziyyətlə əlaqədar olaraq uçuşları ləğv olunmuş ölkə vətəndaşlarının Azərbaycan tərəfindən Səudiyyə Ərəbistanının Ciddə şəhərindən Bakıya təhlükəsiz təxliyəsi həyata keçirilib. AZAL-a məxsus “Boeing 787 Dreamliner” təyyarəsinin yaxın saatlarda Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. Təxliyə reysi vasitəsilə ümumilikdə 209 vətəndaşın ölkəyə qayıdışı təmin edilib.

Yaxın Şərqdə davam edən hərbi əməliyyatlarla bağlı sosial şəbəkələrdə qeyri-dəqiq və mənbəyi bilinməyən məlumatlara istinad edən paylaşımlar müşahidə olunmaqdadır. İnformasiya mühitində dezinformasiya riskini artıran bu kimi cəhdlər ictimai rəydə çaşqınlıq yaratmağa yönəlib. Yaxın Şərqdə davam edən hərbi əməliyyatlarla bağlı sosial şəbəkələrdə qeyri-dəqiq və mənbəyi bilinməyən məlumatlara istinad edən paylaşımlar müşahidə olunmaqdadır. İnformasiya mühitində dezinformasiya riskini artıran bu kimi cəhdlər ictimai rəydə çaşqınlıq yaratmağa yönəlib.