Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Qırğızıstan
    Qırğızıstan

    Qırğızıstan vətəndaşları Bəhreyn və Küveytdən, Səudiyyə Ərəbistanı üzərindən təxliyə olunacaq

    11 Mart 2026 10:44
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qırğızıstan vətəndaşları Bəhreyn və Küveytdən, Səudiyyə Ərəbistanı üzərindən təxliyə olunacaq
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Fərid Mikayılov

    Yaxın günlərdə Bəhreyn və Küveytdə yaşayan Qırğızıstan vətəndaşlarının ölkəyə gətirilməsi planlaşdırılır.

    VOA xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin Konsulluq Departamentinin direktoru Seytek Jumakadır oğlu məlumat verib.

    Onun sözlərinə görə, təxliyə prosesi Qırğızıstan prezidentinin Yaxın Şərqdə yaşayan vətəndaşların ölkəyə qaytarılması ilə bağlı tapşırığı çərçivəsində həyata keçirilir.

    Bildirilib ki, vətəndaşların ölkəyə gətirilməsi Səudiyyə Ərəbistanı üzərindən təşkil olunacaq.

    Seytek Jumakadır oğlu qeyd edib ki, hazırda Bəhreyndə 82, Küveytdə isə 480 Qırğızıstan vətəndaşı yaşayır. İlkin mərhələdə Küveytdən təxminən 70 nəfərin, Bəhreyndən isə 40-a yaxın vətəndaşın ölkəyə qayıdacağı gözlənilir.

    Onun sözlərinə görə, vətəndaşların şəxsi qərarları səbəbindən təxliyə siyahısı daim dəyişir. Eyni zamanda Qətərdə də Qırğızıstan vətəndaşlarının olduğu bildirilib.

    Departament direktoru əlavə edib ki, bundan əvvəl Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanından üç reys vasitəsilə 420 Qırğızıstan vətəndaşı təxliyə olunaraq ölkəyə gətirilib.

    Qeyd olunub ki, həmin vətəndaşların ölkəyə qayıdışı dövlət hesabına və ödənişsiz şəkildə həyata keçirilib.

    #Küveyt #Qırğızıstan #Səudiyyə Ərəbistanı #Bəhreyn #Yaxın Şərq #Qırğızıstan Xarici İşlər Nazirliyi #Seytek Jumakadır oğlu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Diplomatik böhranlar və hərbi əməliyyatlar: 30 avqustda ərəb dövlətlərində nə baş verdi?

    30 Avqust 2026 03:00

    Misir və İtaliya Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırıb

    29 Avqust 2026 20:48

    Qətər və Türkiyə xarici işlər nazirləri Yaxın Şərqdə gərginliyin azaldılması yollarını müzakirə ediblər

    29 Avqust 2026 20:41

    Abbas Əraqçi müsəlman ölkələrini böyük dövlətlərin “həddindən artıq tələblərinə” qarşı birliyə çağırıb

    29 Avqust 2026 20:09

    Yeni regional razılaşmalar bölgədə yeni mərhələnin başlanğıcı ola bilər - Qalibaf

    29 Avqust 2026 18:30

    İraq Kürdüstanında pilotsuz uçuş aparatı hücumlarından sonra neft hasilatı bərpa olunub

    29 Avqust 2026 18:13

    Diplomatik dönüşlər və terror aktları: 29 avqustda ərəb dövlətlərində nə baş verdi?

    29 Avqust 2026 03:00

    Altı aydır nə strategiya var, nə də müharibənin sonu görünür - ABŞ senatoru

    28 Avqust 2026 22:24

    ABŞ Yaxın Şərqdə 50 mindən çox hərbçi saxlayır

    28 Avqust 2026 21:13

    Livanın cənubunda bir həftədə 1030 mərmi uçuşu qeydə alınıb - BMT

    28 Avqust 2026 20:40

    Körfəz ölkələri yeni təhlükəsizlik modelləri axtarır

    28 Avqust 2026 20:03

    Pakistan və Küveyt yeni müdafiə sazişi imzalayıb

    28 Avqust 2026 18:19
    XƏBƏR LENTİ

    Dünyanın ən qiymətli almazları harada yaranır? Alimlər onların gizli mənbəyini tapdı

    İspaniyada İslam mədəniyyəti - Əndəlüsün yüksəlişi və süqutu

    Hikmət Hacıyev Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə bağlı paylaşım edib

    Bulvarda klassik avtomobillərin sərgisi keçirilir

    Ərəb dünyasında ürək-damar xəstəliklərindən ölüm sayı artıb

    Fazil Küçük Kimdir?

    Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri

    Türkiyə Nigerə dəstəyini açıqladı

    Ərdoğan Zəfər Bayramının ildönümü münasibətilə bəyanat yayıb

    Macarıstanda oğurlanan təyyarə nüvə stansiyasına yaxınlaşdı

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.