Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Digər Xəbərlər
    Digər Xəbərlər

    Regional gərginliyə rəğmən İranın neft ixracı davam edir: Çin əsas alıcıdır

    12 Mart 2026 12:49
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Regional gərginliyə rəğmən İranın neft ixracı davam edir: Çin əsas alıcıdır
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA, Nailə Babazadə

    Yaxın Şərqdə artan hərbi gərginliyə və Hörmüz boğazındakı yüksək təhlükəsizlik risklərinə baxmayaraq, İranın xam neft ixracı kəsilmədən davam edir. Qlobal neft və mayeləşdirilmiş təbii qaz (LNG) ticarətinin təxminən beşdə birinin keçdiyi Hörmüz boğazı hazırda enerji bazarlarının diqqət mərkəzindədir.

    VOA xəbər verir ki, "Kpler" və "TankerTrackers" kimi real vaxt məlumat analitika şirkətlərinin məlumatlarına görə, Çin İranın xam neft ixracının 80 faizindən çoxunu qəbul edərək ölkənin ən böyük müştərisi mövqeyini qoruyur. Gərginlik artmazdan əvvəl Çin emal zavodları gündəlik 1,3–1,4 milyon barel İran nefti idxal edirdisə, davam edən münaqişələrə rəğmən fevralın 28-dən bəri ən azı 11–12 milyon barel neftin bu boğaz vasitəsilə daşındığı qeydə alınıb.

    İran neftinin böyük hissəsi beynəlxalq qiymətlərlə müqayisədə endirimlə təklif olunduğu üçün ABŞ sanksiyalarından yayınan və Amerika maliyyə sistemindən kənarda fəaliyyət göstərən Çinin müstəqil neft emalı zavodları tərəfindən satın alınır. Ekspertlər qeyd edirlər ki, müharibə şəraitində neft satışının davam etməsi İranın ixracdan asılılığını və Çinin bu ölkə üçün həlledici enerji tərəfdaşı rolunu bir daha təsdiqləyir. Lakin dəniz daşımalarındakı mümkün aksamalar İranın ixracata söykənən iqtisadiyyatı üçün ən ciddi risk faktoru olaraq qalır. Hörmüz boğazının tamamilə bağlanması Tehran üçün ağır iqtisadi sınaq deməkdir.

    "Wood Mackenzie" şirkətinin vitse-prezidenti Alan Gelder bildirib ki, sanksiyalara məruz qalan İran nefti alternativ ticarət kanalları vasitəsilə qlobal bazara sızmağa davam edərək "paralel bazar" quruluşu yaradıb. Bu ticarətin böyük hissəsi ABŞ dollarından kənar dövriyyə edən müstəqil zavodlar vasitəsilə həyata keçirilir və alınan neftin bir qismi Çində ehtiyat olaraq saxlanılır. Gelderin fikrincə, ABŞ və İsrailin İranın daxili infrastrukturunu hədəf almağa davam etməsi iqtisadiyyat üzərində ağır təzyiq yaradır. Qlobal bazarın gündəlik 100 milyon bareldən çox olan ümumi həcmi ilə müqayisədə sanksiyalı neft miqdarı nisbətən kiçik görünsə də, bu axın bazarda mürəkkəb balans yaradır.

    Enerji bazarları üzrə mütəxəssis Vandana Hari isə vurğulayıb ki, neft ixracının davam etdirilməsi müharibə dövründə İran iqtisadiyyatını ayaqda tutan yeganə kritik sütundur. Əgər hərbi əməliyyatlar nəticəsində sivil infrastrukturla yanaşı, neft və qaz istehsalı obyektləri də dağılarsa, İran öz iqtisadiyyatını yenidən qurmaq üçün əsas gəlir kanalını tamamilə itirmək riski ilə üzləşəcək. Beləliklə, İran hazırda həm hərbi və dəniz potensialının, həm də iqtisadi gələcəyinin təhlükə altına düşdüyü çoxmənzilli bir münaqişə zonasında fəaliyyət göstərir.

    #neft #Çin #Yaxın Şərq #İsrail və İran gərginliyi #İsrailin İran hücumu #ABŞ və İsrailin İran siyasəti #İran-İsrail qarşıdurması
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qazaxıstan ŞƏT İnkişaf Bankının yaradılması təşəbbüsünü dəstəkləyir - Tokayev

    1 Sentyabr 2026 12:34

    Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir

    1 Sentyabr 2026 09:22

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    31 Avqust 2026 22:12

    Tramp Xark adası ilə bağlı paylaşımı ilə İrana mesaj göndərir - Vens

    31 Avqust 2026 21:30

    Sanksiyaların məqsədi İranı danışıqlar masasına gətirməkdir - Skott Bessent

    31 Avqust 2026 20:47

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    31 Avqust 2026 20:42

    CENTCOM SEPAH-ın Hörmüz boğazında tanker insidenti barədə iddiasını rədd edib

    31 Avqust 2026 20:20

    İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Əl-Əqsa məscidinə daxil olub

    31 Avqust 2026 20:16

    İranın ABŞ qüvvələrinə istənilən hücumuna cavab veriləcək - Tramp

    31 Avqust 2026 19:38

    Müharibə tərəfləri bölgəni məhv edən prosesi davam etdirir - Hakan Fidan

    31 Avqust 2026 18:58

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    İran rəhbərliyi ölkəni idarə edə bilmir - Tramp

    31 Avqust 2026 18:39
    XƏBƏR LENTİ

    Qırğızıstan Prezidenti ŞƏT çərçivəsində əməkdaşlığın prioritetlərini müəyyənləşdirib

    Balıqçılıq sahəsində nəzarət üçün hər dəfə yerində yoxlama tələb olunmayacaq - İlhamə Qədimova

    2030-cu ilədək buğda və arpa toxumu ilə təminat 100 faizə çatdırılacaq - Taleh Zeynalov

    Qazaxıstan ŞƏT İnkişaf Bankının yaradılması təşəbbüsünü dəstəkləyir - Tokayev

    İraq alıcılıq qabiliyyəti üzrə dünya reytinqində neçənci yerdədir?

    Bişkekdə ŞƏT sammitinin yekunlarına dair 28 sənəd imzalanıb

    Tokayev ŞƏT-in nəqliyyat qarşılıqlı əlaqəliliyinə dair Strategiyasının hazırlanmasını təklif edib

    İraqda mənzilsiz ailələrə dövlət dəstəyi - torpaq pulsuz paylanacaq

    ŞƏT “Şanxay beşliyi”ndən iri beynəlxalq təşkilata qədər böyük yol keçib - Tokayev

    Qətərdə ticari əməliyyatların 86 faizi elektron icra olunub -Ticarət və Sənaye Nazirliyi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.