Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Tarixdə bu gün
    Tarixdə bu gün

    Bu gün ABŞ gəmisi İsrail tərəfindən hücuma məruz qalıb - 34 amerikalı ölüb, 171 nəfər yaralanıb

    8 İyun 2026 03:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Bu gün ABŞ gəmisi İsrail tərəfindən hücuma məruz qalıb - 34 amerikalı ölüb, 171 nəfər yaralanıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA Orxan Qədirzadə

    1967-ci il iyunun 8-də Ərəb-İsrail müharibəsinin, daha çox Altıgünlük müharibə kimi tanınan qarşıdurmanın gedişində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Liberty” kəşfiyyat gəmisi Misirin Qəzza zolağı sahilləri yaxınlığında beynəlxalq sularda hücuma məruz qalıb.

    ABŞ-a məxsus olduğu aydın şəkildə görünən və yalnız yüngül silahlarla təchiz edilmiş gəmi əvvəlcə İsrail hərbi təyyarələrinin hücumuna məruz qalıb. Hücum zamanı gəmiyə napalm bombaları və raketlər atılıb. “USS Liberty” ekipajı kömək çağırışı göndərməyə çalışsa da, hücum edən təyyarələr radio siqnallarının ötürülməsinə mane olub.

    Bir müddət sonra gəmi ABŞ Hərbi Dəniz Qüvvələrinin “Saratoga” aviadaşıyıcısı ilə əlaqə yaratmağa müvəffəq olub. Bunun ardınca “USS Liberty”ni müdafiə etmək üçün 12 qırıcı təyyarə və dörd yanacaqdaşıyan təyyarə havaya qaldırılıb. Lakin onların əməliyyata qoşulmasına az qalmış Vaşinqtondan müdaxilə gəlib. ABŞ-ın müdafiə naziri Robert Maknamara təyyarələrin geri çağırılması barədə göstəriş verib və onlar hadisə yerinə çatmayıblar. Bu qərarın səbəbi uzun illər keçməsinə baxmayaraq tam aydınlaşdırılmayıb.

    Aralıq dənizində isə hücum davam edirdi. İlk hava zərbələrindən sonra gəmi heyətinin doqquz üzvü həlak olmuş, 60 nəfər yaralanmışdı. Bundan qısa müddət sonra “USS Liberty” İsrail torpedo katerlərinin hücumuna məruz qalıb.

    Katerlər gəmiyə torpedolar buraxıb və artilleriya atəşi açıblar. Yaralanmasına baxmayaraq gəminin kapitanı Uilyam L. Makqonaql komandanlığı davam etdirib. Onun rəhbərliyi altında ekipaj dörd torpedodan yayına bilsə də, onlardan biri gəminin su xətti səviyyəsində korpusuna dəyib.

    Ağır zədələnən gəmidən üç xilasedici qayıq suya buraxılıb. Hadisə ilə bağlı yayılan məlumatlara görə, bu qayıqlar da atəşə tutulub. Belə bir hərəkət beynəlxalq humanitar hüququn pozulması kimi qiymətləndirilir.

    Təxminən 10 min ton su tutumuna malik olan gəmini batırmaq mümkün olmadığından hücum müəyyən müddətdən sonra dayandırılıb. İki saat davam edən hücum nəticəsində ümumilikdə 34 ABŞ vətəndaşı həlak olub, 171 nəfər yaralanıb.

    Böyük zədələrə baxmayaraq, “USS Liberty” ekipajı gəmini təhlükəsiz limana çatdırmağa nail olub.

    Hadisədən sonra İsrail hökuməti hücuma görə üzr istəyib və təxminən 6,9 milyon ABŞ dolları məbləğində təzminat ödəməyi təklif edib. Rəsmi Təl-Əviv hadisənin səhvən baş verdiyini, gəminin Misirə məxsus hərbi gəmi ilə qarışdırıldığını bildirib.

    Lakin “USS Liberty” ekipajının sağ qalan üzvləri və bəzi keçmiş ABŞ rəsmiləri bu izahı qəbul etməyiblər. Onların fikrincə, hücum qəsdən həyata keçirilib. Bu iddialara görə, əməliyyatın məqsədi İsrailin növbəti gün həyata keçirdiyi Colan yüksəkliklərinin ələ keçirilməsi planlarını gizlətmək olub.

    Mübahisəli nəzəriyyəyə əsasən, “USS Liberty”nin kəşfiyyat avadanlıqları İsrail hərbi qüvvələrinin qarşıdakı əməliyyatlarla bağlı radio danışıqlarını qeydə ala bilərdi. Bu səbəbdən gəminin susdurulmasının məqsədli şəkildə həyata keçirildiyi irəli sürülür. Bununla belə, hadisənin qəsdən törədildiyini sübut edən yekun və hamı tərəfindən qəbul edilən nəticə indiyədək ortaya qoyulmayıb və məsələ tarixçilər arasında müzakirə mövzusu olaraq qalır.

    “USS Liberty”nin kapitanı Uilyam L. Makqonaql isə hücum zamanı və sonrasında göstərdiyi rəhbərlik və şücaətə görə ABŞ-ın ən yüksək hərbi təltiflərindən biri olan Şərəf Medalı ilə mükafatlandırılıb.

    #Colan Təpələri #ABŞ Hərbi Dəniz Qüvvələri #İsrail hücumu #Altıgünlük müharibə #Ərəb-İsrail müharibəsi #USS Liberty kəşfiyyat gəmisi #Misirin Qəzza zolağı sahilləri #Saratoga aviadaşıyıcısı #İsrailin hücum etdiyi ABŞ gəmisi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsraillə təhlükəsizlik sazişi üzərində işləyirik, Livana hərbi müdaxilə planımız yoxdur - Əhməd əş-Şəraa

    26 İyul 2026 14:36

    BMT Baş katibi Antonio Quterreş Colan təpələrinə səfər edəcək

    25 İyul 2026 18:36

    ABŞ İrana qarşı dəniz blokadasının başlanacağı vaxtı açıqlayıb

    13 İyul 2026 22:40

    Trampın İran gəmilərinə qarşı blokada qərarının detalları açıqlanmayıb

    13 İyul 2026 21:36

    ABŞ Yaxın Şərq sularında 20-dən çox hərbi gəminin keşik çəkdiyini bildirib

    8 İyul 2026 21:53

    ABŞ hərbçisinin Oman dənizində axtarışları dayandırıldı

    5 İyul 2026 20:29

    ABŞ hərbi gəmisinin İran sərnişin təyyarəsini vurmasından 38 il ötür - 290 nəfər həlak olmuşdu

    3 İyul 2026 03:00

    ABŞ hərbi helikopteri Ərəb dənizinə təcili eniş edib, bir ekipaj üzvü isə itkin düşüb

    1 İyul 2026 22:32

    Suriyanın ərazi bütövlüyünə sadiqik - Əhməd əş-Şəraa

    30 İyun 2026 20:49

    Bu gün Altıgünlük müharibə başa çatdı

    10 İyun 2026 00:56

    Bu gün altıgünlük müharibə başladı

    5 İyun 2026 03:00

    ABŞ-ın 35-ci prezidenti Con Kennedi bu gün doğuldu

    29 May 2026 03:00
    XƏBƏR LENTİ

    Tanşan zəlzələsi necə bir milyonluq şəhəri məhv etdi?

    Mədəniyyət naziri Adil Kərimli Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla görüşüb

    Orange və Morrison Fransada süni intellekt üçün iri məlumat mərkəzi layihəsinə başlayır

    ABŞ Maliyyə Nazirliyi sanksiya siyahısından daha 84 şəxs və şirkəti çıxarıb

    Maldini və Leonardo İtaliya Futbol Federasiyasındakı vəzifələrindən istefa veriblər

    Tramp Türkiyəni tərifləyib, Ərdoğanı "dost" adlandırıb

    Azərbaycan və Pakistan mədəni əməkdaşlığın genişləndirilməsini müzakirə edib

    Putindən Rusiyanın İrana peyk dəstəyi verib-vermədiyini soruşacağam - Tramp

    ABŞ-nin böyük həcmdə sursat ehtiyatı var - Tramp

    ABŞ hazırda İranla danışıqlar aparır - Tramp

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.