#Regional sabitlik

Səudiyyə Ərəbistanı və Yaponiya Yaxın Şərqdə sabitliyin təmin olunması istiqamətində əməkdaşlığı gücləndirmək barədə razılığa gəlib. Yaponiyanın baş naziri Sanae Takaçi ilə Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman arasında telefon danışığı zamanı regional təhlükəsizlik və enerji məsələləri geniş müzakirə olunub.

ABŞ-İsrailin İrana qarşı müharibəsi sürətlə regional sərhədləri aşaraq, təkcə Yaxın Şərqdə məhdudlaşan hərbi qarşıdurma olmaqdan çıxıb, daha geniş geosiyasi ölçülərə malik hadisəyə çevrilib. Bu müharibə dövlətlərin riskləri necə dərk etdiyini, böhranlara reaksiyalarını və beynəlxalq sistemdə mövqelərini yenidən formalaşdırır.

Pakistan hökuməti Yaxın Şərqdə gərginliyin azaldılması məqsədilə həm Livan, həm də Yəmən cəbhələrində atəşkəsin təmin edilməsi istiqamətində diplomatik səylərini artırıb. Rəsmi İslamabad hər iki bölgədə hərbi əməliyyatların dayandırılması üçün fəal iş aparır. Pakistanın vasitəçilik missiyası regional sabitliyin bərpasına və humanitar böhranın dərinləşməsinin qarşısını almağa yönəlib.

Suriya hakimiyyəti ölkənin cənubunda druzların sıx yaşadığı Cəbəl əl-Ərəb (Süveyda) bölgəsinə nəzarəti bərpa etmək üçün ABŞ-la koordinasiyalı şəkildə hərəkət edir. Məlumata əsasən, hərbi məsələlərlə maraqlanan suriyalı rəsmi bildirib ki, Suriya hökuməti Prezident Əhməd əş-Şəraanın Süveyda vilayətinə nəzarəti bərpa etməsi istiqamətində atdığı addımların ABŞ tərəfindən koordinasiya edildiyi və dəstəkləndiyi qənaətindədir. Onun sözlərinə görə, Dəməşq hələlik Süveydaya yenidən daxil olmaqla bağlı yekun qərar verməyib və bu prosesin “tez ya gec, mümkün qədər dialoq və qarşılıqlı anlaşma yolu ilə” baş verəcəyi gözlənilir.

Səudiyyə Ərəbistanının müdafiə naziri, şahzadə Xalid bin Salman Cənub Keçid Şurasını (CKŞ) Yəmənin Hadramaut və əl-Mehra vilayətlərində yerləşən hərbi düşərgələrdən qüvvələrini çıxarmağa və obyektləri sülh yolu ilə “Vətən Qalxanı” qüvvələrinə və yerli hakimiyyət orqanlarına təhvil verməyə çağırıb.