Tramp tez-tez dünyanın diqqətini çəkən təxribatçı açıqlamalar verməyi sevir. Məsələn, ABŞ-ın Qəzza zolağına tam nəzarət edəcəyi və orada “Qəzza Rivyerası” adlı cazibədar bölgə quracağı fikri kimi. Digər tərəfdən isə o, çox vaxt nümayişkaranə addımlar atır: iyun ayında İrana qarşı həyata keçirilən qəfil hücum və ya bu ay Venesuelalı narkotik tacirlərinə qarşı təşkil edilən əməliyyat kimi. Lakin bu addımları strateji nəticələr doğuran ardıcıl siyasət kimi qəbul etmək düzgün olmaz.
#Misir
Misir, İsrailin Dohaya endirdiyi hava zərbəsinə cavab olaraq təhlükəsizlik sahəsində Tel-Əvivlə koordinasiyanı məhdudlaşdırmaq qərarına gəlib. Misir rəsmiləri İsrailə açıq mesaj göndərərək bildiriblər ki, ölkə ərazisində oxşar hücumların həyata keçirilməsi silahlı cavabla qarşılanacaq. “HƏMAS liderlərinin həyatına Misir torpaqlarında ediləcək hər hansı sui-qəsd, dövlətimizin suverenliyinin pozulması və İsrailin müharibə elan etməsi kimi qəbul ediləcək. Biz də tərəddüd etmədən cavab tədbirləri görəcəyik.” - deyə qeyd edilib.
ABŞ dövlət katibi Marko Rubio İsrailə səfər edib. AzerVoice xəbər verir ki, səfər çərçivəsində o, ölkəsinin Təl-Əvivə dəstəyini bir daha təsdiqləyib. Bu bəyanat, İsrailin Qətərdə HƏMAS liderlərinə qarşı həyata keçirdiyi zərbələrin ABŞ prezidenti Donald Tramp da daxil olmaqla beynəlxalq və regional dairələrdə sərt tənqidlər doğurmasına baxmayaraq, səslənib. Rubio Təl-Əvivə yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında bildirib ki, Trampın İsraili açıq şəkildə tənqid etməsi ABŞ-ın İsrailə dəstəyini dəyişməyəcək.
Türkiyə 2025-cü ilin avqust ayında Misirə avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 32,9 faiz artaraq, 18 milyon 19 min 79 dollara çatdırıb. 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Misirə avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq, 173 milyon 267 min 47 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,9 artaraq, 26 milyard 546 milyon 824 min dollara bərabər olub.
BMT Təhlükəsizlik Şurasının İsrailin Qətərə hücumunu pisləyən bəyanatı uzun illərdən sonra ilk dəfə ABŞ-ın da beynəlxalq konsensusa qoşulması ilə mümkün olub. Bu dəfə Vaşinqton da İsrailin HƏMAS-a qarşı müharibəni aşaraq bütün beynəlxalq qanun və normaları pozan addımlarına qarşı çıxış edib. Şuranın qəbul etdiyi bəyanatda İsrailin adı açıq şəkildə qeyd olunmasa da, “əsas vasitəçi ölkənin ərazisi olan Dohaya edilən son hava hücumları pislənir” ifadəsi diqqət çəkib. Bu, nəinki Donald Tramp dövründə, hətta onun sələfi Co Baydenin hakimiyyəti illərində də ilk dəfə BMT TŞ-nin İsraili hədəf alan pisləmə bəyanatı idi.
Qətər Baş naziri və Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında çıxış edərək İsraili Qəzza zolağındakı girovlara laqeyd yanaşmaqda günahlandırıb. O bildirib ki, İsrailin bu həftə Doha şəhərinə endirdiyi hava hücumu yalnız ölkəsinin suverenliyini pozmayıb, həm də regional sülhə ciddi təhdid yaradıb.
İran xarici işlər naziri Abbas Əraqçi, ölkənin zənginləşdirilmiş uran ehtiyatlarının İsrail və ABŞ tərəfindən iyun ayında həyata keçirilən hücumlarda zərbə alan nüvə obyektlərinin dağıntıları altında qaldığını açıqlayıb. Nazirin sözlərinə görə, qiymətləndirmə başa çatdıqdan sonra hesabat İranın Ali Milli Təhlükəsizlik Şurasına təqdim ediləcək və ölkənin təhlükəsizlik maraqları nəzərə alınaraq növbəti addımlar barədə qərar veriləcək.
Manchester City klubu, misirli hücumçu Omar Marmuşun zədələndiyini açıqlayıb. 26 yaşlı futbolçu dünən Misirin Burkina Faso ilə keçirdiyi 2026 FIFA Dünya Çempionatı Afrika seçmə mərhələsi oyununda zədələnib. Marmuşun bu həftə sonu keçiriləcək Mançester derbisində – Mançester Yunaytedə qarşı matçda meydana çıxa bilməyəcəyi təsdiqlənib.
Son üç ay ərzində Misir intensiv diplomatik fəaliyyət göstərərək İranın xarici işlər naziri Seyid Abbas Əraqçi və Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossini Qahirədə qəbul edib. Görüşlərin əsas məqsədi İranla Agentlik arasında əməkdaşlığı tənzimləyəcək yeni mexanizmin yekun mətnini hazırlamaq olub. Bu dövrdə Misir xarici işlər naziri Bədr Əbdülati, Əraqçi və Qrossi arasında 12-yə yaxın diplomatik təmas qurulub. Onlardan üçü üzbəüz görüş, qalanları isə telefon danışıqları şəklində baş tutub. Bundan başqa, ABŞ-ın xüsusi nümayəndəsi Stiven Vitkoff da prosesə fəal şəkildə cəlb olunub. Misir XİN sözçüsü Təmmim Xilaf bildirib ki, bu fəaliyyət İranın nüvə proqramı ilə bağlı “qaneedici razılaşmaya doğru irəliləyiş” deməkdir. Onun sözlərinə görə, Qahirə iyunun ortalarından etibarən İranla MAQATE arasında əməkdaşlığı bərpa etmək, gərginliyi azaltmaq və regional sabitliyi gücləndirmək üçün vasitəçilik missiyasını həyata keçirir.
İranın xarici işlər naziri Abbas Əraqçi Qahirədə misirli həmkarı Bədr Əbdülatti ilə görüşüb. Əraqçi, yüksək səviyyəli misirli rəsmilərlə danışıqlar aparmaq məqsədilə diplomatik nümayəndə heyətinə rəhbərlik edir. Səfər çərçivəsində onun Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə də ayrıca görüşü nəzərdə tutulur.
Türkiyə 2025-cü ilin avqust ayında Misir kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 48,8 faiz azalaraq, 41 milyon 776 min 94 dollara çatdırıb. 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Misir kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 28 faiz azalaraq, 409 milyon 247 min 13 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 artaraq, 21 milyard 831 milyon 564 min dollara bərabər olub.
Misirin Xarici İşlər Naziri Bədr Abdulati, Qəzza zolağındakı aclığın İsraildən qaynaqlandığını bildirərək, Tel-Əvivə ABŞ-ın Orta Şərq üzrə nümayəndəsi Stiven Uitkoffun atəşkəs təklifini – hansı ki Həmas da qəbul edib – qəbul etməsi çağırışını edib. Nazir Abdulati, Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İnkişaf Agentliyinin (UNRWA) Baş Komissarı Filip Lazzarini ilə Misirin paytaxtı Qahirədə mətbuat konfransı keçirib.