Misir, Fələstin xalqının yerindən edilməsinə dair hər hansı ssenarini etnik təmizləmə cinayəti hesab edərək rədd edir. Misirin Xarici İşlər Naziri Bəkr Əbdülati bildirib ki, ölkəsi Fələstin xalqının zorla köçürülməsinə yönəlik hər hansı ssenarini, bunun etnik təmizləmə cinayəti təşkil etməsi səbəbilə rədd edir. Əbdülati, ABŞ-ın Nyu-York şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) 80-ci Baş Assambleyasında çıxış edərək, ölkəsinin ABŞ Prezidenti Donald Trampın "sabitliyin təmin olunması, Qəzzadakı müharibənin bitməsi və əsirlərin azad olunması" istiqamətindəki vizyonunu inkişaf etdirməyə hazır olduğunu bəyan edib.
#Misir
Ərdoğan, Türk və Misir Hərbi Dəniz Qüvvələrinin 13 ildən sonra birgə keçirdiyi “Dostluq Dənizi Təlimi”nin əhəmiyyətini vurğulayaraq, bu addımın Türkiyənin regional sülh və təhlükəsizlikdə oynadığı rolun bariz nümunəsi olduğunu qeyd edib.
Türkiyə 2025-cü ilin avqust ayında Misirə tekstil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14,1 faiz artaraq, 40 milyon 755 min 35 dollara çatdırıb. 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Misirə tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 35,8 faiz artaraq, 364 milyon 119 min 50 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 artaraq, 6 milyard 263 milyon 6 min dollara bərabər olub.
Türkiyə 2025-cü ilin avqust ayında Misirə xalça ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,9 faiz azalaraq, 46 min 77 dollara çatdırıb. 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Misirə xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz azalaraq, 1 milyon 183 min 90 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 azalaraq, 1 milyard 753 milyon 187 min dollara bərabər olub.
ABŞ Prezidenti Donald Tramp, BMT Baş Assambleyasının kənar çərçivəsində Türkiyə, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Misir, İordaniya, İndoneziya və Pakistan liderləri ilə toplantı keçirəcək. Tramp bu görüşdə Qəzzədə atəşkəsin əldə olunması, müharibədən sonrakı idarəetmə və İsrailin bölgədən çəkilməsi ilə bağlı təkliflər təqdim etməyi planlaşdırır. Bu barədə məlumat verən Ağ Evin Mətbuat Katibi Karoline Leavitt, jurnalistlərə açıqlamasında Trampın bu gün adıçəkilən ölkələrin liderləri ilə mühüm görüş keçirəcəyini bildirib.
2025-ci ilin yanvar- avqust aylarında Misirdən Türk limanlarına 6 milyon 756 min 93 ton yük daşınıb. Nazirlikdən verilən məlumata görə, bu müddət ərzində Türkiyə bayrağı altında üzən gəmilər Misirdən Türkiyə limanlarına 407 min 41 ton yük daşıyıb. “Bu ilin yanvar- avqust aylarında Misirdən Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 6 milyon 299 min 770 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər.
Türkiyə 2025-cü ilin avqust ayında Türkmənistana sement ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,8 dəfə artaraq, 2 milyon 732 min 16 dollara çatdırıb. 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Türkmənistana sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 95,1 faiz artaraq, 17 milyon 517 min 74 dollara bərabər olub.
Türkiyənin Xarici İşlər naziri Hakan Fidan, regional inkişaflara dair qiymətləndirmələrində İsrailin Qətərə hücumunu sərt tənqid edərək bunun bölgədə yeni bir mərhələ açdığını vurğulayıb. Nazir bildirib ki, İsrail artıq risklərini hesablamış və Fələstin məsələsinin də o üzünə keçərək regional genişlənmə siyasəti yürütməyə başlayıb.
Türkiyə 2025-cü ilin avqust ayında Misirə dəri ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 78,3 faiz artaraq, 1 milyon 67 min 1 dollara çatdırıb. 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Misirə dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 78 faiz artaraq, 8 milyon 4 min 84 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 azalaraq, 986 milyon 646 min dollara bərabər olub.
Türkiyə 2025-cü ilin avqust ayında Misirə sement ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 20,3 faiz azalaraq, 3 milyon 846 min 87 dollara çatdırıb. 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Misirə sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 21,1 faiz azalaraq, 26 milyon 974 min 60 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3 artaraq, 2 milyard 917 milyon 28 min dollara bərabər olub.
Misir ərəb dövlətlərinin dəstəyini alaraq xarici təcavüzdən müdafiə məqsədilə NATO-ya bənzər hərbi ittifaq yaratmağı planlaşdırır. Məlumata görə, Qahirə ittifaqda lider mövqeyini tutmaq üçün təqribən 20 min hərbçisini birgə orduya daxil etməyi təklif edib. İkinci ən böyük kontingentin Səudiyyə Ərəbistanına, üçüncü yerin isə Körfəz ölkələrindən birinə ayrılması nəzərdə tutulur.
İsrail, Qəzzaya humanitar yardımın çatdırılması məqsədilə Kərəm Əbu Salim sərhəd-keçid məntəqəsini yenidən açıb. Yardımlar Misir tərəfdən Rəfah keçid məntəqəsi vasitəsilə gətirilərək, İsrailin nəzarətində olan Kərəm Əbu Salimdən daxil edilir. Bu proses ABŞ-ın vasitəçiliyi ilə Misir və İsrail arasında əldə olunmuş yeni razılaşmaya əsasən həyata keçirilir. Razılaşmaya görə, yardım karvanları əvvəlcə Misir tərəfdən Rəfah məntəqəsinə, oradan isə İsrailin Kərəm Əbu Salim keçid məntəqəsinə yönləndirilir. Burada İsrail rəsmiləri tərəfindən ciddi yoxlamadan keçirilən yardım yük maşınları daha sonra Qəzzaya – Zikim və Kərəm Əbu Salim keçid məntəqələri vasitəsilə buraxılır.