Türkiyə 2025-cü ilin avqust ayında Misirə mebel ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 60 faiz artaraq, 16 milyon 692 min 47 dollara çatdırıb. 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Misirə mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,9 faiz artaraq, 94 milyon 84 min 40 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 artaraq, 6 milyard 263 milyon 387 min dollara bərabər olub. “Bu ilin avqust ayında Türkiyə 751 milyon 386 min dollar məbləğində tekstil ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 5,8 faiz azdır” – deyə nazirlikdən bildirilib.
#Misir
Misir fələstinliləri öz ərazisində qəbul etmək niyyətində olmadığını bəyan edib. Bu barədə Misirin xarici işlər naziri Bədr Əbdülati açıqlama verib. “Fələstinlilərin köçürülməsi variant deyil. Bu, Misir üçün qırmızı xətdir və biz buna imkan verməyəcəyik” – deyə, nazir bildirib. Onun sözlərinə görə, “köçürülmə Fələstin məsələsinin ləğvi və sonu deməkdir. İnsanların öz vətənlərindən çıxarılmasına heç bir hüquqi, mənəvi və ya etik əsas yoxdur.”
Misir ordusu Sinay yarımadasında hərbi varlığını gücləndirib. Rəsmi məlumatlara görə, bölgəyə 40 minə yaxın əsgər yerləşdirilib. Bu rəqəm, 1979-cu ildə İsraillə imzalanmış sülh müqaviləsində nəzərdə tutulan limiti təxminən iki dəfə üstələyir. Qərarın səbəbi Misirin narahatlığı ilə bağlıdır. Rəsmi Qahirə ehtiyat edir ki, İsrailin Qəzzanı tam işğal planı fələstinlilərin kütləvi şəkildə Şimal Sinaya köçməsinə gətirib çıxara bilər. Yüksək vəzifəli hərbi mənbənin sözlərinə görə, Misir ordusu “son illərin ən yüksək döyüş hazırlığı vəziyyətinə” gətirilib. Bu qərar prezident Əbdülfəttah əs-Sisinin göstərişi ilə, Silahlı Qüvvələrin Ali Şurası və Milli Təhlükəsizlik Şurasının iclasından sonra qəbul olunub.
Misir Prezidenti Əbdül Fəttah əl-Sisi azərbaycanlı tədqiqatçı-alim Seymur Nəsirovu birinci dərəcəli “Elm və Fənlər” ordeni ilə təltif edib. Misir Prezidentinin şəxsən özü tərəfindən təqdim olunan bu orden elmin inkişafı və yayılması sahəsində müstəsna xidmətləri olmuş görkəmli alim və maarifpərvər şəxslərə verilir. S.Nəsirov Misirdə Azərbaycan diasporunun sədri, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, Qahirə Universitetində Azərbaycan dili müəllimi, Dünya Azərbaycanlı Alimlər Birliyinin həmtəsisçisi və həmsədridir. Misirdə 23 il ərzində onun rəhbərlik etdiyi müəssisələrdə dünyanın əksər ölkələrindən olan minlərlə tələbə təhsil alıb ölkələrinə qayıdıb. Hal-hazırda dünyanın 65 ölkəsindən Misirdə təhsil alan 1700-dən çox tələbə bu müəssisələrdə təhsillərini davam etdirirlər.
İsrailin Baş naziri Benyamin Netanyahu Misirlə qaz sazişinin onun razılığı olmadan davam etdirilməsinə qarşı çıxıb. Qəzetin yazdığına görə, hökumət yaxın günlərdə müqavilənin davam etdirilmə imkanlarını və şərtlərini ayrıca müzakirə edəcək. Netanyahu isə qazın Misirə ixracına dair mövcud sazişin yenidən araşdırılması barədə qərar qəbul edib.
İsrail mediasının yaydığı məlumatlara görə, Netanyahu Qəzzaya quru hücumlarına başlamazdan əvvəl HƏMAS ilə məhbus mübadiləsi razılaşmasına razılıq verməsi üçün təzyiq altında olduğunu bildirib. Yüksək səviyyəli rəsmilər Netanyahuya xəbərdarlıq edərək, əgər ordu Qəzzaya quru qoşunları ilə daxil olarsa, danışıqlar üçün heç bir imkanın qalmayacağını vurğulayıblar. Mənbələrə görə, Netanyahu əvvəllər təsdiq etdiyi planı indi rədd edir və bu, hətta onun yaxın ətrafında belə “təəccüblü inkişaf” kimi qiymətləndirilir. HƏMAS isə Misir və Qətərin atəşkəs və əsir mübadiləsi təklifini qəbul etsə də, İsrail hələ buna cavab verməyib. HƏMAS müharibənin dayandırılması, İsrail ordusunun Qəzzadan çıxarılması və fələstinli məhbusların azad edilməsi müqabilində israilli məhbusları sərbəst buraxmağa hazır olduğunu dəfələrlə bəyan edib.
Çinin Tiencin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) illik sammiti işə başlayıb. Genişmiqyaslı illik sammitdə 21 ölkədən liderlər və 10-dan çox beynəlxalq təşkilat iştirak edir. Tədbir çərçivəsində üzv dövlətlərin əsas sənədlərinin, o cümlədən təşkilatın yaxın 10 il üçün inkişaf strategiyasının qəbul edilməsi gözlənilir. AzerVoice xəbər verir ki, təşkilat 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. ŞƏT-in tamhüquqlu iştirakçıları 10 ölkə: Rusiya, Belarus, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan və Özbəkistandır. Hazırda Əfqanıstan və Monqolustan təşkilatda müşahidəçi statusuna, Azərbaycan, Bəhreyn, Misir, Kamboca, Ermənistan, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Türkiyə və Şri-Lanka isə təşkilatın dialoq tərəfdaşı statusuna malikdirlər.
Böyük Britaniyanın Qahirədəki səfirliyinin əsas binası müvəqqəti bağlanıb. Bu barədə səfirliyin yaydığı açıqlamada deyilir. Bildirilib ki, qərarın səbəbi Misir hakimiyyətinin diplomatik nümayəndəliyin mühafizəçilərini geri çağırması olub.
Türkiyə 2025-cü ilin iyul ayında Misirə elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12 faiz azalaraq, 17 milyon 285 min 18 dollara çatdırıb. 2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən Misirə elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz azalaraq, 127 milyon 951 min 54 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq, 9 milyard 890 milyon 918 min dollara bərabər olub.
Türkiyə 2025-cü ilin iyul ayında Misirə avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz azalaraq, 27 milyon 308 min 50 dollara çatdırıb. 2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən Misirə avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,8 faiz artaraq, 155 milyon 272 min 15 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz artaraq, 23 milyard 822 milyon 213 min dollara bərabər olub.
Türkiyə 2025-cü ilin iyul ayında Misirə sement ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 25,8 faiz azalaraq, 4 milyon 412 min 66 dollara çatdırıb. 2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən Misirə sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 21 faiz azalaraq, 23 milyon 180 min 78 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz artaraq, 2 milyard 609 milyon 212 min dollara bərabər olub.
Türkiyə 2025-cü ilin iyul ayında Misirə hazır geyim ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 40,6 faiz artaraq, 5 milyon 708 min 35 dollara çatdırıb. 2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən Misirə hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 31,8 faiz artaraq, 47 milyon 257 min 44 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz azalaraq, 9 milyard 704 milyon 946 min dollara bərabər olub.