Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    XI Milli Marketinq Forumu uğurla başa çatıb

    8 İyun 2026 14:28
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    XI Milli Marketinq Forumu uğurla başa çatıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA Orxan Qədirzadə

    "Facemark" şirkətinin təşkilatçılığı ilə keçirilən XI Milli Marketinq Forumu uğurla yekunlaşıb. "AI işığında" konsepti ilə təşkil olunan tədbir marketinq, kommunikasiya, biznes və kontent sahələrini təmsil edən 500-dən çox iştirakçını bir araya gətirib.

    Forum çərçivəsində iştirakçılar sektorun aktual çağırışlarını, süni intellektin yaratdığı yeni imkanları, marketinq kommunikasiyalarında baş verən dəyişiklikləri və kreativ sənayenin gələcəyini müzakirə ediblər.

    Tədbirin açılışında çıxış edən "Facemark" şirkətinin təsisçisi Rafiq Hunaltay forumun məqsədləri, kontent ekosistemində müşahidə olunan transformasiya prosesləri və gələcəyin inkişaf istiqamətləri barədə fikirlərini bölüşüb.

    Daha sonra çıxış edən ASAN İnnovativ İnkişaf Mərkəzinin rəhbəri Aysel Cəbrayılova innovasiya və süni intellekt texnologiyalarının biznes mühitində yaratdığı yeni imkanlardan danışıb.

    Gün ərzində davam edən panel müzakirələri, təqdimatlar və interaktiv sessiyalar iştirakçılar üçün həm öyrədici, həm də peşəkar şəbəkələşmə baxımından faydalı platforma rolunu oynayıb. Forum marketinq, kommunikasiya və kreativ sənayenin aparıcı nümayəndələrini eyni məkanda bir araya gətirib.

    Tədbirin baş sponsoru ABB, qızıl sponsoru "Times Consulting", sponsoru isə "İnsure.az" platforması olub. Forum "Markup Agency"nin dəstəyi ilə həyata keçirilib.

    Süni intellekt və brendlərin gələcəyi müzakirə olunub

    Forumun ilk paneli "AI işığında brendlər" mövzusuna həsr edilib. Müzakirələr zamanı süni intellekt texnologiyalarının brend strategiyalarına, marketinq fəaliyyətlərinə və istehlakçı davranışlarına təsiri ətrafında fikir mübadiləsi aparılıb.

    Panelin moderatoru Bakcell-in Kommunikasiya direktoru Aysel Süleymanova olub.

    Müzakirələrdə P&G şirkətinin Marketinq və Kommersiya direktoru Əliyar Hüseynov, CFI Financial Group-un Azərbaycan üzrə Marketinq direktoru Orxan Məmmədov, Profex Group-un Marketinq direktoru Əli Daşdəmirov və ABB-nin Marketinq direktoru Vəfa Səfərli iştirak ediblər.

    İştirakçılar QR kod vasitəsilə spikerlərə suallar ünvanlayaraq panel müzakirələrində interaktiv şəkildə iştirak ediblər.

    Marketinq kommunikasiyalarında yeni tendensiyalar diqqət mərkəzində olub

    Forumun ikinci paneli marketinq kommunikasiyalarında dəyişən tendensiyalar, müasir kommunikasiya strategiyaları və istehlakçı ilə effektiv əlaqə modellərinə həsr olunub.

    Panelin moderatoru Bakı Metropoliteni QSC-nin Kommunikasiya departamentinin rəisi Şaban İmkani olub.

    Müzakirələrdə Baku Electronics-in Marketinq departamentinin direktoru Aslan Həsənli, Veysəloğlu Şirkətlər Qrupunun Korporativ Kommunikasiyalar üzrə Qrup direktoru Sənubər Nəzərova, Referans Medical Group-un Marketinq və Kommunikasiya departamentinin rəhbəri Natəvan Bayramova, Birbank-ın eksper funksional lideri Nigar Məmmədova, Gardashlar Mebel-in Marketinq və Kommunikasiya departamentinin direktoru Arzu Salman və Başkent Restoranlar Şəbəkəsinin Marketinq rəhbəri Ramin Fərəcullayev çıxış ediblər.

    Panel çərçivəsində brendlərin kommunikasiya siyasətində müşahidə olunan yeniliklər, istehlakçı davranışlarındakı dəyişikliklər və bu dəyişikliklərin biznes nəticələrinə təsiri müzakirə olunub.

    Bolt nümayəndəsi innovativ biznes modellərindən danışıb

    Forum çərçivəsində xüsusi məruzəçi qismində çıxış edən Bolt-un Biznes Vertikalı üzrə rəhbəri Salman Babazadə biznes ekosistemlərində innovativ yanaşmalar, texnologiyanın inkişafı və yeni nəsil istehlakçı davranışları barədə fikirlərini iştirakçılarla bölüşüb.

    Kreativ sənayenin transformasiyası müzakirə edilib

    Forumun yekun paneli "Kreativ sənayenin təkamülü" mövzusuna həsr olunub.

    Panelin moderatoru Endorphin şirkətinin partnyoru və icraçı direktoru, həmçinin Cannes Lions Festivalının Azərbaycan üzrə rəsmi nümayəndəsi Fərhad Şabanov olub.

    Müzakirələrdə rejissor və kreativ prodüser Zaur Məmmədvəliyev, kinorejissor, fotoqraf, retuşçu və süni intellekt üzrə mütəxəssis Sarvan Hüseyn, prodüser və ssenarist Fariz Əliyev, mikpro Musiqi Yayım Şirkətinin həmtəsisçisi, reper və musiqi prodüseri Pərviz İsaqov (Promete) iştirak ediblər.

    Panel zamanı süni intellektin yaradıcılıq proseslərinə təsiri, kreativ sənayenin transformasiyası və gələcəyin yaradıcı iqtisadiyyatının inkişaf perspektivləri ətrafında geniş müzakirələr aparılıb.

    XI Milli Marketinq Forumu müxtəlif sahələrdən olan peşəkarları bir araya gətirərək bilik və təcrübə mübadiləsi, yeni əməkdaşlıq imkanlarının yaradılması və gələcək inkişaf istiqamətlərinin müzakirəsi üçün mühüm platforma kimi çıxış edib.

    Forum çərçivəsində keçirilən çıxışlar, panel müzakirələri və interaktiv sessiyalar iştirakçılara yeni baxış bucaqları qazandırmaqla yanaşı, marketinq, kommunikasiya və kreativ sənayenin gələcəyinə dair dəyərli fikir mübadiləsinə şərait yaradıb.

    Məlumat üçün bildirək ki, Türkdilli dövlətlərin ilk ortaq media platforması olan “Türk Dünyası” (TurkicWorld) və VOA XI Milli Marketinq Forumunun rəsmi media tərəfdaşıdır

    XI Milli Marketinq Forumu uğurla başa çatıb
    XI Milli Marketinq Forumu uğurla başa çatıb
    XI Milli Marketinq Forumu uğurla başa çatıb
    XI Milli Marketinq Forumu uğurla başa çatıb
    XI Milli Marketinq Forumu uğurla başa çatıb
    XI Milli Marketinq Forumu uğurla başa çatıb
    XI Milli Marketinq Forumu uğurla başa çatıb
    XI Milli Marketinq Forumu uğurla başa çatıb
    XI Milli Marketinq Forumu uğurla başa çatıb
    XI Milli Marketinq Forumu uğurla başa çatıb
    XI Milli Marketinq Forumu uğurla başa çatıb
    XI Milli Marketinq Forumu uğurla başa çatıb
    XI Milli Marketinq Forumu uğurla başa çatıb
    XI Milli Marketinq Forumu uğurla başa çatıb
    #Facemark #XI Milli Marketinq Forumu #Rəqəmsal kommunikasiya #Milli Marketinq Forumu #süni intellekt və marketinq #AI işığında brendlər #marketinq kommunikasiyaları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Bakıda Bloger və İnfluenserlər Forumu öncəsi spikerlərlə görüş keçirilib

    22 May 2026 12:39

    XI Milli Marketinq Forumunun spikerləri bəlli oldu

    19 May 2026 10:58

    Milli İnsan Resursları Forumu 2026 uğurla tamamlandı

    18 May 2026 10:31

    BƏƏ dünyanın ən varlı şəxslərinin yeni mərkəzinə çevrilir? - Beş xarici milyarderin seçimi nədən xəbər verir?

    18 May 2026 06:00

    Bu gün Facebook birjada 16 milyard dollar topladı - Bu ABŞ tarixinin ən böyük texnologiya birja çıxışlarından biri idi

    18 May 2026 03:00

    IX Milli İnsan Resursları Forumuna son 3 gün

    13 May 2026 16:39

    İnteryer İnşaat Memarlıq Mebel Forumu 2026 uğurla yekunlaşdı!

    9 May 2026 20:14

    İnteryer İnşaat Memarlıq Mebel Forumuna 3 gün qaldı

    5 May 2026 16:12

    Ölkəmizdə ilk dəfə Bloger və İnfluenserlər Forumu keçiriləcək!

    30 Aprel 2026 16:53

    Bakıda XI Milli Marketinq Forumu keçiriləcək

    24 Aprel 2026 12:27

    İnteryer, İnşaat, Memarlıq və Mebel Forumunun spikerləri bəlli oldu!

    15 Aprel 2026 17:45

    Sabah Bakıda IV Vergi və Mühasibatlıq Zirvəsi keçiriləcək

    3 Aprel 2026 16:10
    XƏBƏR LENTİ

    2026 FIFA Dünya Çempionatı dünya iqtisadiyyatına nə qədər qazandıracaq?

    Venesuelanın vitse-prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə gəlir

    Türkiyə nazirinin Qüds valisi olmaq arzusu İsraildə gərginlik yaradıb

    XI Milli Marketinq Forumu uğurla başa çatıb

    Ombudsmandan onlayn oyunlarla bağlı xəbərdarlıq

    Hafiz Əsəd Livanı Tehrana necə hədiyyə etdi – faktlar və tarixi sənədlər

    İran-İsrail qarşıdurmasında yeni mərhələ: Yaxın Şərq yenidən genişmiqyaslı müharibə təhlükəsi ilə üz-üzə

    Xiaomi 17T smartfonunun icmalı: Mükəmməl kameralara sahib praktik cihaz

    Onlayn mediasiya qanunvericilikdə necə tanınır?

    Süni intellektin ən yaxşı 10 test və qiymətləndirmə aləti

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.