Böyük Britaniyanın müdafiə naziri Con Hili Ukrayna müharibəsi ilə bağlı Rusiya prezidenti Vladimir Putinə mesaj ünvanlayıb. Onun sözlərinə görə, London müharibə davam etdiyi müddətdə Kiyevə dəstəyini gücləndirərək davam etdirəcək.
#Böyük Britaniya
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ dəstəyi ilə Avropa ölkələrinin İrana qarşı BMT Təhlükəsizlik Şurası (TŞ) qətnamələrini bərpa etmək təşəbbüsünü yenidən sərt tənqid edib. Bəqai bildirib ki, üç Avropa ölkəsinin JCPOA (2015-ci il nüvə sazişi) üzrə mübahisə mexanizmindən sui-istifadəsi heç bir hüquqi nəticə doğurmur və 2231 saylı qətnamə mətninə əsasən müəyyən olunmuş tarixdə – 18 oktyabr 2025-ci ildə – qüvvədən düşməlidir.
Böyük Britaniyanın daxili işlər naziri bu gün (bazar ertəsi) ölkədə məskunlaşmaq istəyən miqrantlarla bağlı yeni qaydaları açıqlayacaq. Yeni tələblərə əsasən, miqrantların iş tapması, dövlət yardımına müraciət etməməsi və ictimai işlərdə iştirak etməsi tələb olunacaq. Hazırda ailəsi Böyük Britaniyada yaşayan və burada beş il qalmış şəxslər, həmçinin hər hansı viza ilə qanuni şəkildə on il yaşayanlar daimi yaşamaq icazəsi ala bilirlər. Bu status onlara yaşamaq, işləmək, təhsil almaq, dövlət yardımlarından faydalanmaq və Britaniya vətəndaşlığını əldə etmək hüququ verir.
Dünya siyasəti absurd teatrı xatırladır - burada faciə ilə komediya bir səhnədə oynanır, baş rejissor Tarixisə amansız hökmünü verir. Bu gün öndəki əsas müttəhim Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasıdır. Onun "məhkəmə"si rutin hüquqi prosedur deyil, Qarabağın döyüş meydanlarında, Qəzzanın xarabalıqlarında və aclıqdan əzab çəkən afrikalıların məhzur baxışlarındakı dramdır. Bu məhkəmədə ittiham tərəfinin əsas şahidi isə Azərbaycan oldu - ağrı və qürurla nəfəs alan tarixi ilə BMT-nin öz solmaqda olan simasını gördüyü canlı aynası.
Böyük Britaniya və Portuqaliyanın bu gün Fələstin dövlətini tanıyacaqları gözlənilir. AzerVoice-in məlumatına görə, Baş nazir Kir Starmer gün ərzində rəsmi açıqlama verəcək. Portuqaliyanın Xarici İşlər Nazirliyi isə cümə günü bildirib ki, ölkə bazar günü Fələstini rəsmən tanıyacaq.
İngiltərənin Mançester Yunayted klubu tarixi stadionu Old Trafford üçün 2 milyard funt-sterlinq (təxminən 2,7 milyard dollar) dəyərində yenidənqurma layihəsini təqdim edib. Layihəni hazırlayan dünyaca məşhur memar, 90 yaşlı Lord Norman Foster bu işin onun üçün “həyatının layihəsi” olduğunu deyib. Mançester şəhərində böyüyən Foster, “Qırmızı Şeytanlar”ın azarkeşlərinin inanılmaz dəstəyini vurğulayıb.
Böyük Britaniyanın Xarici Kəşfiyyat Xidmətinin (MI6) rəhbəri Riçard Mur bu gün, cümə günü bəyan edib ki, Rusiya Prezidenti Vladimir Putinin Ukraynada sülh danışıqlarına maraq göstərdiyinə dair “heç bir dəlil” yoxdur. Mur bu fikirləri İstanbulda çıxış edərkən səsləndirib. Onun çıxışı zamanı Britaniya kəşfiyyatının “qara internetdən” (dark web) istifadə etməklə Rusiya və digər ölkələrdə yeni agentlər cəlb etmək və gizli məlumatlar toplamaq planlarını açıqlayıb.
Bu gün Bakının sayca doqquzuncu dəfə ev sahibliyi edəcəyi Formula 1 Azərbaycan Qran-prisinə start veriləcək.Bu gün Bakının sayca doqquzuncu dəfə ev sahibliyi edəcəyi Formula 1 Azərbaycan Qran-prisinə start veriləcək.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Qəzzadakı hadisələrlə bağlı sərt bəyanatla çıxış edib. O, qeyd edib ki, 72 səhifəlik hüquqi təhlilə əsaslanan hesabat İsrail hakimiyyət orqanlarının və təhlükəsizlik qüvvələrinin Qəzza əhalisini qismən və ya tamamilə məhv etməyə yönəlmiş niyyətini təsdiqləyib.
Hüquq hər bir cəmiyyətin dayağı, ədalətin və insan haqlarının qorunmasının əsas vasitəsidir. Bu rubrikada oxucular aktual qanun dəyişiklikləri, hüquqi yeniliklər və məhkəmə təcrübəsi barədə operativ məlumat əldə edəcəklər. Həmçinin, gündəlik həyatda qarşılaşa biləcəyiniz hüquqi məsələlərə dair praktiki məsləhətlər təqdim olunacaq. Rubrikanın məqsədi hüququ sadə və anlaşılan dildə izah edərək, hər kəsin öz haqqını daha yaxşı tanımasına şərait yaratmaqdır. Hüquq biliklərinin artırılması həm vətəndaşların hüquqlarını müdafiə etməsinə, həm də cəmiyyətdə hüquqi mədəniyyətin güclənməsinə xidmət edəcək.
Böyük Britaniyanın paytaxtı Londonda 20–21 noyabr 2025-ci il tarixlərində ilk dəfə London Halal Forum baş tutacaq. Tədbir Excel London sərgi mərkəzində “Bəşəriyyət üçün halal Tayyib” mövzusu ilə təşkil olunacaq. London Halal Forum 2025 noyabrda keçiriləcək
BMT Təhlükəsizlik Şurasının İsrailin Qətərə hücumunu pisləyən bəyanatı uzun illərdən sonra ilk dəfə ABŞ-ın da beynəlxalq konsensusa qoşulması ilə mümkün olub. Bu dəfə Vaşinqton da İsrailin HƏMAS-a qarşı müharibəni aşaraq bütün beynəlxalq qanun və normaları pozan addımlarına qarşı çıxış edib. Şuranın qəbul etdiyi bəyanatda İsrailin adı açıq şəkildə qeyd olunmasa da, “əsas vasitəçi ölkənin ərazisi olan Dohaya edilən son hava hücumları pislənir” ifadəsi diqqət çəkib. Bu, nəinki Donald Tramp dövründə, hətta onun sələfi Co Baydenin hakimiyyəti illərində də ilk dəfə BMT TŞ-nin İsraili hədəf alan pisləmə bəyanatı idi.