#Böyük Britaniya

Çin ABŞ və Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Tayvan boğazında həyata keçirdiyi təxribat xarakterli hərəkətləri qeydə alıb. Bu barədə Çin Xalq Azadlıq Ordusunun (XAO) Şərq Döyüş Komandanlığının sözçüsü, polkovnik Şi İ məlumat verib. Onun sözlərinə görə, cümə günü Tayvan boğazından ABŞ-a məxsus “USS Higgins” esminesi və Böyük Britaniyanın “HMS Richmond” freqatı keçib. Şi İ bu fəaliyyəti “narahatlıq doğuran təxribatçı addım” kimi dəyərləndirib. Polkovnik əlavə edib ki, Şərq Döyüş Komandanlığı həmin gəmilərin hərəkətini izləmək üçün donanma və hava qüvvələrini cəlb edib və XAO “situasiyaya effektiv reaksiya verib”.

İranın xarici işlər naziri Seyyid Abbas Əraqçi, Avropa üçlüyü (E3) — Fransa, Almaniya və Böyük Britaniyanın ABŞ və İsrailin son hərbi təcavüzünü görməzdən gəlməsini “məsuliyyətsiz və əsassız yanaşma” adlandırıb. O, İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) çərçivəsində xalqının hüquqlarını və maraqlarını qorumaq öhdəliyini vurğulayıb və BMT-dən, eləcə də üzv dövlətlərdən İranın dinc nüvə obyektlərinə qarşı qanunsuz hücumları qəti şəkildə pisləmələrini tələb edib.

Yaponiya, Böyük Britaniya və İtaliya, Global Combat Air Programme (GCAP) çərçivəsində altıncı nəsil döyüş təyyarəsi üçün mühərrik inkişafında əməkdaşlığı daha da dərinləşdirib. Yaponiya şirkəti IHI, Böyük Britaniyanın Rolls-Royce və İtaliyanın Avio Aero şirkətlərindən ibarət konsorsium, Edge Wing adlı ortaq müəssisə vasitəsilə yeni anlaşma imzalayıb.

Böyük Britaniyada Fələstin tərəfdarı qruplardan olan “Əl-Əqsa Dostları” İsrail prezidenti İsxaq Hersoq barəsində həbs qərarı çıxarılması üçün məhkəməyə müraciət edib. Bu barədə təşkilatın sədri İsmayıl Patel açıqlama verib. O, Hersoqun Qəzzadakı mülki şəxslərə qarşı həyata keçirilən hücumları təşviq etməkdə ittiham olunduğunu və bu səbəbdən cinayət işi prosesi başladıldığını bildirib. Patel qeyd edib ki, Baş prokurorluğa Hersoq haqqında həbs qərarı çıxarılması üçün müraciət edilib. Onun sözlərinə görə, müraciət və ittihamlar Hersoqun 2023-cü ilin 12 və 15 oktyabr tarixlərində verdiyi iki açıqlamaya əsaslanır. Qəzzadakı mülki şəxslərə və obyektlərə qarşı edilən hücumlarla bağlı olan bu açıqlamaların bəzi hissələri İsrailin hərbi rəsmiləri tərəfindən dəfələrlə təkrar olunub.

İsrailin aparıcı silah istehsalçılarından biri olan Elbit Systems, Böyük Britaniyanın Bristol şəhərində yerləşən Aztec West biznes-parkındakı zavodunu bağlayıb. Müəssisənin bağlanması, aylarla davam edən və “Palestine Action” fəal qrupunun keçirdiyi etiraz aksiyalarının nəticəsi kimi qiymətləndirilir. Şirkət hazırda Britaniyada 16 fərqli məkanda fəaliyyət göstərir və 680 nəfəri işlə təmin edir. Elbit Systems, İsrail ordusunun əsas pilotsuz uçuş aparatları (PUA) təchizatçısı hesab olunur. Buna baxmayaraq, şirkət 4,7 milyon funt sterlinq zərər açıqlayıb. Maliyyə çətinliklərinə rəğmən, Elbit, Britaniya Müdafiə Nazirliyinin 2 milyard funt sterlinqlik müqaviləsi uğrunda konsorsiumda iştirak edib.

Böyük Britaniyada İsraillə işləyən şirkətlərə qarşı aksiyaları ilə tanınan və iyul ayında qadağan edilən “Palestine Action” qrupuna dəstək məqsədilə Londonda keçirilən etirazlarda kütləvi həbslər baş verib. “Defend Our Juries” təşkilatının çağırışı ilə yüzlərlə insan paytaxtın Parlament Meydanında toplaşaraq yerli vaxtla saat 13:00-da etiraza başlayıb. Aksiya iştirakçıları “Soyqırıma yox, Palestine Action-a dəstək verirəm” şüarları yazılmış pankartlar qaldırıblar. Polisin müdaxiləsi ilə etiraz aksiyası gərginləşib. London Polisi açıqlama verərək saxlanmaların əksəriyyətinin qadağan edilmiş qrupa dəstək göstərilməsi səbəbilə həyata keçirildiyini bildirib.

Böyük Britaniyanın sabiq daxili işlər naziri İvet Kuper ölkənin xarici işlər naziri vəzifəsinə təyin edilib. Bu barədə baş nazir Kir Starmerin ofisinin yaydığı açıqlamada bildirilib. “Hörmətli İvet Kuper xarici işlər, Birlik və inkişaf məsələləri üzrə nazir vəzifəsinə təyin olunub”, - açıqlamada qeyd olunub. 56 yaşlı Kuper bu postda Devid Lammiyə əvəz edib. Lammiyə baş nazirin müavini və ədliyyə naziri vəzifələri həvalə olunub. Xarici işlər naziri təyinatından sonra boş qalan daxili işlər naziri postuna isə bundan əvvəl Ədliyyə Nazirliyinə rəhbərlik etmiş Şabana Mahmud gətirilib.

Böyük Britaniyanın baş nazir müavini Ancela Reyner vergi qalmaqalı səbəbindən istefa verib. Məlumata görə, Reyner həmçinin mənzil-kommunal təsərrüfatı, icmalar və yerli özünüidarəetmə naziri postunu, eləcə də Leyboristlər Partiyasının sədr müavini vəzifəsini tərk edib. Baş nazir Kir Starmer onun istefasından məyus olduğunu bildirib və Reynerə gördüyü işlərə görə təşəkkür edib.

İranın xarici işlər naziri Abbas Əraqçi ilə Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas Dohada görüş keçirib. Danışıqlar zamanı əsas diqqət üç Avropa ölkəsinin (Böyük Britaniya, Fransa və Almaniya) əvvəlki BMT Təhlükəsizlik Şurası qətnamələrini yenidən tətbiq etmək qərarına yönəlib.

Böyük Britaniya hökuməti Ukraynaya göstərilən hərbi dəstəyin bir hissəsinin Rusiyanın dondurulmuş aktivləri hesabına maliyyələşdirildiyini açıqlayıb. Londondan verilən məlumata görə, bu yolla 1 milyard funt sterlinqdən çox hərbi yardım təmin edilib. Rəsmi açıqlamaya əsasən, ayrılan vəsait hesabına sur­sat, pilotsuz uçuş aparatları, radio-elektron mübarizə sistemləri, müxtəlif silahlar və texnika alınıb. Müdafiə naziri Con Hili bildirib ki, maliyyələşmə “Extraordinary Revenue Acceleration” proqramı vasitəsilə həyata keçirilir və bu proqram dondurulmuş aktivlərdən əldə edilən gəlirlərlə təmin olunur.

Böyük Britaniyanın baş naziri Kir Starmer bildirib ki, Qəzza zolağındakı vəziyyət dəhşətlidir və bölgədə yaranan aclıq insan tərəfindən yaradılmış süni aclıqdır. O qeyd edib ki, Qəzzadakı hadisələrlə bağlı dünya liderləri ilə danışıqlar aparır və atəşkəsin əldə olunması, bölgəyə humanitar yardımın çatdırılması və girovların azad olunması istiqamətində səylər göstərir. Baş nazir həmçinin iki dövlətli həll yoluna aparacaq sülh planı üzərində də işlədiklərini vurğulayıb.