Çinin xarici işlər naziri Van İ ilə Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid əz-Zayani arasında telefon danışığı zamanı bölgədə gəmiçiliyin təhlükəsizliyi müzakirə olunub. Bəhreyn tərəfi BMT Təhlükəsizlik Şurasında Hörmüz boğazında sərbəst gəmiçiliyin təmin edilməsi üçün fəal rol oynamağa hazır olduğunu bildirib və Çinlə koordinasiyanı gücləndirmək niyyətini ifadə edib.
#Bəhreyn
"Associated Press" (AP) agentliyinin ABŞ, İsrail və bir sıra Körfəz ölkələrinin rəsmilərinə istinadən yaydığı məlumata görə, Vaşinqtonun regiondakı müttəfiqləri İrana qarşı hava hücumlarının dayandırılmamasını tələb edirlər. İddia olunur ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Küveyt və Bəhreyn rəsmiləri özəl görüşlərdə İranın hərbi gücünün "kifayət qədər zəiflədilmədiyini" bildiriblər. Müttəfiq ölkələr İran rəhbərliyində köklü dəyişikliklər baş verənə və ya Tehranın regional siyasətində ciddi dönüş yaranana qədər hərbi əməliyyatların sonlandırılmamasını istəyirlər.
Bəhreyn ordusunun rəsmi sosial media hesabından verilən məlumata görə, ölkənin hava hücumundan müdafiə sistemləri son bir sutka ərzində İrandan gələn intensiv hücumların qarşısını alıb. Açıqlamada son 24 saat ərzində 20 raket və 23 pilotsuz uçuş aparatının (PUA) havada məhv edildiyi bildirilir.
Regionda bir tərəfdən İran, digər tərəfdən isə Amerika Birləşmiş Ştatları və İsrail arasında görünməmiş bir müharibə yaşanarkən, dörd Körfəz ölkəsi – Qətər, Küveyt, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) illərdir mülki və ticari örtük altında "yatan" və müharibə zamanı hərəkətə keçməyə başlayan İranın "İslam İnqilabı Keşikçiləri Korpusu" (SEPAH) və Livandakı "Hizbullah"a bağlı qrupların dağıdıldığını elan edirlər.
Beynəlxalq Avtomobil Federasiyası və “Formula-1” rəhbərliyi bölgədəki vəziyyətlə əlaqədar olaraq aprel ayında keçirilməsi planlaşdırılan Bəhreyn və Səudiyyə Ərəbistanı Qran-pri yarışlarının baş tutmayacağını açıqlayıb. Planlaşdırmaya əsasən, Bəhreyn Qran-prisi 10–12 aprel tarixlərində, Səudiyyə Ərəbistanı mərhələsi isə 17–19 aprel tarixlərində keçirilməli idi.
Bəhreyn ordusu fevralın 28-dən bəri davam edən regional gərginlik çərçivəsində İran tərəfindən ölkə ərazisinə yönələn hava hücumlarının statistikasını paylaşıb. Rəsmi "X" platformasında yayımlanan bəyanata əsasən, Krallığın hava hücumundan müdafiə sistemləri indiyədək İrandan atılan 115 raket və 191 pilotsuz uçuş aparatını (PUA) uğurla zərərsizləşdirib. Ordu rəhbərliyi qeyd edib ki, ballistik raketlər və dronlar vasitəsilə mülki əhalinin və şəxsi mülkiyyətin hədəf alınması beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulmasıdır.
Yaxın günlərdə Bəhreyn və Küveytdə yaşayan Qırğızıstan vətəndaşlarının ölkəyə gətirilməsi planlaşdırılır. Onun sözlərinə görə, təxliyə prosesi Qırğızıstan prezidentinin Yaxın Şərqdə yaşayan vətəndaşların ölkəyə qaytarılması ilə bağlı tapşırığı çərçivəsində həyata keçirilir.
Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn İran tərəfindən pilotsuz uçuş aparatları və ballistik raketlərlə həyata keçirildiyi bildirilən hücumların hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini açıqlayıb. Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi ölkənin müxtəlif bölgələrinə yönələn bir sıra hücumların qarşısının alındığını bildirib.
Bəhreyn Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərinin İran mənşəli hücumlara qarşı indiyədək 102 ballistik raketi və 171 pilotsuz uçuş aparatını (PUA) məhv etdiyini açıqlayıb. Məlumata görə, hücumların başladığı vaxtdan etibarən ölkənin hava hücumundan müdafiə sistemləri 102 ballistik raketi və 171 pilotsuz uçuş aparatını zərərsizləşdirib.
Səudiyyə Ərəbistanı və Küveyt bazar günü axşam saatlarında İran raketlərinin qarşısını aldıqlarını açıqlayıb. Bəhreyn də ABŞ və İsrailin İrana qarşı müharibəsinə cavab olaraq həyata keçirilən bu hücumlar fonunda həyəcan siqnallarını işə salıb. Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi bəyanatında paytaxt Ər-Riyaddan cənub-şərqdə, Əl-Xərc əyalətində yerləşən Şahzadə Sultan aviabazasına doğru atılan iki ballistik raketi zərərsizləşdirdiyini və məhv etdiyini bildirib. Daha sonra Nazirlik bazar ertəsi səhər saatlarında Rüb əl-Xali səhrasında Şeybə yatağına doğru hərəkət edən bir PUA-nın zərərsizləşdirilərək məhv edildiyini açıqlayıb.
Regionda artan hərbi gərginlik fonunda Bəhreyn, ABŞ və Böyük Britaniya təhlükəsizlik vəziyyətini müzakirə etmək üçün təcili məsləhətləşmələr keçirib. Bəhreyn Milli Kommunikasiya Mərkəzinin yaydığı məlumata görə, Manama “Təhlükəsizlik İnteqrasiyası və Rifah üzrə Kompleks Saziş”in ikinci maddəsini aktivləşdirərək fövqəladə məsləhətləşmələr prosesini başladıb. Məsləhətləşmələr saziş çərçivəsində fəaliyyət göstərən Müdafiə üzrə İşçi Qrupunun formatında keçirilib.
İran Bəhreyndə yerləşən ABŞ hərbi bazasına iki ballistik raket atıb. Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) açıqlamasında bildirilib. Məlumata əsasən, hücum nəticəsində təxminən 560 nəfər ölüb və yaralanıb. Həmçinin qeyd olunub ki, bölgədəki digər ABŞ bazaları əvvəllər dəfələrlə hücuma məruz qalıb.