Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Digər Xəbərlər
    Digər Xəbərlər

    Körfəz ölkələri ABŞ-ı İrana qarşı hərbi əməliyyatları davam etdirməyə çağırıb

    31 Mart 2026 12:46
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Körfəz ölkələri ABŞ-ı İrana qarşı hərbi əməliyyatları davam etdirməyə çağırıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA, Nailə Babazadə

    "Associated Press" (AP) agentliyinin ABŞ, İsrail və bir sıra Körfəz ölkələrinin rəsmilərinə istinadən yaydığı məlumata görə, Vaşinqtonun regiondakı müttəfiqləri İrana qarşı hava hücumlarının dayandırılmamasını tələb edirlər.

    VOA xəbər verir ki, iddia olunur ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Küveyt və Bəhreyn rəsmiləri özəl görüşlərdə İranın hərbi gücünün "kifayət qədər zəiflədilmədiyini" bildiriblər. Müttəfiq ölkələr İran rəhbərliyində köklü dəyişikliklər baş verənə və ya Tehranın regional siyasətində ciddi dönüş yaranana qədər hərbi əməliyyatların sonlandırılmamasını istəyirlər.

    Mənbələr qeyd edir ki, Səudiyyə Ərəbistanı və BƏƏ İrana qarşı hərbi təzyiqin artırılması çağırışlarına rəhbərlik edir. Xüsusilə BƏƏ-nin ABŞ-ın İrana quru qoşunları yeritməsi üçün Vaşinqtona "intensiv təzyiq" göstərdiyi, Küveyt və Bəhreynin də bu mövqeyi dəstəklədiyi irəli sürülür. Səudiyyə Ərəbistanı rəsmiləri isə Ağ Evə bildiriblər ki, hücumların indiki mərhələdə dayandırılması qonşu ölkələrin təhlükəsizliyini təmin edəcək "yaxşı razılaşma"nın əldə olunmasına imkan verməyəcək.

    Müzakirələrdən xəbərdar olan mənbənin sözlərinə görə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Ağ Ev rəsmiləri ilə görüşündə İranın hərbi gücünün və dini rəhbərliyinin zəiflədilməsinin həm Körfəz regionu, həm də daha geniş coğrafiya üçün uzunmüddətli maraqlara xidmət edəcəyini vurğulayıb. Ağ Ev isə hələlik bu iddialarla bağlı hər hansı rəsmi şərh verməkdən imtina edib.

    Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail tərəfindən başladılan əməliyyatlar nəticəsində İranın ali lideri Əli Xamenei də daxil olmaqla bir çox yüksək rütbəli rəsmi həlak olub. Buna cavab olaraq İran da İsrail və ABŞ-ın regiondakı bazalarına, o cümlədən BƏƏ, Qətər və Bəhreyn ərazilərinə raket zərbələri endirib. Hazırda müttəfiq dövlətlərin bu hücumlar qarşısında ABŞ-dan daha qətiyyətli addımlar gözlədiyi bildirilir.

    #Küveyt #BƏƏ #Səudiyyə Ərəbistanı #Bəhreyn #İsrail və İran gərginliyi #İsrail və İran münasibətləri #İsrailin İran hücumu #İsrailin İran hücum planı #ABŞ və İsrailin İran siyasəti #İran-İsrail qarşıdurması #İsrail və İran
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    31 Avqust 2026 22:12

    Hakan Fidan İstanbul görüşündən sonra açıqlama verib

    31 Avqust 2026 18:26

    BƏƏ İranın ölkəyə qarşı düşmən hücumunu qətiyyətlə pisləyir

    31 Avqust 2026 14:55

    Benzin bahalaşır, seçki yaxınlaşır - Xarici müharibələr ABŞ Konqresinin taleyini necə həll edir?

    31 Avqust 2026 13:52

    Səudiyyənin "Kayanee" brendi "Abaya City Coat" modelini satışa çıxarıb

    31 Avqust 2026 12:43

    Səudiyyə Ərəbistanı süni intellekt sahəsində liderliyə can atır

    31 Avqust 2026 12:27

    İran ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb

    31 Avqust 2026 10:30

    Səudiyyə Ərəbistanında 3D çap bazarı 5 dəfə böyüyür

    30 Avqust 2026 18:05

    Abbas Əraqçi müsəlman ölkələrini böyük dövlətlərin “həddindən artıq tələblərinə” qarşı birliyə çağırıb

    29 Avqust 2026 20:09

    Körfəz ölkələri yeni təhlükəsizlik modelləri axtarır

    28 Avqust 2026 20:03

    Pakistan və Küveyt yeni müdafiə sazişi imzalayıb

    28 Avqust 2026 18:19

    Ər-Riyadda 5.1 milyard riyallıq dövriyyə - Şəhərlər üzrə POS əməliyyatlarının statistikası

    28 Avqust 2026 16:06
    XƏBƏR LENTİ

    1 sentyabrda ərəb dövlətlərində nə baş verdi?

    Bu gün Müəmmər əl-Qəzzafi Liviyada inqilab nəticısində hakimiyyətə gəldi

    Tarixdə bu gün — 1 Sentyabr

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    Tramp Xark adası ilə bağlı paylaşımı ilə İrana mesaj göndərir - Vens

    SEPAH Hörmüz boğazında ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib

    Anthropic-in Claude modeli ilə bağlı yeni müəllif hüquqları mübahisəsi başlayıb

    Sanksiyaların məqsədi İranı danışıqlar masasına gətirməkdir - Skott Bessent

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.