Fələstin Dövlət Başçısı Mahmud Abbas bildirib ki, İsrailin hücumları altında olan Qəzza zolağının idarə olunması və təhlükəsizliyi ilə bağlı tam məsuliyyəti daşımağa səlahiyyətli yeganə qurum Fələstin Dövlətidir. Abbas bu fikirləri Fransa və Səudiyyə Ərəbistanının təşəbbüsü ilə BMT çərçivəsində təşkil edilən “Fələstin məsələsinə həll tapılması və İki Dövlətli Həllin həyata keçirilməsi” mövzusunda keçirilən Yüksək Səviyyəli Beynəlxalq Konfransda çıxışı zamanı bildirib. ABŞ-ın Fələstin heyətinə viza verməməsi səbəbilə Abbas tədbirdə video bağlantı vasitəsilə iştirak edib və konfransda qəbul edilən sülh planını həyata keçirmək üçün ABŞ Prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanı, Fransa, Birləşmiş Millətlər Təşkilatı və digər tərəfdaşlarla əməkdaşlığa hazır olduqlarını qeyd edib.
#BMT
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Ədalət və rifah üçün Türkiyənin diplomatik vizyonu” başlıqlı məqaləsi ABŞ-ın nüfuzlu nəşrlərindən olan Newsweek jurnalında ingilis dilində dərc olunub. Ərdoğan məqaləsində dünyanı təhdid edən münaqişələr, qeyri-sabitlik, terror hücumları, pandemiyalar, iqlim böhranları və artan ədalətsizliklər fonunda Türkiyənin ədalət, sülh və həmrəylik mərkəzli xarici siyasət yürütməyə davam etdiyini vurğulayıb. O, "Dünya beşdən böyükdür" ifadəsi ilə BMT sisteminə yönələn tənqidin təkcə bir şüar deyil, eyni zamanda bəşəriyyətin ortaq gələcəyinə dair bir baxışın ifadəsi olduğunu qeyd edib.
İran Prezidenti Məsud Pezeşkian sabah Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu-Yorka səfər edəcək. Səfərdən öncə, sentyabrın 23-də Prezident Pezeşkian İranın yeni tədris ilinin başlanması münasibətilə Tehranda keçiriləcək tədbirdə iştirak edəcək. Nyu-Yorkda dövlət başçısı sentyabrın 24-də səhər saatlarında BMT Baş Assambleyasının iclasında çıxış edəcək. Səfər çərçivəsində Pezeşkian müxtəlif ölkələrin dövlət başçıları, BMT Baş katibi, bəzi dairələrin rəhbərləri və Nyu-Yorkda yaşayan iranlılarla görüşlər keçirəcək.
BMT Təhlükəsizlik Şurası bu gün, cümə günü İrana tətbiq edilən sanksiyaların daimi olaraq qaldırılmaması barədə qərar qəbul edib. AzerVoice xəbər verir ki, şura üzvləri iclas zamanı 2015-ci il nüvə sazişi çərçivəsində ləğv edilmiş sanksiyaların yenidən bərpası üçün nəzərdə tutulan “snap-back” (mexanizmə avtomatik qayıdış) prosesinin qarşısını almaq məqsədi daşıyan qətnamə layihəsini qəbul edə bilməyiblər.
Azərkosmosun təşkilatçılığı ilə artıq dördüncü ildir ki, oktyabrın 4-10-da Azərbaycanda Ümumdünya Kosmos Həftəsi (World Space Week) keçiriləcək.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 23 sentyabr çərşənbə axşamı Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 15-ci dəfə iclasında çıxış edəcək. Onun nitqinin əsas mövzuları arasında İsrailin Qəzzada həyata keçirdiyi soyqırımı, Fələstinin dövlət kimi tanınması və beynəlxalq ictimaiyyətin İsrailə qarşı atacağı addımlar olacaq. Ərdoğan BMT Baş Assambleyasına ilk dəfə 2005-ci ildə, baş nazir vəzifəsində olarkən qatılıb. 60-cı Baş Assambleyada çıxışı zamanı BMT-nin daha demokratik, şəffaf və bütün üzvlərin ortaq iradəsini təmsil edən bir quruma çevrilməsinin zəruriliyini vurğulayıb.
Dünyanın aparıcı işgüzar mərkəzlərindən biri olan Honq-Konqda keçirilən mötəbər 10-cu Belt and Road Summit tədbirində Azərbaycan özünün multikulturalizm və tolerantlıq dəyərlərini bütün dünyaya bir daha nümayiş etdirdi. Tədbirdə Azərbaycan Françayzinq Mərkəzinin təşəbbüsü olan EtnoVillage.life layihəsi təqdim edildi və qlobal miqyasda böyük maraq doğurdu.
İranın xarici işlər naziri Abbas Əraqçi BMT Təhlükəsizlik Şurasını diplomatiyaya üstünlük verməyə və qarşıdurmadan çəkinməyə çağırıb. Nazir bildirib ki, 2015-ci il nüvə anlaşmasında iştirak edən üç Avropa tərəfinə “lazımsız və qarşısı alına biləcək böhranın” yaranmaması üçün məntiqli və həyata keçirilə bilən plan təqdim edib.
Özbəkistanda “Yoxsulluqdan rifaha doğru” mövzusunda Yoxsulluğun Azaldılması üzrə III Beynəlxalq Forum keçirilib. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin çıxışı ilə öz işinə başlayan Forum Panel sessiyalarda müzakirələrlə davam edib. Forumda BMT, Dünya Bankı, Asiya İnkişaf Bankı və digər nüfuzlu beynəlxalq təşkilatlardan, həmçinin müxtəlif ölkələrdən nümayəndələr və ekspertlər iştirak ediblər. “Qlobal Əməkdaşlıq və Tərəfdaşlıq: Beynəlxalq təşkilatların və regional əməkdaşlığın yoxsulluğun azaldılmasının sürətləndirilməsində rolu” mövzusunda təşkil olunan panel sessiyada Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev çıxış edib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Qəzzadakı hadisələrlə bağlı sərt bəyanatla çıxış edib. O, qeyd edib ki, 72 səhifəlik hüquqi təhlilə əsaslanan hesabat İsrail hakimiyyət orqanlarının və təhlükəsizlik qüvvələrinin Qəzza əhalisini qismən və ya tamamilə məhv etməyə yönəlmiş niyyətini təsdiqləyib.
BMT baş katibi Antonio Quterreş çərşənbə axşamı Qəzza şəhərinin “sistematik dağıdılmasını” pisləyib və bildirib ki, İsrailin soyqırımı törədib-törətmədiyi barədə qərarı beynəlxalq məhkəmələr verməlidir. “Baş katibin səlahiyyətlərinə soyqırımı barədə hüquqi qərar vermək aid deyil. Bu, yalnız Beynəlxalq Ədalət Məhkəməsinin səlahiyyətinə daxildir”-deyə Quttereş Quterreş Nyu-Yorkda jurnalistlərin suallarını cavablandırarkən deyib.
Hüquq hər bir cəmiyyətin dayağı, ədalətin və insan haqlarının qorunmasının əsas vasitəsidir. Bu rubrikada oxucular aktual qanun dəyişiklikləri, hüquqi yeniliklər və məhkəmə təcrübəsi barədə operativ məlumat əldə edəcəklər. Həmçinin, gündəlik həyatda qarşılaşa biləcəyiniz hüquqi məsələlərə dair praktiki məsləhətlər təqdim olunacaq. Rubrikanın məqsədi hüququ sadə və anlaşılan dildə izah edərək, hər kəsin öz haqqını daha yaxşı tanımasına şərait yaratmaqdır. Hüquq biliklərinin artırılması həm vətəndaşların hüquqlarını müdafiə etməsinə, həm də cəmiyyətdə hüquqi mədəniyyətin güclənməsinə xidmət edəcək.