Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Özbəkistanda keçirilən beynəlxalq forumda Azərbaycanda aparılan sosial islahatlara dair məlumat verilib

    18 Sentyabr 2025 16:44
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Özbəkistanda keçirilən beynəlxalq forumda Azərbaycanda aparılan sosial islahatlara dair məlumat verilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Özbəkistanda “Yoxsulluqdan rifaha doğru” mövzusunda Yoxsulluğun Azaldılması üzrə III Beynəlxalq Forum keçirilib.

    AzerVoice xəbər verir ki, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin çıxışı ilə öz işinə başlayan Forum Panel sessiyalarda müzakirələrlə davam edib.

    Forumda BMT, Dünya Bankı, Asiya İnkişaf Bankı və digər nüfuzlu beynəlxalq təşkilatlardan, həmçinin müxtəlif ölkələrdən nümayəndələr və ekspertlər iştirak ediblər.

    “Qlobal Əməkdaşlıq və Tərəfdaşlıq: Beynəlxalq təşkilatların və regional əməkdaşlığın yoxsulluğun azaldılmasının sürətləndirilməsində rolu” mövzusunda təşkil olunan panel sessiyada Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev çıxış edib.

    O, dövlət başçımızın tapşırıqları ilə son illər ölkəmizdə beş böyük sosial islahat paketinin icra olunduğunu diqqətə çatdırıb. Sosial müdafiə sahəsində dövlət siyasətinin Dünya Bankı, Asiya İnkişaf Bankı, Beynəlxalq Əmək Təşkilatı kimi beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində həyata keçirildiyini bildirib.

    Ölkəmizdə həssas əhali qruplarından olan şəxslərin sosial müdafiəsində Azərbaycan brendi olan unikal DOST modelinin rolu vurğulanıb. DOST mərkəzlərində 161 xidmətin “bir pəncərə”dən, müasir və çevik, tam şəffaf formada vətəndaşlara təqdim olunduğu qeyd olunub.

    Əhalinin rifahının yüksəldilməsində mühüm istiqamət olan məşğulluq sahəsində ölkəmizdə genişmiqyaslı islahatlar aparıldığı, 2030-cu ilə qədər dövr üçün Məşğulluq Strategiyasının qəbul edilməsi ilə bu sahədə yeni imkanlar açıldığı bildirilib.

    Bu islahatlar nəticəsində 803 mindən çox işsiz və işaxtaran şəxsin işlə təmin olunduğu, 52 min nəfərin peşə hazırlığına cəlb olunduğu, Özünüməşğulluq proqramı çərçivəsində 100 minədək ailənin kiçik təsərrüfatlarını yaratdığı diqqətə çatdırılıb.

    Ölkəmizdə əmək, məşğulluq və sosial müdafiə sahələrində xidmətlərin rəqəmsallaşdırılması istiqamətində əldə olunan mühüm irəliləyişlər barədə Forum iştirakçılarına məlumat verilib.

    #Azərbaycan #Özbəkistan #Asiya İnkişaf Bankı (AİB) #BMT #Dünya Bankı #əməkdaşlıq #məşğulluq #Beynəlxalq Əmək Təşkilatı (BƏT) #Qlobal əməkdaşlıq #Yoxsulluğun Azaldılması üzrə III Beynəlxalq Forum
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Medianın İnkişafı Agentliyi “Ajmedia.news” saytının fəaliyyətinin qanunsuz hesab edildiyini açıqlayıb

    29 Avqust 2026 20:54

    Tarixdə bu gün – 29 Avqust

    29 Avqust 2026 00:01

    Azərbaycan və Belarus arasında strateji tərəfdaşlıq məsələləri müzakirə edilib

    28 Avqust 2026 19:37

    Azərbaycan əleyhinə süjetlə bağlı Polşanın Azərbaycandakı səfirinə etiraz notası təqdim edilib - XİN

    28 Avqust 2026 19:27

    Azərbaycanın İrandakı səfirliyi və konsulluğu müharibə şəraitində işləyən diplomatik korpus kateqoriyasına daxil edilib

    28 Avqust 2026 16:19

    Dövlətlər artıq bir-birinə etibar etmir - Tokayev

    28 Avqust 2026 16:03

    Azərbaycan və Özbəkistanın mərkəzi bankları maliyyə texnologiyalarının inkişafını müzakirə edib

    28 Avqust 2026 12:06

    Ballıqaya qətliamının günahkarları ədalət qarşısında cavab verməlidir - XİN

    28 Avqust 2026 10:49

    Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib

    27 Avqust 2026 18:37

    İsmail Vələd Şeyx Əhməd İslam Əməkdaşlıq Təşkilatının baş katibi seçilib

    27 Avqust 2026 17:26

    Azərbaycan XİN Rusiyada səfirliyin qonaq evinin qarşısındakı təxribatı pisləyib

    27 Avqust 2026 15:51

    Ceyhun Bayramov Avstriyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib

    27 Avqust 2026 13:40
    XƏBƏR LENTİ

    Dünyanın ən qiymətli almazları harada yaranır? Alimlər onların gizli mənbəyini tapdı

    İspaniyada İslam mədəniyyəti - Əndəlüsün yüksəlişi və süqutu

    Hikmət Hacıyev Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə bağlı paylaşım edib

    Bulvarda klassik avtomobillərin sərgisi keçirilir

    Ərəb dünyasında ürək-damar xəstəliklərindən ölüm sayı artıb

    Fazil Küçük Kimdir?

    Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri

    Türkiyə Nigerə dəstəyini açıqladı

    Ərdoğan Zəfər Bayramının ildönümü münasibətilə bəyanat yayıb

    Macarıstanda oğurlanan təyyarə nüvə stansiyasına yaxınlaşdı

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.