ABŞ-ın “Washington Post” nəşri iddia edir ki, Macarıstan rəhbərliyi uzun illər ərzində Avropa İttifaqı Şurasının iclaslarında müzakirə olunan məxfi məlumatları Rusiyaya ötürüb. İddialara əsasən, Macarıstanın xarici işlər naziri Peter Siyarto Aİ toplantılarının fasilələri zamanı Rusiya xarici işlər naziri Sergey Lavrovla əlaqə saxlayaraq danışıqların kulis detalları barədə məlumat verib və hətta tövsiyələr irəli sürüb.
#Rusiya
2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Rusiyaya kimyəvi maddə məhsulları ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 21,5 faiz azalaraq, 146 milyon 306 min 90 dollara bərabər olub. Türkiyə 2026-cı ilin fevral ayında Rusiyaya kimyəvi maddə məhsulları ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13,5 faiz azalaraq, 81 milyon 599 min 99 dollara çatdırıb. Qeyd edək ki, 2026-cı ilin fevral ayında Türkiyənin kimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz azalaraq, 2 milyard 322 milyon 496 min dollara bərabər olub.
ABŞ hökuməti kəşfiyyat icmasının illik təhlükə qiymətləndirmə hesabatını (Annual Threat Assessment of the U.S. Intelligence Community 2026) yayımlayıb. Hesabata əsasən, əsas dövlət mənşəli təhdidlər kimi Rusiya, Çin, İran, Şimali Koreya və Pakistan göstərilib.
Qazaxıstan Aktauda AZAL-a məxsus təyyarənin qəzaya uğramasının səbəblərinin texniki araşdırılması üçün lazım olan bütün ekspertiza nəticələrini istehsalçılardan alıb. Bu barədə jurnalistlərə Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev məlumat verib. Onun sözlərinə görə, araşdırma davam edir və GPS-trekerlər, naviqasiya avadanlıqları, eləcə də təyyarə istehsalçısından alınan bütün zəruri ekspertiza nəticələri artıq əldə olunub. Hazırda bu nəticələr ümumiləşdirilir və komissiya iştirakçıları ilə razılaşdırılacaq.
Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 16-18 mart tarixlərində Rusiyada silsilə tanıtım tədbirləri həyata keçirilib.
İranın Moskvadakı səfiri Müctəba Xamenei ilə bağlı yayılan iddiaları təkzib edib. İranın Rusiyadakı səfiri Kazım Cəlali ölkənin yeni lideri Müctəba Xameneinin müalicə üçün Rusiyaya gətirildiyi barədə xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.
Kreml Kubaya yardım göstərməyə hazır olduğunu açıqlayıb. Onun sözlərinə görə, Rusiya Kubaya “mümkün olan bütün yardımı göstərməyə hazırdır” və bu istiqamətdə məsələlər kubalı tərəfdaşlarla müzakirə olunur. Peskov qeyd edib ki, Kuba hazırda ciddi humanitar problemlərlə üzləşir və Moskva ilə Havana arasında bu məsələ ilə bağlı işçi və ekspert səviyyəsində təmaslar davam edir.
"Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir.
2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Rusiyaya elektrik avadanlıqları ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 29,1 faiz azalaraq, 30 milyon 491 min 98 dollara bərabər olub. Türkiyə 2026-cı ilin fevral ayında Rusiyaya elektrik avadanlıqları ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 25,8 faiz azalaraq, 16 milyon 4 min 14 dollara çatdırıb. Qeyd edək ki, 2026-cı ilin fevral ayında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,3 faiz artaraq, 1 milyard 412 milyon 649 min dollara bərabər olub.
Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı daşıyan 7 vaqondan ibarət yük qatarı Biləcəri Dəmiryol Stansiyasından yola salınıb. Ermənistana göndəriləcək taxılın ümumi çəkisi 488 tondur. Belə ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 21 min tondan çox (302 vaqon) taxıl, həmçinin 610 ton (9 vaqon) gübrə göndərilib.
Belə ki, 529 Çin, 309 Azərbaycan, 282 Rusiya, 173 Tacikistan, 123 Pakistan, 57 Oman, 44 İtaliya, 32 İndoneziya, 25 İran, 26 İspaniya, 18 Səudiyyə Ərəbistanı, 17 Yaponiya,16 Fransa, 14 Almaniya, 13 Gürcüstan, 12 Özbəkistan, 10 Bolqarıstan, 10 Konqo, 10 Nigeriya, 8 Braziliya, 8 Böyük Britaniya, 7 Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Slovakiya və Kanadanın hər birinin 6, Serbiya, Qazaxıstan, Əfqanıstan, Avstriya, İsveçrə və Çexiyanın hər birinin 5, Bəhreyn, İordaniya, Şri-Lanka, Ukrayna, Türkiyə, Macarıstan, Belçika Küveyt və Banqladeşin hər birinin 4 vətəndaşı təxliyə edilib.
2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Rusiyaya dəri məhsulları ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 34,2 faiz artaraq, 12 milyon 477 min 87 dollara bərabər olub. Türkiyə 2026-cı ilin fevral ayında Rusiyaya dəri məhsulları ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 59,5 faiz artaraq, 8 milyon 320 min 64 dollara çatdırıb. Qeyd edək ki, 2026-cı ilin fevral ayında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz azalaraq, 127 milyon 689 min dollara bərabər olub.