Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ və İran arasında davam edən gərginliyin azaldılması üçün həyata keçirilən vasitəçilik səylərinin kritik həddə çatdığını elan edib. Baş nazir tərəflərin hərbi ritorikanı diplomatik dialoqla əvəz etməyə hazır olduqlarını və bu istiqamətdə güclü siyasi iradə nümayiş etdirdiklərini bildirib. Şahbaz Şərif rəsmi açıqlamasında hər iki tərəfin danışıqlara tam hazır olduğunu vurğulayıb: "Sabah, şənbə günü həm ABŞ, həm də İran nümayəndə heyətləri Pakistanda olacaqlar. Biz bu tarixi görüşün uğurla nəticələnməsi və ixtilafların müzakirə yolu ilə həll edilməsi üçün əlimizdən gələn hər şeyi edəcəyik".
#İran-ABŞ qarşıdurması
Bloomberg nəşrinin təhlilinə görə, ABŞ-ın keçmiş prezidenti Donald Trump dövründə İranla aparılan hərbi kampaniya Vaşinqtonun beynəlxalq mövqeyini zəiflədib. Bildirilib ki, Avropa və Yaxın Şərqdəki diplomatik mənbələr bu vəziyyətin Çin və Rusiya kimi rəqib gücləri daha da cəsarətləndirdiyini vurğulayır.
Rəcəb Tayyib Ərdoğan sosial media hesabında paylaşım edərək 28 fevraldan bəri davam edən münaqişə fonunda əldə olunan atəşkəsdən məmnunluğunu ifadə edib. Ərdoğan atəşkəsin sahədə tam və düzgün şəkildə tətbiq edilməsinin vacibliyini vurğulayaraq, mümkün təxribat və sabotaj cəhdlərinə imkan verilməməsinin önəmini qeyd edib.
Pakistanın Baş naziri Şahbaz Şərif İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı apardığını açıqlayıb. Şərif İran rəhbərliyinin İslamabadda keçiriləcək sülh danışıqlarına razılıq verməsini yüksək qiymətləndirib və bunu regionda sabitliyin bərpası üçün mühüm addım kimi dəyərləndirib.
İran prezidenti Məsud Pezeşkian ABŞ ilə əldə olunan atəşkəs razılaşmasına münasibət bildirərək, bu nəticəni ölkənin "şəhid lideri" Ayətullah Əli Xameneinin fədakarlığı ilə əlaqələndirib. Pezeşkian həmçinin vurğulayıb ki, İran bundan sonra həm hərbi, həm də siyasi cəbhədə daha sıx birləşməlidir.
İran parlamenti sədrinin müavini Əli Nikzad ABŞ ilə aparılan danışıqlarda İranın təqdim etdiyi 10 maddəlik təklifin qəbul edilməyəcəyi halda razılaşmanın baş tutmayacağını bildirib. Bildirilib ki, İranın irəli sürdüyü əsas tələblər arasında hərbi əməliyyatların tam dayandırılması, ABŞ qüvvələrinin regiondan çıxarılması, Hörmüz boğazı üzərindən keçid məsələlərinin tənzimlənməsi, sanksiyaların ləğvi və ölkəyə dəyən zərərin kompensasiyası yer alır.
BAKI,VOA, Fərid Mikayılov ABŞ Prezidenti Donald Tramp İrana qarşı verdiyi ultimatumun müddəti bitmək üzrə ikən dünya ictimaiyyətini sarsıdan növbəti bəyanatla çıxış edib. VOA xəbər verir ki, Ağ Ev rəhbəri bu gecə İranın hərbi və mülki infrastrukturuna qarşı həyata keçiriləcək mümkün zərbələrin miqyası barədə ən sərt xəbərdarlığını edib.
ABŞ Prezidenti Donald Trampın İrana qarşı irəli sürdüyü sərt ültimatumun vaxtı yaxınlaşdıqca, qlobal bazarlarda qarışıq tendensiya müşahidə olunur. Benzin qiymətləri: ABŞ-da yanacağın orta alon qiyməti 4,12 dollara yüksəlib. Müharibə başlamazdan əvvəl bu rəqəm 3 dollardan aşağı idi.
Böyük Britaniyanın Baş naziri Keir Starmer ABŞ-ın İrana qarşı həyata keçirdiyi əməliyyatla bağlı açıqlama verib. Baş nazir əlavə edib ki, Böyük Britaniya Yaxın Şərqdə olan vətəndaşlarının təhlükəsizliyini qorumaqda davam edəcək və regiondakı müttəfiqləri ilə əməkdaşlığı saxlayacaq.
İranla bağlı qarşıdurma fonunda dövlətlə əlaqəli və aktivist haker qruplar ABŞ və İsrailə qarşı genişmiqyaslı kiber hücumlar həyata keçirir. Məlumata görə, ABŞ-ın tibbi texnologiya şirkəti “Strayker”in qlobal şəbəkəsi kiber hücum nəticəsində zərər görüb. Hücumun İranla əlaqəli “Handala” qrupuna aid olduğu iddia edilir.
ABŞ prezidenti Donald Tramp bildirib ki, Tehran danışıqlar aparmaq istəsə də, hazırda buna hazır görünmür. Tramp iddia edib ki, ABŞ İranın pilotsuz uçuş aparatları istehsal edən müəssisələrinə zərbələr endirib. O qeyd edib ki, Tehran danışıqlar aparmaq niyyətində olsa da, Vaşinqton hesab edir ki, İran hələ bu mərhələyə hazır deyil.
İranın Səudiyyə Ərəbistanındakı "Şahzadə Sultan" hava bazasına endirdiyi raket zərbələri nəticəsində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus strateji texnikalara ciddi ziyan dəyib. "Wall Street Journal" (WSJ) qəzetinin ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, son günlərdə həyata keçirilən hücumlar zamanı ABŞ-a məxsus 5 yanacaqdoldurma təyyarəsi uçuş zolağında olarkən zərbələrə məruz qalıb. Bildirilir ki, hadisə zamanı can itkisi olmasa da, təyyarələr tamamilə məhv edilməyib, lakin ciddi zədələnib. Hazırda həmin təyyarələrin təmiri istiqamətində işlər aparılır.