Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    İran nüvə proqramı ilə bağlı ABŞ-la danışıqlardan imtina etməyib - Laricani

    2 Sentyabr 2025 18:01
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İran nüvə proqramı ilə bağlı ABŞ-la danışıqlardan imtina etməyib - Laricani
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    Tehran nüvə proqramı ilə bağlı ABŞ-la danışıqlardan imtina etməyib, lakin Vaşinqtonun irəli sürdüyü şərtləri qəbuledilməz hesab edir.

    AzerVoice xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bildirib.

    “ABŞ-la danışıqlar yolu hələ bağlanmayıb. Amma amerikalılar yalnız danışıqlardan yana olduqlarını deyir, masa arxasına əyləşmirlər və əsassız olaraq buna görə İranı ittiham edirlər” – deyə, Laricani “X” sosial şəbəkəsində yazıb.

    Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək rütbəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər həlak olub. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas çağırılmasını istəyib.

    Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Doğru vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.

    ABŞ isə münaqişənin gərginləşməsindən doqquz gün sonra – 22 iyun gecəsi İrandakı üç nüvə obyektinə hücum etməklə münaqişəyə qoşulub. 23 iyun axşamı İran ABŞ-ın Qətərdə yerləşən və Yaxın Şərqin ən böyük Amerika bazası olan Əl-Udeyd bazasına raket zərbəsi endirib. ABŞ hakimiyyət orqanlarının verdiyi məlumata görə, hücum nəticəsində itki və ya ciddi dağıntı qeydə alınmayıb.

    İyunun 24-də ABŞ prezidenti Donald Tramp İsrail və İranın tam atəşkəsin qüvvəyə mindiyini bəyan edib. İsrail tərəfi də ABŞ-ın atəşkəs təklifini qəbul etdiyini və qarşıya qoyulan bütün məqsədlərə nail olunduğunu bildirib.

    #İran #Əli Laricani #nüvə silahı #nüvə proqramı #İranın nüvə proqramı #İran nüvə proqramı #İranın nüvə proqramı və beynəlxalq reaksiyalar #İranın nüvə proqramı 2025 #İran nüvə silahı #İran-ABŞ nüvə gərginliyi #İran nüvə təhlükəsi #İran nüvə razılaşması
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tramp Xark adası ilə bağlı paylaşımı ilə İrana mesaj göndərir - Vens

    31 Avqust 2026 21:30

    SEPAH Hörmüz boğazında ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib

    31 Avqust 2026 21:22

    Sanksiyaların məqsədi İranı danışıqlar masasına gətirməkdir - Skott Bessent

    31 Avqust 2026 20:47

    CENTCOM SEPAH-ın Hörmüz boğazında tanker insidenti barədə iddiasını rədd edib

    31 Avqust 2026 20:20

    İranın ABŞ qüvvələrinə istənilən hücumuna cavab veriləcək - Tramp

    31 Avqust 2026 19:38

    Aİ İran üzərində təzyiqi saxlamaq üçün ABŞ və “Böyük yeddilik”lə əməkdaşlığı davam etdirəcək

    31 Avqust 2026 19:28

    İran rəhbərliyi ölkəni idarə edə bilmir - Tramp

    31 Avqust 2026 18:39

    Tramp Hörmüz boğazını ABŞ ərazisinə çevirməyi xəyal belə edə bilməz - İran

    31 Avqust 2026 18:29

    Hindistan İranla ticarət əlaqələrini genişləndirmək istəyir - Modi

    31 Avqust 2026 18:23

    ABŞ-də müharibənin davam etməsini istəyən qüvvələr var - Məsud Pezeşkian

    31 Avqust 2026 18:17

    BƏƏ İranın ölkəyə qarşı düşmən hücumunu qətiyyətlə pisləyir

    31 Avqust 2026 14:55

    ABŞ-İsrail zərbələri Xark adasında neft hasilatını dayandıra bilməyib - İran

    31 Avqust 2026 12:14
    XƏBƏR LENTİ

    1 sentyabrda ərəb dövlətlərində nə baş verdi?

    Bu gün Müəmmər əl-Qəzzafi Liviyada inqilab nəticısində hakimiyyətə gəldi

    Tarixdə bu gün — 1 Sentyabr

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    Tramp Xark adası ilə bağlı paylaşımı ilə İrana mesaj göndərir - Vens

    SEPAH Hörmüz boğazında ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib

    Anthropic-in Claude modeli ilə bağlı yeni müəllif hüquqları mübahisəsi başlayıb

    Sanksiyaların məqsədi İranı danışıqlar masasına gətirməkdir - Skott Bessent

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.