#Fələstin-İsrail iki dövlətli həll

İsrail ordusu İvrit təqviminə görə yeni ilin başlanğıcı sayılan Roş Aşana bayramı münasibətilə 22–23 sentyabr tarixlərində ölkənin bütün bölgələrində yerləşən hərbi birləşmələrin gücləndirildiyini açıqlayıb. Ordunun yaydığı rəsmi bəyanatda qeyd olunub ki, vəziyyətin qiymətləndirilməsindən sonra müxtəlif bölgələrdə həm müdafiə, həm də hücum məqsədilə birliklər yüksək hazırlıq vəziyyətinə gətirilib və əlavə qüvvələrlə gücləndirilib.

Dünən səhər saatlarından etibarən İsrail ordusunun Qəzza Zolağının müxtəlif bölgələrinə endirdiyi hücumlarda 99 fələstinli həyatını itirib. Xəstəxana mənbələrinin və hadisə şahidlərinin bildirdiyinə görə, İsrail ordusu Qəzzanın müxtəlif bölgələrində fələstinlilərin yaşadığı evləri, çadırları və yardım gözləyən mülki şəxsləri hədəf alıb. İsrail ordusunun Qəzza Zolağının şimalına endirdiyi hücumlarda 77 fələstinli həyatını itirib.

Birləşmiş Millətlər Təşkilatı İsrail-Fələstin münaqişəsində iki dövlətli həllin vacibliyini vurğulayan qərar qəbul edib. ABŞ, Argentina və Macarıstan bu qərara veto qoyub. Baş Assambleya əvvəlki gün keçirilən səsvermədə Fələstin Probleminin Sülh Yolu ilə Həlli və İki Dövlətli Həllin Tətbiqinə dair Nyu-York Bəyannaməsini 142 ölkənin dəstəyi ilə qəbul edib. Cəmi 10 ölkə sənədin əleyhinə çıxıb. Ekspertlər bildirirlər ki, bu qərar sentyabrın 22-də keçiriləcək BMT sammitində Fələstinin daha geniş tanınmasının yolunu açır. Fransa, Böyük Britaniya, Avstraliya, Belçika, Kanada, Portuqaliya və Malta artıq həmin sammitdə Fələstin dövlətini tanıyacaqlarını bəyan ediblər.

Avropa Parlamenti, qəbul etdiyi yeni qərarla Avropa İttifaqına üzv ölkələri Fələstin Dövlətini tanımağı nəzərdən keçirməyə çağırıb. Qərar məcburi xarakter daşımır, lakin üzv dövlətlərə birbaşa tövsiyə mahiyyəti daşıyır. Parlament daha əvvəl “prinsipcə Fələstin dövlətinin tanınmasını” dəstəkləmişdi, lakin bu dəfə qəbul edilən sənəd hökumətləri daha açıq şəkildə hərəkətə keçməyə dəvət edir.

İsrailin aparıcı silah istehsalçılarından biri olan Elbit Systems, Böyük Britaniyanın Bristol şəhərində yerləşən Aztec West biznes-parkındakı zavodunu bağlayıb. Müəssisənin bağlanması, aylarla davam edən və “Palestine Action” fəal qrupunun keçirdiyi etiraz aksiyalarının nəticəsi kimi qiymətləndirilir. Şirkət hazırda Britaniyada 16 fərqli məkanda fəaliyyət göstərir və 680 nəfəri işlə təmin edir. Elbit Systems, İsrail ordusunun əsas pilotsuz uçuş aparatları (PUA) təchizatçısı hesab olunur. Buna baxmayaraq, şirkət 4,7 milyon funt sterlinq zərər açıqlayıb. Maliyyə çətinliklərinə rəğmən, Elbit, Britaniya Müdafiə Nazirliyinin 2 milyard funt sterlinqlik müqaviləsi uğrunda konsorsiumda iştirak edib.

Finlandiya, İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllini və iki dövlətli həllin həyata keçirilməsini nəzərdə tutan beynəlxalq bəyannaməyə qoşulduğunu açıqlayıb. Bəyannamədə ilk addım kimi İsrail ilə HƏMAS arasında Qəzzada iki ilə yaxın davam edən müharibənin dayandırılması göstərilir.

Belçika federal hökuməti İsrailə qarşı sanksiyalar tətbiq etmək və Fələstin dövlətini tanımaq barədə fövqəladə kabinet iclasında qərar qəbul edib. Baş nazirin müavini və xarici işlər naziri Maksim Prevotun sözçüsü Laurens Soenen-in Anadolu Agentliyinin müxbiri ilə paylaşdığı razılaşma mətnində, xüsusilə Qəzza zolağında yaşanan humanitar faciəyə və İsrailin beynəlxalq hüquqa zidd hərəkətlərinə diqqət çəkilib. Açıqlamada qeyd olunub ki, humanitar yardım ən prioritet məsələ olaraq qalacaq. Xarici İşlər və Müdafiə Nazirlikləri Qəzzada humanitar vəziyyətin yaxşılaşdırılması üçün fəaliyyətlərini davam etdirir. “Cerulean Skies 2” kimi hava yardımı əməliyyatlarının təkrarlanması da gündəmdədir.

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibədə olduqca önəmli və həssas məsələlərə toxunub. Bunlar arasında Azərbaycanın Yaxın Şərq siyasəti, bu regiona yönəlmiş gələcək planları və strateji hədəfləri xüsusi yer tutur. Bu gün Azərbaycan Yaxın Şərq siyasətində sözün əsl mənasında səmərəli nəticələr əldə etməkdədir.

Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), İsrailin 7 oktyabr 2023-cü ildən etibarən hücumlarını davam etdirdiyi Qəzzəyə humanitar yardım və ərzaq dəstəyi göstərməkdə davam edir. TİKA-dan əldə edilən məlumata görə, Qəzzəyə hücumların başladığı 7 oktyabr 2023-cü ildən bu yana TİKA davam edən ərzaq böhranına qarşı təcili humanitar yardım fəaliyyəti həyata keçirir. Bu çərçivədə TİKA 16 min 500-dən çox ailəyə ərzaq paketi, 160 min porsiya isti yemək təqdim edib. TİKA 3 mindən çox ailəyə çadır, yataq, yorğan və qış geyimləri yardımı göstərib, eyni zamanda Səhiyyə Nazirliyi və xəstəxanalara da çox sayda tibbi ləvazimat və dərman göndərib. TİKA-nın illərdir Qəzzədə həyata keçirdiyi yardım layihələri çərçivəsində inşa olunan bəzi binalar İsrailin davam edən hücumları nəticəsində zərər görüb. Bu tikililər arasında inşasına 2011-ci ildə başlanılan və 2015-ci ildə tamamlanan Fələstin-Türkiyə Dostluq Xəstəxanası da var. 180 çarpayılıq xəstəxana, Fələstinin ən böyük və müasir tədris və tədqiqat xəstəxanası kimi tanınırdı.