#Yaponiya

Yaponiya İranı husilərə təsir göstərməyə çağırıb. Toşimitsu Motegi bu məsələni Abbas Əraqçi ilə telefon danışığında qaldırıb. Yaponiya regionda gərginliyin azaldılması üçün İranın maksimum çeviklik göstərməsini istəyib. Hörmüz boğazında sərbəst və təhlükəsiz gəmiçiliyin bərpasının vacibliyi vurğulanıb. Tokio enerji təhlükəsizliyi ilə bağlı narahatlığını da ifadə edib. Çağırış husilərin Səudiyyə Ərəbistanına qarşı elan etdiyi dəniz blokadası fonunda səsləndirilib. İran tərəfi məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

İran və Yaponiyanın xarici işlər nazirləri telefon danışığı aparıblar. Danışıq zamanı İranla bağlı münaqişənin dayandırılması istiqamətində diplomatik səylər müzakirə edilib. Abbas Əraqçi regionda sülh və sabitlik üçün aparılan danışıqlar barədə məlumat verib. Tərəflər Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsinin vacibliyini vurğulayıblar. Onlar bu istiqamətdə koordinasiya və əməkdaşlığın davam etdirilməsinə çağırıblar. Yaponiya xam neft idxalının 90 faizdən çoxunu Hörmüz boğazı vasitəsilə həyata keçirir. Bu səbəbdən boğazdakı sabitlik Tokio üçün mühüm strateji əhəmiyyət kəsb edir.

Yaponiyanın cənubunda yerləşən Kumamoto prefekturası sahillərində 7,1 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlardan sonra bölgə üçün sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilib. Yeraltı təkanların Kumamoto prefekturasının Yatsuşiro, Uto və Maşiki rayonlarında da güclü hiss olunduğu qeyd edilib.

Atom bombasının yaradılması və İkinci Dünya müharibəsinin son mərhələsində Yaponiyanın Hiroşima və Naqasaki şəhərlərinə atılması elm, hərbi texnologiya və əxlaq məsələləri ilə bağlı ən böyük mübahisələrdən biri olaraq qalır.

"Bavi" qasırğası Çinin Taycou şəhərinə çatıb. Təbii fəlakət səbəbindən Çində təxminən iki milyon nəfər təxliyə edilib. Qasırğanın küləyinin sürəti saatda 144 kilometrə çatıb. Sinoptiklər güclü yağış və daşqın təhlükəsinin davam etdiyini bildirirlər. Filippində qasırğa ilə əlaqəli yağışlar nəticəsində 17 nəfər ölüb. Tayvanda 113 nəfər xəsarət alıb və 14 mindən çox sakin təxliyə edilib. Ada üzrə minlərlə aviareys ləğv olunub və bir çox müəssisə fəaliyyətini dayandırıb. Bölgədə fövqəladə hazırlıq tədbirləri davam etdirilir.

Yaponiya Biznes Assosiasiyasının nümayəndə heyəti MÜSİAD Azərbaycanla iqtisadi əməkdaşlıq imkanlarını müzakirə edib. Görüşdə Azərbaycan və Yaponiya arasında ticarət, investisiya, sənaye və innovasiya sahələrində əlaqələrin inkişaf perspektivləri diqqət mərkəzində olub. MÜSİAD Azərbaycan rəhbərliyi ölkənin biznes imkanları, investisiya mühiti və beynəlxalq ticarət potensialı barədə məlumat verib. ROTOBO nümayəndələri isə iki ölkə arasında işgüzar əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıblar. Tərəflər gələcək birgə layihələrin həyata keçirilməsi və biznes dairələri arasında əməkdaşlığın artırılması barədə fikir mübadiləsi aparıblar.

ABŞ, Yaponiya və Cənubi Koreya enerji təhlükəsizliyi sahəsində yeni üçtərəfli əməkdaşlıq mexanizmi yaradıb. NATO Zirvə Toplantısı çərçivəsində imzalanan memorandum ümumi təhlükəsizlik maraqlarının gücləndirilməsini nəzərdə tutur. Sənəd qabaqcıl nüvə reaktorlarının digər ölkələrdə tətbiqinin sürətləndirilməsinə yönəlib. Layihənin ilk mərhələsi Hind-Sakit okean bölgəsini əhatə edəcək. ABŞ bu təşəbbüs çərçivəsində texniki dəstək proqramına 10 milyon ABŞ dollarından çox əlavə maliyyə ayıracaq. Bu vəsait tərəfdaş ölkələrin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edəcək. Razılaşma regionda enerji əməkdaşlığının yeni mərhələsi kimi qiymətləndirilir.

Hörmüz boğazında aylardır gözləyən Yaponiya ilə əlaqəli yük gəmiləri nəhayət marşrutlarını davam etdirməyə başlayıblar. On gəmidən altısı ümumilikdə 12 milyon barel xam neft daşıyır. Yüklər əsasən Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətərdən göndərilib. Gəmilərin böyük hissəsi Yaponiyanın tanınmış gəmiçilik şirkəti tərəfindən idarə olunur. Şirkət boğazdan keçid zamanı ekipajın və yüklərin təhlükəsizliyinə xüsusi önəm verdiyini bildirib. Eyni zamanda, Cənubi Koreyaya məxsus başqa bir neft tankeri də Hörmüz boğazını tərk edib. Həmin gəminin iyulun sonlarında Cənubi Koreyaya çatacağı gözlənilir. Mütəxəssislər hesab edirlər ki, bu hərəkət bölgədə dəniz daşımalarının tədricən bərpa olunduğunu göstərir.

Cənubi Amerika ticarət bloku Merkosur Yaponiya ilə iqtisadi tərəfdaşlıq sazişi üzrə danışıqlara başlayıb. Tərəflər ticarət əlaqələrinin genişləndirilməsini və yeni bazar imkanlarının yaradılmasını müzakirə edirlər. Mümkün razılaşma təxminən 400 milyon insanı əhatə edən böyük azad ticarət məkanı formalaşdıra bilər. Bu məkanın ümumi daxili məhsulunun 7 trilyon dollar olacağı bildirilir. Danışıqlar Merkosurun Avropa İttifaqı ilə əldə etdiyi son razılaşmadan sonra başlayıb. ABŞ-nin tətbiq etdiyi geniş tariflər ölkələri iqtisadi əlaqələrini şaxələndirməyə sövq edir. Merkosur bu fonda yeni tərəfdaşlıq imkanlarını artırmağa çalışır.