Yaponiyanın hakim Liberal Demokrat Partiyasının lideri Sanae Takaici parlamentin aşağı palatasında keçirilən səsvermə nəticəsində yenidən Baş nazir seçilib. Baş nazirin axşam saatlarında mətbuat konfransı keçirərək “məsuliyyətli, lakin fəal” fiskal siyasət kursunu və seçki kampaniyası dövründə vəd edilən ərzaq məhsullarına tətbiq olunan istehlak vergisinin iki il müddətinə dayandırılması planını izah edəcəyi gözlənilir.
#Yaponiya
Yunanıstan hökuməti 15 yaşınadək uşaqların sosial media platformalarından istifadəsinin qadağan edilməsi ilə bağlı hazırlıqları yekunlaşdırmaq üzrədir. Rəsmi Afina rəqəmsal mühitdə uşaqların təhlükəsizliyini təmin etmək məqsədilə yeni məhdudiyyətlər üzərində işləyir. Yunanıstanın Rəqəmsal İdarəetmə Nazirliyi tərəfindən hazırlanan layihədə yaşın müəyyən edilməsi üçün mühüm infrastrukturdan istifadə olunacaq. Qeyd olunur ki, 2025-ci ilin noyabr ayından etibarən tətbiq edilən "Kids Wallet" proqramı uşaqların yaşını dəqiq təsdiqləmək üçün lazımi bazanı təmin edir. Bu sistem vasitəsilə platformalara daxil olan istifadəçilərin yaş həddinə uyğun olub-olmadığı yoxlanılacaq.
Azərbaycan “Ekspo 2027 Yokohama” Beynəlxalq Bağçılıq Sərgisində iştirakını təsdiq edib. Bu barədə müqavilə Beynəlxalq Bağçılıq Sərgisi üzrə Yaponiya Assosiasiyası və Azərbaycan dövləti tərəfindən Heydər Əliyev Mərkəzi arasında imzalanıb. “Ekspo 2027 Yokohama” Beynəlxalq Bağçılıq Sərgisi gələn il martın 19-dan sentyabrın 26-na kimi Yaponiyanın Kanaqava prefekturasında yerləşən Yokohama şəhərində keçiriləcək.
Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər Yaponiyanın Türkiyə istehsalı pilotsuz uçuş aparatlarını (PUA) tədarük etmə ehtimalına münasibət bildirib. O qeyd edib ki, bu sistemlər uzun müddət havada qalma, fasiləsiz müşahidə aparma və xərclərin səmərəli istifadəsi baxımından mühüm üstünlüklərə malikdir. Nazirin sözlərinə görə, Türkiyə istehsalı PUA-lar Yaponiyanın müdafiə qabiliyyətləri üçün “çəkindirici amil” ola bilər. Gülər Yaponiya üçün mümkün modellər arasında Türkiyə Aerokosmik Sənayesi (TUSAŞ) tərəfindən istehsal olunan ANKA, eləcə də Bayraktar TB2 və Bayraktar TB3 pilotsuz uçuş aparatlarını nümunə göstərib.
Yaponiyanın qərbində yerləşən Şimane və Tottori prefekturalarında 6,2 bal gücündə zəlzələ baş verib. Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına əsasən, zəlzələnin episentri Şimane prefekturasının şərqində yerləşib və ocağı 10 kilometr dərinlikdə olub. Yeraltı təkanlar Yaponiyanın qərb bölgələrində geniş ərazidə hiss edilib, televiziya yayımları və mobil cihazlar üzərindən erkən xəbərdarlıq siqnalları aktivləşdirilib.
Honda şirkəti qəbul etdiyi qərara əsasən Civic modelini Türkiyə üzrə rəsmi qiymət siyahısından çıxarıb. Uzun illərdir Türkiyə avtomobil bazarında satılan və geniş istifadəçi kütləsinə malik olan Honda Civic 2026-cı ildən etibarən Türkiyədə satışa təqdim olunmayacaq. Məsələ ilə bağlı açıqlama verən Honda bildirib ki, son illərdə sedan avtomobillərə marağın azalması və bazar şərtlərinin dəyişməsi bu qərarın qəbul edilməsində əsas rol oynayıb.
Şimali Koreya yanvarın 4-ü səhər saatlarında ilin ilk raket sınaqlarını Yapon dənizi istiqamətində həyata keçirib. Bu barədə “Yonhap” agentliyin məlumat yayıb.
Fransa, Böyük Britaniya, Kanada və Yaponiya da daxil olmaqla 14 ölkə çərşənbə günü İsrailin işğal altındakı İordan çayının qərb sahilində yeni yəhudi yaşayış məntəqələrinin yaradılması ilə bağlı son qərarını kəskin şəkildə pisləyib və İsrail hökumətini bu qərardan geri çəkilməyə, həmçinin məskunlaşma fəaliyyətlərini dayandırmağa çağırıb. Fransa Xarici İşlər Nazirliyinin yaydığı birgə bəyanatda bildirilir: “Almaniya, Belçika, Kanada, Danimarka, İspaniya, Fransa, İtaliya, İrlandiya, İslandiya, Yaponiya, Malta, Niderland, Norveç və Böyük Britaniyanın nümayəndələri, İsrail hökumətinin təhlükəsizlik kabinetinin işğal altındakı İordan çayının qərb sahilində 19 yeni yaşayış məntəqəsinin yaradılması barədə qərarını pisləyirik.”
Dekabrın 18-də 1941-ci ildə Yapon qoşunları Britaniya koloniyası olan Honkonqa endi və burada genişmiqyaslı qırğınlara başladı. Bir həftə davam edən hava hücumlarından sonra Yapon səfirləri Britaniya qubernatoru Sir Mark Young ilə görüşərək Honkonqu təslim etməyi tələb etdilər. Lakin qubernator və hərbi rəhbərlik bu təklifi rədd etdi. Yaponların ilk qoşun dalğası artilleriya atəşi altında eniş etdi və komandirin verdiyi “əsir götürməyin” əmri ilə hərəkət etdi. Könüllü hava hücumuna qarşı batareya ələ keçirildikdən sonra Yapon əsgərləri əsirləri bayonetlə qətlə yetirdi. Hətta müqavimət göstərməyən, məsələn, Royal Medical Corps üzvləri də öldürüldü.
Yaponiyanın şimalındakı Aomori prefekturası açıqlarında 6,7 bal gücündə zəlzələ baş verib. Yaponiya Meteorologiya Agentliyinin (JMA) açıqlamasına görə, episentri Aomori prefekturasının şərq açıqları olan 6,7 bal gücündə silkələnmə qeydə alınıb. Təxminən 20 kilometr dərinlikdə meydana gələn zəlzələdən sonra ölkənin şimal və şimal-şərq bölgələri üçün sunami xəbərdarlığı edilib.
Yaponiyanın şimal-şərqində baş verən 7,5 bal gücündə zəlzələ nəticəsində azı 30 nəfər xəsarət alıb, on minlərlə sakin evakuasiya edilib. Yaponiyanın Meteorologiya Agentliyinin məlumatına əsasən, yeraltı təkanlar, Aomori sahillərindən təxminən 80 km məsafədə, 50 km dərinlikdə qeydə alınıb. Zəlzələ sonrası verilmiş sunami xəbərdarlıqları artıq ləğv olunub, lakin sahilə 70 sm hündürlüyündə dalğalar çırpılıb.
ABŞ, Kanada və Meksikanın 2026-cı ildə ev sahibliyi edəcəyi dünya çempionatının püşkatma mərasimi keçirilib.