#Antonio Kosta

Suriyanın Prezidenti Əhməd əş-Şaraa cümə günü Avropa Komissiyasının sədri Ursula von der Leyen ilə görüşüb. Ursula von der Leyen Bəşşar Əsədin devrilməsindən sonra Suriyaya səfər edən ən yüksək səviyyəli Avropa İttifaqı rəsmisi olub. Avropa Komissiyasının sədri regional səfər çərçivəsində Avropa Şurasının prezidenti Antonio Koşta ilə birlikdə bölgədə danışıqlar aparır.

Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən imzalanan və Milli Antikorrupsiya Bürosu (NABU) ilə Xüsusi Antikorrupsiya Prokurorluğunun (SAP) müstəqilliyini faktiki olaraq ləğv edən qanuna qarşı Kiyevdə etiraz aksiyası keçirlir.

Avropa İttifaqı (Aİ) və Kanada, NATO daxilindəki qeyri-müəyyənliklər və ABŞ-ın uzunmüddətli siyasəti ətrafında artan qeyri-sabitlik fonunda daha sıx əməkdaşlıq qurmaq məqsədilə təhlükəsizlik və müdafiə üzrə yeni tərəfdaşlıq razılaşması imzalayıb və rəqəmsal ticarət haqqında danışıqlara start verib.