#İsrail

Fələstin İqtisadiyyat Nazirliyi, İsrailin işğal altındakı İordan çayının qərb sahilində yerləşən və "dünyaya açılan yeganə qapı" kimi tanınan Kral Hüseyn (Allenby) körpüsünü bağlama qərarına kəskin reaksiya verib. Nazirlik bildirib ki, sərhədin bağlanması iqtisadi, sosial və humanitar fəlakətə yol aça bilər. Yazılı açıqlamada qeyd olunub ki, Kerame adlandırılan bu sərhəd keçidi Fələstin xalqının ixrac və idxal əməliyyatları üçün həyati əhəmiyyət daşıyır. Fələstin istehsalçılarının dünya bazarına çıxışı, ərzaq təhlükəsizliyi və humanitar yardımların çatdırılması bu keçid məntəqəsindən asılıdır.

İranın dəstəklədiyi Yəməndəki husilər, İsrailin paytaxt Səna şəhərindəki elektrik stansiyası və yaşayış məhəllələrinə hava hücumları nəticəsində 8 nəfərin həlak olduğunu, 142 nəfərin isə yaralandığını bildiriblər. Husilərin nəzarətində olan SABA xəbər agentliyində yer alan xəbərə görə, İsrail ordusunun Sənaya yenidən hava hücumları təşkil etdiyi bildirilib. Husilərə bağlı Əl-Məsirə televiziya kanalının xəbərində isə deyilir: "İsrailin Sənaya yönəlmiş hava hücumlarında Zahban elektrik stansiyası və yaşayış məhəllələri hədəf alınıb."

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandir müavini general Əli Fədəvi bəyan edib ki, ölkənin Silahlı Qüvvələri hər cür təhdidə qarşı tam hazırlıq vəziyyətindədir və düşməni məğlub etmək gücünə malikdir. Məşhəddə keçirilən tədbirdə çıxış edən Fədəvi, İran ordusunun təcrübəli və peşəkar olduğunu vurğulayıb.

İsrailin təcili yardım xidməti olan Qızıl Davud Yıldızından verilən açıqlamaya görə, Yemen'dən atılan partlayıcı yüklü insansız hava vasitəsinin (İHA) İsrailin ən cənubundakı Eylat şəhərini vurması nəticəsində yaralananların sayı artıb. Açıqlamada, hadisə nəticəsində 2-si ağır olmaqla 1-i orta və 17-si yüngül olmaqla, ümumilikdə 20 nəfərin şarapnel yarası aldığı bildirilib. Yaralılar, müalicə üçün Yoseftal Xəstəxanasına aparılıb.

İran Ordusunun Koordinasiya İşləri üzrə sədr müavini Həbibullah Səyyari bildirib ki, İsrail NATO və ABŞ dəstəyi olmadan hərbi əməliyyat aparmaq gücünə malik deyil. Tehranda çıxış edən Səyyari vurğulayıb ki, “qlobal təkəbbür” hələ də İrana qarşı mövqedədir, lakin İran İslam Respublikası kiçik düşmənlərlə deyil, imperializmə qarşı mübarizə aparmaqdan qürur duyur.

İsrail ordusu Qəzzanın cənubundakı Tel əl-Heva məhəlləsində yerləşən Fələstin Tibbi Yardım Assosiasiyasının (PMRS) baş ofisini hədəf alıb. Qurum xatırladıb ki, iki gün əvvəl də Qəzzanın şərqindəki Derec məhəlləsində yerləşən başqa bir tibb mərkəzi İsrail hücumuna məruz qalmışdı. Son hücum isə assosiasiyanın ilk yardım fəaliyyətini tamamilə dayandırıb.

Yaponiya Baş naziri İşiba Şigeru, İsrailin iki dövlətli həll prosesini əngəlləyən addımlarını davam etdirməsi halında ölkəsinin Fələstin dövlətini tanıya biləcəyini bəyan edib. İşiba, BMT-nin 80-ci Baş Assambleyasında çıxışı zamanı İsrailin Qəzzadakı hücumlarını “qətiyyən qəbuledilməz” adlandıraraq onların dərhal dayandırılmasının vacibliyini vurğulayıb.

ABŞ-ın Ankara səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak bildirib ki, Suriya və İsrail “gərginliyi azaltmaq barədə razılığa yaxınlaşıblar”. Haaretz qəzetində yer alan xəbərə görə, Barak Birləşmiş Millətlər Təşkilatında (BMT) bir qrup jurnalistə Suriya ilə İsrail arasında yeni təhlükəsizlik razılaşmasının imzalanması üçün aparılan danışıqlar barədə fikirlərini bölüşüb. Barrack Suriya ilə İsrailin “gərginliyi azaltmaq barədə razılığa yaxın olduqlarını” bildirib.

İsrailin Baş naziri Benyamin Netanyahu, işğal altındakı İordan çayının qərb sahilində (Qərbi Şəriə) yaşayan fələstinlilərin ölkədən çıxmaq üçün istifadə etdiyi yeganə sərhəd qapısını bağlayacağını açıqlayıb. İsrail ordu radiosunun müxbiri Doron Kadoş xəbərində, Netanyahu-nun bu qərarı bir çox ölkənin Fələstin dövlətini tanımasına etiraz olaraq verdiyini bildirib. Məlumata görə, Netanyahu işğal altındakı Qərbi Şəriədən İordaniyaya çıxışı təmin edən və İsrailin nəzarətində olan “Kral Hüseyn Körpüsü” sərhəd keçid məntəqəsinin insan və yük daşımalarına növbəti xəbərdarlığa qədər tamamilə bağlanması barədə göstəriş verib.